Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
♥♥♥SEVIR♥♥♥
♥♥♥SEVIR♥♥♥
Göndərən: Barbaris
Şərhlər: 12
Baxılıb: 367
Səs ver:
Bir zamanlar hər birimiz uşaq məsumluğu ilə çobanyastığı çiçəyinin ləçəklərindən mədəd ummuşuq. Sevilib sevilmədiyimizi öyrənmək üçün o çiçəyin yarpaqlarını qoparmışıq. Cavab bizi qane etməyəndə üzülmüş, bəlkə də göz yaşı axıtmışıq. Çobanyastığının bu sualın cavabını bilməyəcəyini çox gec də olsa öyrəndik. Biz böyüdükcə suallarımız da çoxaldı, o uşaq məsumluğu ilə sevdiklərimiz də dəyişdi. Lakin çobanyastığının bizim uşaq dünyamızda öz yeri və öz izi qaldı. Ümidlə ləçəklərini qopardığımız o çiçək bizə doğma və əziz oldu. Bizi hər görəndə köhnə dostlar kimi üzümüzə gülümsəyir...

Biz artıq böyüdük. Sevdiklərimizə cəsarətlə "Məni sevirsənmi?” deyə biləcək qədər böyüdük. Bəzən bu sevgidə cəsarətli olduq, bəzən sevginin əsarətinə düşdük. Bəzən qazandıq, bəzən uduzduq. Amma bir də uşaqlıq illərimizə qayıdıb çobanyastığının ləçəklərini qoparmadıq: çünki anlamışdıq, sevilmədiyimizə görə o suçlu deyil.
Biz böyüdük. Sevgiyə təlabatımız, sevildiklərimizdən gözlədiklərimiz dəyişdi. Sevdik, sevildik, qovuşduq, ayrıldıq, xəyanət etdik, xəyanətə uğradıq... Hər sevdiyimiz sevdiyi müddətcə bizə bir şeylər qatdı, gedərkən bizdən alıb bir şeyləri də apardı...
Qopardığımız çobanyastığı ləçəkləri kimi...

Amma bir Sevgili də var. Onun bizi sevib sevmədiyini anlamaq üçün aynaya baxmağımız yetərlidir. Biz varıq. Torpaqdan, gildən, palçıqdan... bir nütfədən yaradılmışıq. O, biz heç yox ikən, heç bir şey deyilkən bizi sevdi. Bizi var etdi. Bizə sevəcəyimiz insanlar bəxş etdi... Bizdən istədiyi yeğanə şey isə sevgi oldu. Sevilmək istədi. Bizi sevdiyi kimi, bizim də Onu sevməyimizi istədi.
Biz yox ikən O bizi sevdi.
O var ikən biz də Onu sevirikmi, sevə bilirikmi?
O bu sualın cavabını öyrənmək üçün bir çiçəyin yarpağını qoparmadı, başqa bir yaratdığını incitmədi. Çünki O, yaratdıqlarını hər zaman sevdi. Bu bir çiçək də olsa... Amma bizi, yəni insanı daha çox sevdi. Daha çox sevdi ki, bizi İNSAN yaratdı. Düşünə bilmək, sevə bilmək hissləri verdi. Sevgini əvvəlcə verdi, sonra sevib sevmədiyimizi yoxladı.
O, bizi sınadı. İmtahanlar göndərdi bizə. Hər imtahanla ya biz böyüdük, bunun sadəcə bir sınaq olduğunu anladıq və sevgimiz artdı, çoxaldı ya da çobanyastığının ləçəkləri kimi sovrulduq, tükəndik:
"Nə üçün mən?” dedik.
"Bizim günahımız nədir?” dedik.
Üsyan etdik, üzüldük. Bəzən küsdük, arxa çevirdik.
Bəzən sevilmədiyimizi düşünüb kədərləndik...
Amma unutduq, unutduq ki, O SEVİR. Sevən isə sevdiklərinə ziyan vurmaz. Sevən sevdiklərini incitməz. Sevən sevdiklərini sadəcə sınayar. O da Məni sevirmi, deyər və imtahan edər. İmtahan edər ki, məqamını daha da ucaltsın. Ona ən yaxşısınını Cənnətini versin. Mükafatını daha da artırsın... Cənnətdə Ona salam versin, ondan razı olsun. O, sadəcə Onu sevənlərdən razı olur. Çünki sevilmək Onun haqqıdır. Varlığımızı Ona borclu olduğumuz qədər sevgimizi də, sevə bilməyimizi də Ona borcluyuq. Ən azından sevmək kimi bir duyğunu bizə verdiyi üçün sevilməyə ən çox layiq olan biri varsa o da ODUR...

Cavabını əminliklə bildiyimiz bir sual var: "Allah, bizi sevirmi?” Heç nədən və heç kimdən çəkinmədən cəsarətlə, qürurla "Hə, sevir” deyə bilirik. Sevir ki, bizi var edib. Sevgilidən gələn bəla (imtahan) isə toy, bayramdır. Çünki sonunda gerçək bir xəzinə var: Cənnət. Orda sevənlər, sevə bilənlər toplaşacaq. Aralarındakı yeganə söz "Salam” olacaq, salamatlıq olacaq. Orada həqiqi sevənlər Sevgililərinə qovuşaqcaqlar. O, onlardan razı olacaq. Sevgilərini təsdiq edəcək.


Şərhlər: 12
Baxılıb: 367
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Baharat
elaa beyendim:)
19 avqust 2016 18:03
# 12
MODABAZ
Sitat: lale.veliyeva19
Allah hər kəsi qorusun
19 avqust 2016 16:05
# 11
Heyata daim gulmek lazimdii
Cindrella
Sevgini hissetdirmek lazim.
19 avqust 2016 15:27
# 10
♥ KaMa ♥
tskrler oxuyacam bunu maraqli geldi mene)
19 avqust 2016 14:16
# 9
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
vipbetul
teki her zaman Rebbimin sevdiyi qullardan olaq insallah
19 avqust 2016 14:15
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Canavar sevgisi
:( etiraf etmek olmur hissleri. Cemiyyetin sert qayda qanunlari imkan vermir
Amma Allaha olan sevgini etriaf etmek cox gozel hissdir.
19 avqust 2016 13:04
# 7
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
BARBI
Sevgi cox derin hissdir. Kimisi sevdiyini dsmekden bele acizdir. Sevin sevilin . En esasi her zaman sevdiyinizi dile getirin
19 avqust 2016 12:57
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Onun_Mələyi
cooxx maraqli yazidi.men ele bawdan oxuyanda.Allahdan sohpet getdiyni bildim.Allah bizim gunahlarmizi baqiwliyib
gozel cennetine qebul eder inwallah.dua Amin
19 avqust 2016 12:51
# 5
Bir duam var,səndən amin gözləyirdua09123
son bahar
maraqliydi tewekkur
19 avqust 2016 12:13
# 4
...
MODABAZ
Bezen sevgıde qazanarsan bezen unudarsan heyat
19 avqust 2016 12:07
# 3
Heyata daim gulmek lazimdii
qaranliq1
cox menalidi Allah komeyimiz olsun
19 avqust 2016 11:51
# 2
♥♥♥Həyatda heç bir şeyim az olmadı sənin qədər.Və heç bir şeyi istəmədim səni istədiyim qədər.♥♥♥
lale.veliyeva19
Allah hər kəsi qorusun
19 avqust 2016 11:33
# 1
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz