Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlığım..
Uşaqlığım..
Göndərən: lale.veliyeva19
Şərhlər: 6
Baxılıb: 178
Səs ver:
Hər şey geridə qaldı…
Adı həsrət oldu yaşanan bütün uşaqlıq xatirələrimiz...
Palçıqdan evlər tikmək o qədər cazibədar gəlmir indi bizə ...
Halbuki dırnaqlarımızın aralarının qaralmasını əhəmiyyətli hesab etmədən ovuclardıq tozu torpağı...
Qarışqaların yuvalarına ərzaq aparma təlaşını gözlərimizi böyük açaraq izlərdik...
Uşaq ürəyi! Kömək etmə həvəsiylə kiçik çörək parçaları doldurardıq quş yuvalarının içinə..
Kiçikdik bir zamanlar.. Uşaqdıq, safdıq, günahsızdıq...
Nə qədər asan idi xoşbəxt olmamız...
Sıxılmazdıq, böhrana düşməzdik...
Xəstəliklərimiz belə kiçik idi, bizim kimi. Iki gün burnumuz axar, tezcə də yaxşılaşardıq...
Küsməmiz də, barışmamız da oyunlarımız qədər asan idi..
Qırılmazdı ürəklərimiz...
Küsdüyümüzdə əlimizlə iki barmağımızı üst üstə qoyar, küs işarəsini edər, çox deyil 2 dəqiqə sonra bu işarəni pozar, ya da küsdüyümüzü unudar davam edərdik oyunlarımıza...
Qan qardaşlığı da bilərdik qan axıtmadan...
"Sən mənim qan qardaşım olarsanmı?" deyə soruşardıq uşaq sadəlövhlüyü ilə..
Oyunlarımız davamlı idi. Axşamları evlərimizə dağılışmalarımızın ardından sabahısı gün yenə qaldığımız yerdən başlardıq oyunlarımızı..
Oyunlarımız asan idi!
Gizlənqaçdan heç vaz keçməzdik...
Bir kiçik şam ağacı belə saxlaya bilərdi kiçik bədənimizi...

O kiçik əllərimizə sığdıra biləcəyimiz kiçik daşlar axtarardıq beş daş oyunu üçün.

Sonralarda dərk etdik istop oyununun=) əsl adının stop olduğunu..
Uçurtmalarımız vardı, qan tər içində qalardıq ən yüksəyə uçurtma səyində..
Bir də buludlara məktub göndərərdik.. Uçurtmalarımızın ipinə yazılı bir kağız ilişdirər, küləyin də təsiriylə çatmasını gözləyərdik həvəslə...
"poçtalyon külək tez göndər məktubumuzu" deyərdik..
Poçtalyon küləyə deyərdik, poçtalyonumuz idi külək..
Yox idi o zaman rəqabət, xəyanət, nifrət!
Bizə yad idi bu cür sözlər.
Sevgilimiz də yox idi o zamanlar, ürəyimizi qıran da...
Istəklərimiz də kiçik idi bizim kimi...
Alınmış bir oyuncaq gəlincik, bir kiçik avtomobil çatardı bizi xoşbəxt etməyə...
Sağlamlıq, saflıq, təmizlik, günahsızlıq...
Adı həsrət oldu indilərdə...
Darıxmışam uşaqlığım üçün...


Şərhlər: 6
Baxılıb: 178
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Onun_Mələyi
Oxuduqca gözümdə canlandı o anlar, xatirələr...Hər şey yenidən yadıma düşdü ....oyunlarmız, safllqmız, kömək etmə həvəsliyi , Küsən dən sonra unutmağımız...Amma belə düşünəndə qayıtmaq istəməzdim o illərə, çünki yaxşıdan çox pis xatirələrim var mənim...O günləri birdə yaşamaq istəmirəm.Bacarmaramda!!! Hər şey keçmişdə qaldı, orda da qalmalıdır, Hardan yadıma düşdü bu hadisələr ee ....nəysə...Maraqlı idi oxumaq.təşəkkürlər Lale
29 sentyabr 2016 22:44
# 6
Bir duam var,səndən amin gözləyirdua09123
vipbetul
usaqliq her zaman hesretinde gozlediyin vaxtinda qdrini bilmeyib sonradan elin catmadiqi zamandir
29 sentyabr 2016 16:11
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
YalniZ-ArZu
SEN EY UWAQLIQ...
DE SENI ELLER APARDI?
YA SOYUQ YELLER APARDI? sarkici
29 sentyabr 2016 15:24
# 4
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
BARBI
Tesirlenerek oxudum.ah bizim usaqligimiz palciqla oynadigimiz zamanlar ne gozel idio gunlere qayitmaq isterdim
29 sentyabr 2016 15:15
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Totu
Mənalı kövrəldici sözlərdir həqiqət budur!
29 sentyabr 2016 14:21
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Helena
Heqiqeten cox menali ve tesirli cumlelerdi Tewekkurler Lale 03
29 sentyabr 2016 13:40
# 1
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Yaşadığım bütün yalnızlıqlar, gözlədiyim bir insan üçündür xeyal
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz