Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dil öyrənmək hansı yaşda daha asandır?
Dil öyrənmək hansı yaşda daha asandır?
Göndərən: Totu
Şərhlər: 14
Baxılıb: 302
Səs ver:
İkinci bir dil bilməyin nə qədər önəmli olduğu əslində uzun zamandan bəri məlum olsa da, texnologiyanın təqdim etdiyi yeni imkanlarla dildən istifadənin artması "bir dil, bir insandır” sözünü bir daha təsdiq etdi. Dil bir insanın sosial varlıq olaraq başqa insanlarla münasibətdə və əlaqədə olması, yaşadığı mühitdə və şəraitdə öyrənərək ortaya qoyduğu sözlü hərəkət və ifadə toplusudur. Bir şəxsin duyğu, düşüncə və anlam baxımından təsirli əlaqə vasitəsi olan dil bir şəxs üçün çox önəmli olan mədəni zənginlikdir. Bir çox insanlar yalnız öz ana dili ilə kifayətlənməyib müxtəlif xarici dilləri öyrənməyə üstünlük verirlər. Hazırda dünyada, nəinki, iki, hətta ondan artıq xarici dil bilən insanlar da var. Cəmiyyətdə də insanların xarici dil bilməsi böyük önəm kəsb edir. Təsadüfi deyil ki, bu gün insanlar iş üçün hər hansı bir şirkətə müraciət etdikdə, ilk növbədə, "xarici dil bilirsinizmi?” sualı ilə qarşılaşırlar. Ölkəmizdə də bir çox sahələrdə xarici dil bilən işçilərə üstünlük verilməsinin nəticəsidir ki, bu gün insanların əksəriyyəti yaşından asılı olmayaraq məhz xarici dil öyrənməyə çalışır. Eyni zamanda artıq orta məktəblərdə kiçik yaşlarda xarici dil tədris edilir. Lakin mütəxəssislər xarici dil öyrənmənin hər yaşda düzgün olmadığı fikrini də irəli sürürlər.

Edinburq Universitetinin 260 nəfər arasında apardığı araşdırmaya görə, rəyi soruşulanlardan 195 nəfərin 18 yaşından əvvəl, 65 nəfərin isə 18 yaşdan sonra xarici öyrəndiyi aydın olub.

Yaşından asılı olmayaraq ikinci bir dil öyrənmək beyinin yaşlanmasını yavaşladır
Psixoloq Aynurə Qocayeva bildirdi ki, uşaqlar böyüyərkən təbii müddət içərisində öz ana dilini öyrənirlər, hətta bir körpə öz ana dilinin qrammatikasını hələ dünyaya gəlmədən, ana bətnində digər dillərdən ayıra bilir: "İnsan beyni dil öyrənərkən ana dilini beyinin ana dili bölgəsi kimi tanınan bir bölgəsinə qeyd edir. Adətən 8-9 yaşına qədər öyrənilən dillər də bu ana dil bölgəsinə qeyd edilir. Sonra öyrənilən dillər artıq fərqli bir bölgəyə yerləşdirilir. Bununla əlaqədar olaraq sonrakı yaşlarda bir dili öyrənmək çətinləşir və öyrənilən dil tez unudulur. Adətən uşaqlar 2 yaşına qədər məhdud sayda ifadədən istifadə edir. Az sayda kəlmədən istifadə etmələrinə baxmayaraq, eşitdikləri hər şeyi öyrənir və yaddaşlarına həkk edirlər. Bu baxımdan dil öyrənmədə ən önəmli amil ailənin uşağın danışma cəhdlərini gücləndirməsidir. Uşaq ətrafında danışılan ana dili və ümumi qrammatika qaydalarını 4-5 yaşına qədər öyrənməklə istifadə bacarığı qazanır. Belə bir fikir də var ki, 2 yaşındakı bir uşaq eyni anda 4 ayrı dili öyrənə bilir”. Psixoloqun fikrincə, ailədə xarici dil bilən varsa, bu dillərdən istifadə edilə bilir. Eyni zamanda yeniyetməlikdən sonra başqa millətlərə və cəmiyyətlərə aid səslərin çıxarılması çox çətinləşir. Bu baxımdan xarici dilləri müəyyən bir yaşdan sonra doğru tələffüzlə birlikdə öyrənmək çox çətindir. Ancaq mütəxəssislərin fikrincə, hansı yaşda olmasına baxmayaraq, ikinci bir dil öyrənmək beyinin yaşlanmasını yavaşladır.

Digər ölkələrdə xarici dili müəyyən yaşda məqsədyönlü təhsil, iş üçün öyrənirlər
Nəsimi rayonu Rövşən Nəsirov adına 111 saylı orta məktəbin ingilis dili müəllimi Ruhiyyə Rüstəmova Milli.Az-a bildirdi ki, əslində xarici dili istənilən yaşda öyrənmək nə tez, nə də gec sayılmaz, sadəcə olaraq əsas məqsəddir: "Yəni, bu illər ərzində valideynlər arasında bir növ dəb halını alıb, çox kiçik yaşdan, hətta 3-4 yaşlarından uşaqları dərnəklərə qoyurlar ki, xarici dil öyrənsinlər. Mən bunu heç də düzgün saymıram. Mən hazırda ölkəmizin övladlarının dil bilmə qabiliyyətini yüksək qiymətləndirirəm. Xarici ölkələrdə konfranslarda olarkən bizim uşaqlarla müqayisədə digər ölkələrin uşaqlarını zəif görürəm. Çünki bizdə uşaqlar ən az normalda 3-4 dil bilirlər. Əlbəttə ki, azyaşlı uşaq əgər dili öyrənib xarici ölkədə yaşamağa gedəcəksə, bu normaldır və hətta tələbdir. Amma şagird ən azı 7 yaşından dili daha yaxşı dərk edir və hiss edərək öyrənir”.

Həmsöhbətimiz onu da vurğuladı ki, bu gün xarici dil bilmək Vətənimizi bütün dünyada layiqincə təmsil etmək deməkdir. Azərbaycanda normalda böyük əksəriyyət türk, rus və ingilis dillərini artıq bir qayda halını almış kimi bilirlər.

R.Rüstəmova deyir ki, əgər 3-4 yaşlı uşaq öyrəndiyi dili yaşadığı mühitdə istifadə etməyəcəksə, onun zehni yorğunluğa gətirilməsinin əleyhinədir: "Sadəcə, o yaşda uşaq, ilk növbədə, öz doğma dilində daha gözəl danışmağı öyrənməlidir. İstənilən xarici dili bilən insan hansı ölkədə olursa-olsun, özünə inamlı olur. İstənilən halda həm öz hüquqlarını qoruya bilir. Həm də ölkəsini layiqincə təmsil edə bilir. Dil bir xəzinədir”.

O da vurğulandı ki, kiçikyaşlı uşaqlar dili rollu oyunlarla öyrənsə, daha məqsədyönlüdür. Eyni zamanda mütləq dərs vaxtı qrammatika, yazı və danışığı mənimsəməlidirlər. Bunun üçün müxtəlif müasir proqramlar, CD-lər, "fləşkardlar”dan istifadə edilməlidir. Müxtəlif siniflərdə dərs keçdiyini deyən R.Rüstəmova bildirdi ki, onun özünəməxsus ingiliscə yazdığı şeirlər var ki, bu qabiliyyətindən istifadə edib aşağı siniflərdə dərslərini əyləncəli qurmağa çalışır. Çünki bu yaşda olan uşaqların dərsi əyləncəli şəkildə öyrənmələrinə üstünlük verir.

Müəllimə yaşlı insanların xarici dil öyrənmək marağını da çox müsbət qiymətləndirir: "Amma yaşı çox olan adamlar dili çətinliklə qavrayırlar. Yenə də cəhd etdiklərinə görə bunu müsbət qarşılayıram. Amma insan qarşısına məqsəd qoymuşsa, ən azı yaşı çox olsa da, 50-60 % dili mənimsəyə bilər.

Xarici ölkələrə gəldikdə isə əgər həyat tərzləri tələb etmirsə, orada burada olduğuazyaşlı uşaq 3 dil bilmir. Yəni, müəyyən yaşda məqsədyönlü təhsil, iş üçün öyrənirlər. Azərbaycanda isə orta hesabla hər on uşaqdan səkkizi dil açıb danışmağa başladıqdan sonra tədricən Azərbaycan, rus, türk dillərində danışmağa başlayırlar. Bizdə məhz gələcəkdə əziyyət çəkməsinlər deyə, valideynlər uşaqlarına çox erkən dil öyrətməyə başlayırlar”.

Ümumiyyətlə, nə qədər xarici dili bilməsinin vacibliyinə gəldikdə isə R.Rüstəmova deyir ki, 5 dili mükəmməl bilmək mümkündür. Amma say artdıqca qarışıqlıq olur: "Mən doğma dilimlə yanaşı, rus, türk, ingilis dillərindən sonra fransız dilini öyrənmişəm. Artıq ispan dilini öyrənmək istəyəndə müxtəlif sözləri qarışdırıram. Bir də bu, həm də qavramadan da asılıdır ki, insan nə qədərini yadda saxlaya bilər. Əgər öyrənilən dildən istifadə edilmirsə, o, çox tez yaddan çıxır. Bəzən bir filmə baxarkən ona Azərbaycan, rus türk ya ingiliscə baxdığımı unuduram. Bu, hər kəsdə belədir. Bildiyin dili hiss edirsənsə, o, sənə doğma gəlir. Dil bilmək zənginlikdir. Bildiyin dili öyrədə bilmək isə bir müəllim kimi deyə bilərəm ki, zövq və fəxrdir. Mən heç dil bilməyən bir insanı xarici dili öyrədərkən bir müddət sonra o insanın xarici dildə danışmağa başladığını görəndə uşaq kimi sevinirəm. Sanki, dünyaya yeni bir insan gəlir”.


Şərhlər: 14
Baxılıb: 302
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
qaranliq1
ingilis diline maragim var bu haqda biraz anlayisim var amma tam danismagi anlamagi bacarmiram insallah tam oyrenerem
22 avqust 2016 17:51
# 14
♥♥♥Həyatda heç bir şeyim az olmadı sənin qədər.Və heç bir şeyi istəmədim səni istədiyim qədər.♥♥♥
vipbetul
usaq vaxti oyrenilen dasa hek olar biraz ki kecse oyrendiklerimiz qum uzerinde yazilan kimi olar
22 avqust 2016 16:02
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
son bahar
Cox mukkemmel zeynim var.İsdenilen dili cox asanliqla orgene bilirem.İndi yalniz rus dilini bilsemde ingilis diline cox maragim var sadece vaxt yoxlugunan ve korpe usagim oldugundan orgene bilmirem insallah kursuna yazilmagi fikirlesirem gelecek islerimde mutleq lazim olacaq mene
22 avqust 2016 14:17
# 12
...
narmiwka_15
balacaliqdan oyrenmek lazimdiki soram cein olur gerek uwagin yaninda o dilede daniwasanki oyrensin
22 avqust 2016 13:22
# 11
Be Happy))
MODABAZ
Men alman dılını bılırem gerek uwaq balaca olanda oyrensınkı daha rahat olsun rus dılını oyrenecem ınsallah ıngılıs dılıne nıfret edırem
22 avqust 2016 12:04
# 10
Heyata daim gulmek lazimdii
Dj_Vampir
-3dil bilirem..Uni-e girende fransiz dilini oyrenmek isdiyerem
22 avqust 2016 11:55
# 9
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
TuralSebnem
oz dilimizi rus dilini bilirem ve mene yeter.mence iwliyen xanimlara maragli bir xeberdir))
22 avqust 2016 11:51
# 8
ş
YalniZ-ArZu
Erken oyrenilen dil ana dili kimi yadimizda qaldiginnan,ona gore bir coxumuz rus dilini dogma bilir ozune.Cox isterdim rus dilinnen bawqa da xarici dil oyrenim.Qismet inwalllah...oyrenmek ucun hec vaxt gec olmaz.
22 avqust 2016 11:27
# 7
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
lale.veliyeva19
Məktəbdə öyrənmək daha yaxşıdır birdə ailənində rolu böyükdür
22 avqust 2016 10:46
# 6
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

S.Heydarova
Dil öyrənməyin yaşı yoxdur
22 avqust 2016 10:18
# 5
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
ulya 1988
rus dilini bilirəm, ingilis dilini də bilmək istərdim, indi öyrənməyə vaxtım yoxdu kaşki məktəb də oxuduğum illərdə öyrənərdim agla
22 avqust 2016 09:39
# 4
♥ KaMa ♥
ingilis dilini bilirem rus dilini bilmek isterdim
22 avqust 2016 09:29
# 3
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
Cindrella
Dil bilmek yaxsi seydir.Usaq vaxti en sevdiyim ders ingilis dili idi.Indi de mukemmel bildiyim bir dildir.Amma rus diliynen hec vaxt aram olmuyub.
22 avqust 2016 09:09
# 2
BARBI
Menim fikrimce dil oyrenmenin yasi yoxdur. Sadece usaq yaslarinda beyin temiz olur hec bir problemle yuklenmir ve bele olduqda dil oyrenmek daha asan olur. Men de dilleri tez oyrenirem
22 avqust 2016 08:04
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz