Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məşhur kosmetika markalarının adı necə yaranıb?
Məşhur kosmetika markalarının adı necə yaranıb?
Göndərən: aliceWOnDer
Şərhlər: 9
Baxılıb: 334
Səs ver:
Lumene – marka Finlandiyada yerləşən gölün şərəfinə adlandırılıb. Şirkətin mərkəzi ofisi də məhz burada yerləşir.

Colgate – 1806-ci ildə şirkət Vilyam Kolqeyt tərəfindən təsis edilib. “Kolqeyt” ispancadan tərcümədə “get və özünü as” deməkdir.

ORLY – şirkətin yaradıcısı Cef Pink markanı həyat yoldaşının şərəfinə adlandırıb.

Menard – şirkətin adı qədim yunan mifologiyasından götürülüb. Menada şənlik və şərab allahı Dionisin həyat yoldaşı olub.

Miraculum – kosmetika istehsalçısı olan şirkət 15 iyul 1924-cü ildə həkim Leon Lyuster tərəfindən yaradılıb. O, insanları daim gənc və gözəl saxlayacaq möcüzəvi məhsul (latıncadan tərcümədə “Miraculum” möcüzə deməkdir) yaratmaq istəyirdi.

Gilette – birdəfəlik təraşın ixtiraçısı Kinq Kemp Jillett şirkəti 50 yaşında qurub.

STYX – kosmetik marka 1975-ci ildən istehsal olunur, onun adı avstriyalı əczaçıların soyadı olan “Stix”dən gəlir.

DOVE – ingilis dilindən tərcümədə “göyərçin” deməkdir.

Schwarzkopf – bu, şirkətin qurucusu, kimyaçı Hans Şvartskopfun soyadıdır.

Bourjois – şirkət 1863-cü ildə Aleksandr Napoleon Burjua tərəfindən yaradılıb.

Garnier – 1904-cü ildə Alfred Qarnye saçlar üçün ilk toniki yaradıb.

Max Factor – karyerasının ilk illərində qurucu Maks Faktor Rusiya İmpertaror teatrlarının aktrisalarını bəzəyirdi. Daha sonra o, Amerika kino sənayesinin mərkəzinə – Los-Ancelesə köçür və burada ilk mağazasını açır.

Revlon – kosmetik marka 1932-ci ildə Çarlz və Cozef Revson qardaşları və kimyaçı Çarlz Lahman tərəfindən yaradılıb. Şirkətin adındakı “L” hərfi kimyaçının şərəfinədir.

PAYOT – həkim Nadin Payo əsl gözəllik resepti yaradıb.

Yves Rosher – şirkətin yaradıcısının adı İv Roşe olub.

Estee Lauder – təsisçi Esti Lauderin şərəfinə adlandırılıb.

Clarins – kosmetik şirkət Kurten-Klarins ailə şirkətində yaranıb. Təsisçi Jak Kurten-Klarins bu cümləni tez-tez təkrarlayardı: “Heç vaxt məhsul satmayın, müştəri qazanın”.

BeYu – markanın adı ingiliscə “be yourself” sözünün qısaldılmış versiyasıdır, “özün kimi ol” deməkdir. Şirkətin əsası 1999-cu ildə Almaniyada qoyulub.

Vichy – bu, Fransada termal mənbələri ilə tanınan şəhərdir. Şirkətin təsisçisi bu şəhərə gəldiyi zaman əlindəki yaranın sağalmasını istəyirdi. Onun istəyi reallaşdı. Daha sonra o, müalicəvi sular əsasında kosmetika məhsulları yaratdı.


Şərhlər: 9
Baxılıb: 334
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Balacam
Aaa ne maraqlı. Bilmirdim bunlar haqda.en maraglisi ise Colgate oldu
16 sentyabr 2016 10:30
# 9
Omur boyu məhəbbəti axtaranda var,onu tapanda həyatını itirəndə....
Onun_Mələyi
Maxfaktor dan bəzi əşyalarım var bir oqədər də bəyənmirəm amma...Mənim vazgeçilmezim "AVON"onun haqda yazılsaydı bari....təşəkkürlər Fidanım.
16 sentyabr 2016 07:53
# 8
Bir duam var,səndən amin gözləyirdua09123
YalniZ-ArZu
Kolqeyt sozunun tercumesi,ele mehsullarinin keyfiyyeti kimidir:)))
Tewekkurler,oxumaq maraqli oldu.
15 sentyabr 2016 23:20
# 7
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
İnci
En maraqlisi colget idi ))))
15 sentyabr 2016 22:54
# 6
Her gulusun arxasında bır keder vardır
MODABAZ
Hec bılmırdım bullarıı oyrendımyım yaxwı oldu
15 sentyabr 2016 20:08
# 5
Heyata daim gulmek lazimdii
Dj_Vampir
-Çoxusunu bilirdim marağlı oldu bilməy
15 sentyabr 2016 19:55
# 4
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
my_rules12
Sitat: vipbetul
cox az markalarin adi var

cox az markalarin adi var

ve demey olarki hamisinin adi sehvdi
15 sentyabr 2016 19:49
# 3
Like mike bos seydi,esas can sagligidi..,duz deyiremse like:)
BARBI
Maraqli melumatlardi. Coxu haqqinda melumatim var. her birin yaranma tarixi maraqlidir
15 sentyabr 2016 19:48
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
cox az markalarin adi var

cox az markalarin adi var
15 sentyabr 2016 19:32
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz