Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Adını sən qoy...
Adını sən qoy...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1062
Səs ver:
 

İnan anlamıram..
Ağlım dərk etmir!
Sənə hirsləndiyimdə,
"sus" deyir..
Darıxdığımda,
"gözlə"..
Qışqırmaq gəldiyində içimdən,
"saxla"..
Səsini eşitmək istədiyimdə,
"dayan"..
İnan ki anlamıram.

Qəribədir ki; hər istəyimə bir cavabı olsa da,
Cümlələrimi tamamladığı da olur..
Bəzən səni axtarmama icazə verir..
Tam icazə verdiyində, içimi qıdıqlayır..
Bir tərpənmədir, gedir.
Doğum sancısı kimi!..
Səni hər düşündüyümdə,
Yanağıma bir təbəssüm oturdur.
Ağlım dərk etmir..
Necə bir şeydir bu?
Nəyə bənzəyir?
Həyəcanamı bənzəyir, narahat gözləyişlərin ardına saxlandığında..
Yoxsa, qaçıb qaçırırmı səni məndən, hər uzaqlaşdığında..
Elədir ki var ; nə vaxt uzaqlaşar kimi olsan,
Mən yerimdə sayıram..
Nə ardımda səni buraxa bilirəm,
Nə də arxamca səni götürə bilirəm.
İnan anlamıram, ağlım dərk etmir!..
Gözlərimin içini parladır,
Mən belə aynada tanıya bilmirəm gördüyümdə..
Sonra..
Birdən sulandırır..
Tökür göz yaşlarımı,
Sovurur əsassızca..
Hər şeyə baxmayaraq, həmişə səni əmanət edir mənə..
Özünü qoruyur bəlkə də..
Sevgi desəm deyil,
Daha böyük..
Qorxu desəm deyil,
Daha qəribə..
Həyəcan desəm deyil,
Daha sevimli..
Bir ovuc təklik desəm deyil,
Daha ümidli..
Adını sən qoy.
Anlamıram inan!..
İnan ağlım dərk etmir..!!


Şərhlər:
Baxılıb: 1062
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz