Bakıda hava
USD 1.0494 AZN
EUR 1.1498 AZN
RUB 0.0199 AZN
TRY 0.3952 AZN
Söhbət otağı
Dibçək güllərinə qulluq
Dibçək güllərinə qulluq
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 9191
Səs ver: +35

Gül – gözəllik, həzz almaq, ilham pərisi və ən gözəl hədiyyədir. Qədimdən bəri gül məhəbbət simvolu, qəlb rahatlığı və firavanlıq simvolu sayılmışdır. Güllər əsrlər boyu rəssam və şairlərin diqqətini çəkmişdir. Gözəlliyi, forma və rənglərinə görə güllər insanlara yardıcılıqlarının bütün sahələrində ilham verir.
Güllərin bizə daim belə gözəlliklər bəxş etməsi üçün bizlər də onların qayğısına yaxşı qalmalıyıq, onlara vaxtında qulluq etməliyik.
Bunun üçün sadəcə olaraq bir neçə qaydaya əməl etmək lazımdır:
1. Alçaq gülləri şüşənin qabağına, birinci cərgəyə düzmək lazımdır. Hündürlər isə onlardan sonra y
erləşdirilməlidir. Onda həm alçaq , həm də

hündür güllər işıq və havanı lazımi qədər ala bilərlər.
2. Pəncərəyə çox qalın pərdə asmaq məsləhət görülmür.
3. Otağın havasını tez-tez dəyişmək lazımdır. 
Qışda nəfəsliyi açmalı, yayda isə pəncərəni həmişə açıq qoymalı. Güllərə mütləq təmiz hava lazımdır. Qışda nəfəslik açıq olan müddətdə güllərə soyuq olmasın deyə,onların üstünə qəzet örtmək məsləhət görülür.
4. Gülləri otağı qızdıran cihazlardan uzaqda saxlamaq lazımdır.
5. Gülləri yazda əkmək lazımdır. Özü də cavan güllər olsun, çünki bu zaman onlar yaşayacaqları şəraitə yaxşı alışırlar.
6. İşlənmiş dibçəklər gülləri əkmək , yerini dəyişmək üçün yararlıdır. Ancaq əvvəlcə dibçəyi isti su ilə yaxşı-yaxşı yumaq, qaynar suda saxlamaq lazımdır ki, içində kif qalmasın. Təzə dibçəkləri də yarım saat suda saxlamaq lazımdır.
7. Əgər dibçəyə şitil və ya kök buraxmış gövdə əkirsənsə, torpaq bir qədər bərk olmalıdır, xüsusilə dibçəyin qıraq hissələri. Əkib qurtarandan sonra güllərə çoxlu su töküb, kök atana qədər kölgəli yerdə saxlamaq lazımdır. 
8. Cavan bitkilərin yerini hər il yaz vaxtı – aprel , may aylarında, özlərini yaxşı hiss edən iri güllərin yerini isə iki – üç ildən bir dəyişmək lazımdır.
9. Qışda gülləri səhər vaxtı və az sulamaq lazımdır , yayda isə axşam sulamalı, suyu da bol tökməlisən.
10. Yayda gülləri hər gün, qışda isə gec – gec sulamaq lazımdır.
11. Dibçəyin qırağına çırtma vurun , əgər dibçəkdəki torpaq qurudursa, dibçəyin səsi cingiltili çıxacaq, rütubətlidirsə , onda boğuq səs eşidiləcək.
12. Güllərə çoxlu su vermək , onların quru qalmasından daha çox qorxu törədir. Güllərə heç vaxt onlara lazım olan qədərdən artıq su vermək olmaz.




Şərhlər:
Baxılıb: 9191
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Yazarlar
Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
Səsvermə
 

Saytımızın film, serial (dizi) bölməsinin olmasını istərdinizmi?

1. Bəli
2. Xeyr
3. Baxdığım başqa sayt var

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
    Boyunuz : sm
    Çəkiniz : kq
    Yaşınız :
    Cinsiniz :
    İdeal Çəkiniz : kq
    Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz