Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnsanların gözündən düşməyinizə səbəb olan 5 hərəkət
İnsanların gözündən düşməyinizə səbəb olan 5 hərəkət
Göndərən: Asya
Şərhlər: 9
Baxılıb: 488
Səs ver:
Bu hərəkətləri edən insanlar adətən sağlam düşüncəli insanlar tərəfindən qəbul edilmir, onların dost ətrafından tezliklə təcrid edilirlər. Bəs insanları ən çox hansı hərəkətlər gözdən salır? Qadınlar.biz sizin üçün bu hərəkətlərdən 5-ini sadalayacaq.

1. Yalan
Yalan danışmayan insan yoxdur. Lakin bu yalan xroniki bir hal alırsa, tezliklə insanlar sizin doğru sözünüzə də inanmır və ümumiyyətlə sözlərinizin heç bir dəyəri qalmır. Belə olduqda isə sizinlə dost olmaq barədə düşünən sağlam təfəkkürlü insanlar bunu qəbul edə bilmir, sizi öz ətraflarından uzaq tutmağa çalışırlar.

2. Qeybət
Sizin başqa insanlar haqqında dayanmadan qeybət etməyiniz, onları mühakimə etməyiniz insanları qıcıqlandıra bilər. Başqalarının həyatına müdaxilə etməyiniz sizin haqqınızda xoş olmayan bir təəssürat formalaşdırır və nəticədə siz normal davranışlı insanların dostluğundan məhrum olursunuz.

3. Qorxaqlıq

Hər kəs cəsarətli olmaq məcburiyyətində deyil, bunun mümkünlüyü barədə isə ümumiyyətlə danışmağa və yazmağa dəyməz. İnsanlar müxtəlifdir və elə bu faktın özü dünyanı daha maraqlı yer edir. Lakin sizin qorxaqlığınız başqalarının həyat və qərarlarına təsir edirsə, burada artıq vəziyyət dəyişir. Qorxaqlığınız digərlərinin cəsarətini əlindən almamalı, onların motivasiyasını əksiltməməlidir. Əks halda, sizinlə hər hansı bir ideyanı müzakirə etmək həvəsi heç kimdə olmayacaq. Onlar sizi neqativ düşüncəli bir insan kimi dəyələndirib, uzaq durmağa çalışacaqlar.

4. Əsassız tənqid
Gördüyü hər şeydə gözəllik axtarmaq əvəzinə, nöqsan axtarıb, bunu üzə vuraraq, eqosunu doydurmağa çalışan insanlar var. Bu, onların komplekslərindən qaynaqlanır və nəticədə özlərinə qarşı işləyir. Çünki bu tip insanlar çox dözülməzdir və heç kim ətrafında belə boş tənqidçini görmək istəmir.

5. Qətiyyətsizlik
Bu cür insanların qəti qərarları yoxdur, onlar istənilən an fikir dəyişdirə, həmin fikri göylərə qaldıra və bir neçə gün sonra eyni sürətlə də yerə çırpa bilirlər. Belə insanlara güvənmək və istənilən mövzuda bir yola çıxmaq da ağılsızlıq kimi dəyərləndirilir. Onları boşboğazlıqda günahlandırırlar, çünki həqiqətən də bir çox hallarda boş-boş danışmaqdan başqa heç bir işə yaramırlar.


Şərhlər: 9
Baxılıb: 488
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Helena
Bunlarin hec biri mende yoxdu
27 avqust 2016 13:33
# 9
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Yaşadığım bütün yalnızlıqlar, gözlədiyim bir insan üçündür xeyal
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
lale.veliyeva19
Yalan deyən insan mənim gözümün düşmənidir ailəmə qarşı pis rəftar edən insanı öldürə biləcəy qədər nifrət eliyirəm!
26 avqust 2016 20:48
# 8
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

son bahar
Duzdu bu xarakterler insana xos gelmir ....axirinci xarakterde insanlar meni daha cooox qiciqlandirir qerarsiz insanlari sevmirem
26 avqust 2016 13:19
# 7
...
MODABAZ
Sitat: _Gülər_üzlü_
İsnanlarda ən sevmədiyim xarakterkərdir bunlar. təşəkkürlər

Mencedee

Sitat: _Gülər_üzlü_
İsnanlarda ən sevmədiyim xarakterkərdir bunlar. təşəkkürlər

Mencedee
26 avqust 2016 13:00
# 6
Heyata daim gulmek lazimdii
narmiwka_15
1. Yalan
Yalan danışmayan insan yoxdur. Lakin bu yalan xroniki bir hal alırsa, tezliklə insanlar sizin doğru sözünüzə də inanmır və ümumiyyətlə sözlərinizin heç bir dəyəri qalmır. Belə olduqda isə sizinlə dost olmaq barədə düşünən sağlam təfəkkürlü insanlar bunu qəbul edə bilmir, sizi öz ətraflarından uzaq tutmağa çalışırlar.

en sevmediyim weydi bir yalan bir deki insani tannimadan onun haqda pis fikirler dimek
26 avqust 2016 12:28
# 5
Be Happy))
Onun_Mələyi
İsnanlarda ən sevmədiyim xarakterkərdir bunlar. təşəkkürlər
26 avqust 2016 12:12
# 4
Bir duam var,səndən amin gözləyirdua09123
Fialka
Əlbəttə ümumi olaraq götürsək qeyd olunan mənfi xüsusiyyətlər heçdə xoş deyil lakin xarakterlər müxtəlif olduğu üçün gözdən düşmə olayıda dəyişər..Vay o gözdən düşən insanların halına ki, öz dəyərlərini itirib dəyərsizləşirlər..
26 avqust 2016 11:23
# 3
vipbetul
burda yazilan tipli insanlari hec xoslamiram ne tessufki etrafimiz bele insanlarla bodur masallah
26 avqust 2016 09:29
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Insanlarda en sevmediyim xususiyyet yalan danismaqdir. Ele insan menim gozumnen duser
26 avqust 2016 07:11
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz