Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Sevinc Tənha Analara dəstək" qrupunun sədri Pərvin xanımla səmimi müsahibə
Göndərən: Ayten Melek
Şərhlər: 12
Baxılıb: 2346
Səs ver:
Bu gun musahibəm "Sevinc Tənha Analara dəstək" qrupunun təsisçisi və sədri Pərvin xanimdir. "Sevinc Tənha analara dəstək" qrupu xeyriyyə məqsədi ilə yaradılıb.Qrup az müddət fealiyyət göstərsə də cox işlərə imza atıb. Pərvin xanımı tanımaq çox insana məncə maraqlı olar.

1. Salam. Pərvin Babayeva kimdir?
-Salam.adim Pervindir.1985 ci ildə Bakıda anadan olmuşam.evin tək övladıyam və Azərbaycan Respublikasının sadə sıravi vətəndaşıyam

2. Həyat şüarınız nədir?
- Həyatda arxaya baxmadan daim irəli addımlamaq

3. Həyat nəyi alıb və əvəzində nəyi verib ki, o yoxluq sizi incitmir?
- Heyat məndən çox şeyi əsirgəyib.Amma əvəzində həddindən artıq verib

4. Sizi motivasiya edən nədir?
- Uğurlarım. Mənə olan sevgi. Həyat eşqim

5. Sizi kənardan müşahidə edənlər deyirlər ki, eqonuz yüksəkdir. Özünüzdən razısınız.. Eqoist insansınız.Bəs siz özünüz haqqda nə deyə bilərsiniz? Bəs belə insan necə bu işlərin öhdəsindən gəlməyi bacarır?
- Bunu yalnız məni kənardan müşahidə edən insanlar deyə bilər. Məni yaxından tanıyan insanlar məni çox yaxşı tanıyır.Bəli, mən çox sərt insanam.bəzən kobud oluram. Amma 5 dəqiqə .Beş dəqiqədən sonra tamam başqa insan oluram. Sadəcə həmin anda mənə gərək heç kim dəyməsin. Gördüyüm işlərin isə xasiyyətimlə heç bir əlaqəsi yoxdur. Mən sadəcə insanlıq borcumu yerinə yetirirəm.

6. Deyirlər güclü xanımların da zəif nöqtələri var. Sizin ən zəif nöqtəniz nədir?
- Düşünmədən deyerem anam.O mənim həm zəif nöqtəm,həm gücüm, həm nəfəsimdir

7. Ananızdan söz düşmüşkən. Qrupunuzun adı ananızın adı ilə bağlıdır. "Sevinc Tenha Analara dəstək". Bu ad artıq məncə çox şeyi izah edir. Ananızla münasibətiniz necədir?? Ana - bala? Dost və ya pərdəli ana-bala münasibəti?
-Bəli təşkilatımın adı anamın adı ilə bağlıdır. Anam məni tənha böyüdüb. Ali savadı, işi olmasına baxmayaraq hami bilirki tək övlad böyütmək ,o ovladı cəmiyyətə xeyrli şəxs kimi ərmağan etmək çox çətin işdir. Mən bütün analara mənim anam kimi ayaqları üstə başı dik durub, övladlarını cəmiyyətimiz üçün xeyirli övlad kimi böyütməyi arzu edirəm. O ki qaldı bizim anamla olan münasibətimizə, mənim anam çox sərt,həm də soyuq insanlardır. Məni çox əzizləyən, nazımla olmayan biri olmayıb.Əvvəllər uşaq olanda bunu elə də dərk etmirdim. və anamın belə xasiyyəti məni hardasa incidirdi. Amma indi çox sağ ol deyirəm ki, ərköyün böyütsə də heç vaxt nazımla oynamayan,məni tərifləyən bir ana olmamsıdır. Biz anamla tamam ferqli xarakterli insanlar olsaq da,çox mehribanıq, həm də çox dalaşırıq. (gülür) iki bacı kimi.Amma yenə də her yere birlikdə gedirik ,çox qərarları birlikdə qəbul edirik. Anamın bircə nəfəsi mənim bəsimdir. Onun xeyir - duası ilə qurulan işin axırı həmişə xeyrli olur.

8 "Sevinc Tənha Analar" dəstəyi - bu adı layiqincə daşımaq nə istəyir?
- Dürüstlük.Insanlıq

9. Bu kollektivdə işləmək nəyi tələb edir? Zəhmət olmasa bu haqqda məlumat verin, çünki könüllü olaraq kömək etmək istəyənlər üçün qaranlıq heç nə qalmasın.
- Güclü istək . Mənim kimi çətin xasiyyətli rəhbər ilə işləmək hər insan üçün mümkün deyil.Səbr tələb olunur.yardım etdiyi insanlara qaynayıb qarışmaq.

10. Necə olduki xeyriyyə dəstəyi yaratmağı qərara aldınız?
- Neçə illərdir uşaq evlərinə,qocalar evlərinə gedirdik bir müddət ara verdim ,bu yaxınlarda yenidən başladım bu işlə məşğul olmağa,insanlara az da olsa köməklik edirəmsə,üzlərini güldürməyi bacarıramsa, nə xöşbəxt mənə.Təbii mən bunu tək yox, ətrafımın dəstəyi ilə edirəm.

11. Hər bir insan yaşa dolduqca özünü tanımağa başlayır. Həyatda özünə bir yol seçir. Yəni xeyriyyəçiliklə məşğul olmağı insana kimsə deməlidir, yoxsa buna şərait yaranmalıdır?
- Bu insanın öz içindən, daxilindən gələn bir istəkdir. Xeyriyyəçiliyi insana heç kim nə sevdirə bilməz,nə də məcbur edə bilməz!

12. Bir çox xanımlarımız müəyyən səbəblərdən sonra tək qala bilir və bəzən çox təəssüf ki, onlar bu həyatda qalmaq üçün ən rahat yolu seçir.İstər məcburiyyətdən, istərsə də könüllü olaraq.Sizə görə belə halların ən azından azalması üçün bizlərə düşən iş nədir?
- Insan özü - özü ilə mübarizə aparmağı bacarmalıdır.Əgər o qadının daxilindən gəlirsə bu,onu heç kim yolundan döndərə bilməz

13. Çox güclü xanımsınız. Ən azından mən sizi belə görürəm. Belə güclü bir xanımın qəlbini fəth etmək üçün əks cins hansı xüsusiyyətlərə sahib olmalıdır? Ən əsası ailə sizin üçün nədir?
- Hər bir güclü qadının yanında ondan daha güclü insan olması gərək.özü öz ayaqları üstə ən azı mənim kimi dayanmağı bacarmalıdır.Ailə mənim üçün ən uğurlu karyeradır.

14. Ailədən söz düşmüşkən bu günümüzün acı həqiqətindən bir az danışaq. Niyə boşanmaların sayı günü-gündən artır? Bəlkə buna görədir ki, bir çox xanım və bəylərimiz ailə məsələsinə soyuq yanaşır?
- Ailə iki halda qurulur indiki zamanda.Birinci hal : vaxtdır artıq ailə qurulmalıdır. ikinci hal ailəni tam dərk edilmədən qurulur.Hər iki hal gəlib boşanmağa çıxardır

15. Sevgi - bu sözün tərifi varmı?
- Çox çətin sual oldu.Sevgi nisbi anlayışdı.Ötəri bir hissdir.Amma sevgi və hörmət əbədiyyata gətirib çıxara bilir

16. Desələr ki, mətbəxdə ən dadlı bişirdiyiniz yemək və ya şirniyyat hansıdır, nə deyərdiniz?)

- Mətbəx mənim üçün deyil))))))

17. Əsl xanım kimdir?
- Qurduğu ailəni,bütün çətinlikləri, qarşısında qoruyub saxlamağı bacaran,həyatda qarşısına qoyduğu məqsədə,prinsiplərinə çatan qadın əsl xanımdır mənim üçün.Xanım adını layiqincə daşıyan qadın mənim üçün əsl xanımdır.

18. Bir çox kişilərin qadına kölə kimi baxma və qadın deyiləndə ağzını əymə haqqı hardan qaynaqlanır?

- Ailədən.Egər kişi dediyimiz ailəsində qadına qarşı necə münasibət görürsə,ətrafındakı qadınlara da eyni münasibətdə olur

19. Xeyriyyə işlərində iştirak etmək üçün insanda hansı keyfiyyətlər olmalıdır?
- İnsalara qarşı hörmət.Insanlari təbəqələrə bölməmek xüsusiyyəti olmalıdır insanda.

20. Bu yolda sizin yolunuzu kəsənlər olub?
- Yolumu kəsən desəm yalan olar.Amma Şəxsi intriqasi nəticəsində şər atanlar olub.Amma şükür Allaha ki,hələki bizim gördüyümüz işə şübhə ilə yanaşan olmayıb.

21. Kömək etdiyiniz insanlardan necə, gözləmədiyiniz xoşa gəlməz münasibət görmüsünüz?
Bəli olub,naşükürlük daha çox görmüşəm.Yalançılıq görmüşəm və belə insanlar gördükcə bir az məyus oluram.

22. Qrupunuz az vaxtda fəaliyyət göstərsə də bir çox lahiyələrə imza atmısınız. Yaza bilərsiniz həyata keçirdiyiniz lahiyələri?
- Atasız,serebral iflic dən əziyyət çəkən uşaqı əməliyyat elətdirmiş,5 atasız,ehtiyacı olan ailənin uşaqlarını təmənnasız sünnət etdirmişik.Hər həftə ehtiyacı olan ailələrimizə ərzaq yardımları olunur.Könullulərimiz ailələrə o yardımları paylayır.

23. "Sevinc Tənha Analar" dəstəyi qrupunun gələcək planları nədir?
- Yaxın gələcəkdə layihəmiz gözlənilir.Tədbirimiz baş tutacaq İnşallah.

24. Bu qrupun fəaliiyətinin dayanmasına nə səbəb ola bilər?
- Onu heç düşünmək belə istəmirəm

25. Qadınlar.biz saytı kollektivi adından gözəl müsahibə üçün sizə təşəkkürümü bildirirəm. Sonda xanımlarımıza nələri arzu edərdiniz ki, həyatda hər zaman zirrvədə ola bilsinlər?
- Çox sağolun minnetdaram.Qadınlarımıza yalnız bir şeyi arzu edirəm. Qadın xoşbəxtliyi.Sevilən, xoşbəxt qadın həmişə zirvədədir.

Aytən Mələk


Şərhlər: 12
Baxılıb: 2346
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
qonaqa
islerinizde ugurlar
30 iyul 2016 14:18
# 12
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
vipbetul
qadinlar haqqinda teskiltlar ne qeder cox olsa o qeder yaxsidir
21 iyul 2016 10:33
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Totu
İşlərinizdə ugurlar sizə:))
20 iyul 2016 12:36
# 10
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
narmiwka_15
bele tewkitalarin olmagi yaxwidi ugurlar iwlerinizde
20 iyul 2016 11:52
# 9
Be Happy))
___Jasmin___
İs karayeranizda ugurlar cox beyenirem bele qruplari cox numunevi qurplardi
20 iyul 2016 11:39
# 8
I remained behind now the mother of 14 spring -Big

YalniZ-ArZu
Ne yaxwi ki,bele insanlar var cemiyetimizde.Allah komekleri olsun ki,bele xeyriyye tewkilatlari da bacardiqca cox insana yardim ede bilsinler.
Allahdan arzum budur ki,ele bir dovre gedib cixaq ki,bele tewkilatlara ehtiyac qalmasin.HEC KES,HEC KESE MOHTAC OLMASIN,HAMI XOWBEXT OLSUN.AMIN!
20 iyul 2016 11:28
# 7
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Arzum_Melek
Maraqli musahibe alinib
Heyatinizda,iwlerinizde ugurlar..
Xeyriyye iw gorursunuz
Bunnan boyik xowbextciliy yoxdur
Her bir insana ibret olmalisiniz
Tanimaq xow oldu..
20 iyul 2016 01:04
# 6
Gülüş.
Sitat: Barbaris
Heyatinda ve iwlerinde ugurlar..

Sitat: Barbaris
Heyatinda ve iwlerinde ugurlar..
20 iyul 2016 00:28
# 5
vipbetul
bu cur teskilatlar ne qeder cox olsa o qeder yaxsidir maraqli oldu
20 iyul 2016 00:10
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ummuselma
Fikirləri maraqlıdır. Xeyriyyə işi görməsi bəzilərinə bir ibrət olmalıdır.
19 iyul 2016 23:35
# 3
Nur Melikzade
Gozel xanimdir.Musahibenide axira kimi oxudum.Maraqli oldu.Allah size her zaman werait yaratsinki bele gozel iwler goresiz.Ananizada uzun omur versin. Amin.Tanimaq xow oldu.
19 iyul 2016 22:54
# 2
İmza
Barbaris
Heyatinda ve iwlerinde ugurlar..
19 iyul 2016 22:53
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz