Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Feministlər kimdir: hüquq bərabərliyinə çalışanlar, yoxsa kişi düşmənləri? - ARAŞDIRMA
Feministlər kimdir: hüquq bərabərliyinə çalışanlar, yoxsa kişi düşmənləri? - ARAŞDIRMA
Göndərən: ___Jasmin___
Şərhlər: 12
Baxılıb: 247
Səs ver:
Bunun bir səbəbi feminizmin ifrat dərəcədə istiqamət dəyişdirməsidirsə, digər səbəbi də özünü feminist adlandıran bəzi qadınların sözün əsl mənasında "kişi düşməni"nə çevrilmələridir.

Maraqlıdır ki, dünyadan fərqli olaraq Azərbaycanda feministlər bir qədər fərqli düşüncəyə malikdirlər. Araşdırma yazımızı Facebook sosial şəbəkəsində keçirdiyimiz bir sorğu ilə başlamaq qərarına gəldik. Sorğunu keçirməkdə məqsədimiz bizim toplumda feminizm anlayışının necə qəbul edilməsini öyrənmək idi. Sorğumuzda iştirak edən 32 nəfərdən 17-si feminizmin hüquq bərabərliyi uğrunda mübarizə olduğunu dedi, 15 nəfər isə feministlərin kişi düşmənləri olmasını qeyd etdi.

Qadinlar.biz məşhur feminizm hərəkatı və onun bugünkü durumu barədə araşdırmasını təqdim edir.

Feminizm nədir, necə yaranıb?
Feminizm sözü həm latınca "femina", yəni "qadın" sözündən, həm də "Femida" sözündən qaynaqlanır, qədim yunan mifologiyasına görə, Zevsin ikinci arvadı olan ilahənin adı Femida olub. Qeyd edək ki, feminizm XVIII əsrdə əvvəlcə Şimali Amerikada, sonralar isə müstəqillik uğrunda mübarizə illərində, 1789-1799-cu illərdə "Böyük Fransız inqilabı" zamanı Fransada yaranan qadın hərəkatı olub. Həmin illərdə feminizm hərəkatına qoşulan qadınlar ilk növbədə haqq-ədalətin bərqərar olması üçün və qadın haqlarının heç bir halda pozulmaması naminə fərqli qadın təşkilatlarında birləşməyə başladılar.

Amma maraqlıdır ki, o vaxtlar bu hərəkatın adı "feminizm" deyildi. Çılğın və qorxmaz fransız qadın yazıçısı Olimpiya de Qucun "Qadınların hüquq deklarasiyası"ndan sonra ona haqq verən və yazıçının ətrafında birləşən qadınlara "feministlər" deməyə başladılar. Çünki yazıçı yazısında qadının da "feme", yəni insan olduğunu deyirdi.

Lakin maraqlı olan bir şey də var, bütün bu sadaladıqlarımız feminizmin yalnız görünən tərəfidir. Tarixi mənbələrdə yazılır ki, kişi cinsindən olan fərdlərdə ikinci dərəcəli qadın cinsiyyəti orqanlarının inkişaf etməsi prosesi feminizasiya adlanır. Eyni zamanda feministliyi təkcə insanda deyil, eyni zamanda quşlarda və heyvanlarda da müşahidə etmək olar. Bizim yazımızla bir o qədər əlaqəsi olmasa da, qeyd etməliyik ki, feminizasiyanın əksi də var, o "maskulinizasiya" adlanır. Maskulinizasiya qadın cinsindən olan fərdlərdə ikinci dərəcəli kişi cinsiyyət orqanlarının inkişafı prosesidir.

Feminizmin bir problem olaraq tarixən həll edilməmiş qalması son dövrlərdə ona yardımçı sahələrin də yaranmasına səbəb oldu. Gender proqramı bu baxımdan ən çox uğur qazanandır. Bu proqram feminizmin dayaqlarını, özülünü araşdırmağa və həlli istiqamətində müəyyən nailiyyətlər əldə etməyə stimul verdi.

Feministlər psixi problemləri olanlardır?

Əgər kimsə feminizmin mahiyyətini sizə tam olaraq anlatmaq fikrinə düşsə, inanmayın, çünki bu hərəkat sözün bütün anlamlarında qarışıq bir durumdur, feministləri bəzən bioloji və psixi pozğunluqları olan kəslər də adlandırırlar. Eşitmiş olarsınız, el arasında kişisayağı hərəkət edən, bir az kişi kimi geyinən qadınlara "Erkək Fatma" deyirlər. Bu sözü bəzən feministlərə də aid edirlər. Bəzi feministlər var ki, onlar qadına aid olan heç bir qaydaya əməl etmirlər və özlərinə bunu təhqir hesab edirlər.

Məsələn, Vüsalə adlı bir feministlə söhbətimiz zamanı o, çox maraqlı sözlər dedi. Əvvəla, bizə özünü "Vüsal" kimi təqdim etdi, "ə" hərfini adından ixtisar etmişdi. Bildirdi ki, feminizmlə 4 ildir maraqlanır: "Heç bir halda qadını alçaltmağa, hüquqlarını tapdamağa izn verilməsini dəstəkləmirəm. Amma mən qadının kişinin köləsi olmasını da istəmirəm. Qadının ərə getməsi, uşaq doğması da köləlikdir və mən bunu istəmirəm".

Feminizmin mahiyyətini o qədər dərindən anlamırdı, ona görə də müsahibimiz potensial "kişi düşməni" idi. Amma bu "düşmənçilik" onun gözlərini o qədər tutmuşdu ki, özünün də zamanla zahirən bir kişiyə çevrilməsinin fərqində deyildi.

Feministlər düşünürlər ki, toplumun kişi və qadına münasibətdə tətbiq etdiyi rasional nəzarət sxemi bir-birindən fərqlənir, kişilərə birincilik tanınır, qadın mənəviyyatı təmin olunmamış qalır. Elə bu səbəbdən də feminizmin məqsədi qadın mənəviyyatının "susmaq sferasından" birdəfəlik çıxarılması və kişi ilə eyni cərgədə, eyni statusda qərarlaşmasıdır.

Sosioloq: "İndi feminizm fərdin psixologiyasına uyğunlaşdırılır"

Bir az öncə qeyd etdiyimiz kimi, feminizm o qədər qəliz və həll olunmamış mövzudur ki, onun öz daxilində bir neçə qola ayrılması da bunu təsdiq edir. Feminizmin bu qollarından olan "anarxofeminizm", "konservativ feminizm", "humanist feminizm" az tanınıb. Amma bəzi qismi isə bu gün dünyada, eləcə də Azərbaycanda kifayət qədər geniş arenada müzakirə olunandır - "burjua feminizmi", "radikal feminizm", "liberal feminizm", "qara feminizm" də bu qismə aid edilir.

Sosioloqlar adətən belə hərəkatların öz daxilində bir neçə qola ayrılmasını da problemli olması ilə əlaqələndirirlər. Çünki hərəkatın qəlizliyi onun bir aspektdən həll edilməsinin mümkün olmamasından xəbər verir ki, bunun da altından hərəkatı bir neçə qola bölməklə çıxırlar. (Amma yenə də feminizm anlayışını tam olaraq çözə bilmirlər).

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, feminizm də zamanla dəyişikliyə uğrayan hərəkatlardan biridir:

"Bir çox hərəkat, yarandıqdan sonra zamanla ərtafına toplaşanların təsiri ilə dəyişikliyə məruz qalır. Çox maraqlıdır ki, feminizm müxtəlif ölkələrdə müxtəlif formalarda yayılmaqdadır. İnsanlar hərəkatın yaranma səbəbini və mahiyyətini bilmədən onu öz məqsədləri üçün istifadə edirlər. Tez-tez aksiyalar olur, qadınların üstünlüyünü sübut etmək məqsədi ilə. Qadınların sıxışdırılması, hüquqlarının alınması bir çox cəmiyyətlər üçün spesifik xüsusiyyətdir.

Necə deyərlər, təsirə əks təsir lazımdır, bu qadağalara cavab olaraq, sadəcə, qadınların kişilərlə eyni cərgədə durması və eyni hüquqa sahib olduğunu müdafiə etmək üçün feminizm yaradılıb. Təəssüf ki, indi zamanından və məkanından asılı olaraq bu mahiyyət dəyişdirilir. Bir çox qadın şəxsi acığını çıxmaq üçün feminizmi indiki vəziyyətə sürükləyib".

Feminizm hərəkatının Avropada daha geniş yayıldığını deyən sosioloq bildirir ki, bu hərəkatı insanlar öz psixologiyalarına və dünyagörüşlərinə uyğunlaşdırıblar: "İnsanları mahiyyət maraqlandırmır, hərə öz içindəkiləri tökmək üçün vasitə axtarır. Feminizmin bu qədər məşhur olması da buna imkan verir. Eyni zamanda, Avropada yaranmış bir hərəkatın Azərbaycanda da eyni nəticəyə səbəb olacağı fikri də yanlışdır. Onların cəmiyyətində normal qəbul edilən bir hərəkət bizə qeyri-normal gələ bilər. Onların toplumunda yığıcı, bərpaedici bir hərəkat bizdə dağıdıcı effekt verə bilər. Nəinki "feminizm", heç hər gün "demokratiya" deyə qışqıran insanların özü də axıra qədər bilmirlər ki, demokratiya nə deməkdir. İnsan öz doğrularını demokratik hesab edir. Feminizm də belə".

Feministlər nə deyirlər?

Azərbaycanda feminist deyildikdə nə və kimlər nəzərdə tutulur? Maraqlıdır ki, bizim feministlər sadəcə bərabərlik istəyənlərdir. Qadın və kişi hüquqlarının bərabərliyinə çalışanlar özlərini feminist adlandırırlar. Feminist Günay deyir ki, feminizm qrup olaraq kişilərdə və qadınlarda münasibətlərin sorğulanması, qadınların daha üstün huquqa sahib olmasıdır. Feminist Bənövşəyə görə isə feministlər kişiləri alçaltmadan öz hüquqlarını tələb edən qadınlardır: "Amma təəssüf ki, bizdə feminist qadınlara normal baxmırlar, elə hesab edirlər ki, biz özbaşımıza davranmaq istəyirik. Hələ bəziləri feminizmin sonunun əxlaqsızlıq olduğunu deyirlər. Mən razılaşmıram".

Həmkarım Günay Muradlı isə mediada feminist kimi tanınan jurnalistlərdəndir, avropalı feministlərin bir dəvəti ilə onlarla görüşə də qatılmışdı. Maraqlıdır ki, bir az öncə qeyd etdiyimiz kimi, feminizmin məkanlara görə dəyişikliyə uğramasını o da təsdiqlədi:

"Avropa üçün bu anlayış böyük çəkiyə malikdir, böyük feminist təşkilatları, hətta siyasi partiyaları da var. Avropada feministlər o anlayışı həyat tərzinə çeviriblər, onlar düşündükləri kimi yaşayırlar. Amma bizdə durum fərqlidir, həyatını feminizmə həsr edib, o cür yaşayan bir nəfər tanımıram. Avropa feministlərinin isə həyat tərzləri bir az fərqlidir, maddi şeylərdən, əsasən də puldan uzaq, hippilər kimi həyat sürürlər. Demək olar ki, zibillikdə yaşayırlar. Onlar üçün ərə getmək, uşaq doğmaq anlayışı yoxdur. Hətta biləndə ki, mən ailəliyəm və uşaqlarım var, mənə münasibətləri kəskin dəyişdi".

Feminist jurnalist deyir ki, bizim ölkədə küçədə savaşan cütlüyün davasında qadının tərəfində duranda da adama feminist deyirlər: "Feminizmdən, qadın haqlarından danışan bütün qadınlara birmənalı olaraq pis münasibət yaranır, təkcə kişilər yox, elə həmcinslərimiz də bizə qarşı cəbhə açırlar. Əgər konkret olaraq "feminizm nədir?" deyə sual ünvanlasanız, cavabım belə olar: "Mənim üçün feminizm birmənalı olaraq qadın haqlarının qorunması yolunda hər cür əziyyətə qatlaşmaq deməkdir".


Şərhlər: 12
Baxılıb: 247
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nermin..
"Amma təəssüf ki, bizdə feminist qadınlara normal baxmırlar, elə hesab edirlər ki, biz özbaşımıza davranmaq istəyirik. Hələ bəziləri feminizmin sonunun əxlaqsızlıq olduğunu deyirlər. Mən razılaşmıram".

Öncəliklə yuxarıda qeyd etdiyim hissəyə aid yazmaq istərdim.. Bəli tamamilə doğrudur, əgər bir qadın kişilərlə qadınların eyni hüquqlara malik olduğunu deyirsə, qadınında həyatını öz istədiyi şəkildə yaşamaq hüququnun olduğunu deyirsə deməli o qadın əxlaqsız olmaq istəyir.. Bu sözləri çox eşitmişəm ətrafımdaki insanlardan və ən çoxda qadınlardan çünki hər biri artıq köləliyi qəbul edib, öyrəşib, adiləşiblər.. Qadın bu cəmiyyətdə sadəcə təmizlik etsin, qab yusun, uşaq doğsun, birdə kişinin sözündən qətiyyən çıxmasın !! Heç nə demirəm dar düşüncəli qadınlarımız çoxdu və yeni nəsil qızlarında o vəziyyətə düşməsinə yol verilməməlidir..
19 avqust 2016 11:36
# 12
HOSTedd

Amma ədalətin özü də ədalətli deyil !!
___Jasmin___
Sitat: Fiorella
Feministem icimden bele gelir,ama bunu bizde basa dusmediklri ucun hec demeyin menasi yoxdu.(sohbet dupduz feministden gedira yeni erkek fatma kisi dusmeni falan yox )basa dusmirlrde deyendeki yeni qadin huquq beraberliyi azadligi deyendede axri deyceklr yazldgi kimi ozbsnalig terbiyyesizlikdi.oncun ozum ozumcum feministem imkanim olsaydi bunu lap qanun kimi cixarardm,ama mumkin deyl bizde hetta bunun tersin editler deye ne feniminist olmamn menasi var ve menasi olmadgini gorurem deye herdem 1anlg kisi dusmanida oluram.ama normalda dupeduz feministem

eynən yazdığlarnızla razıyam
16 avqust 2016 12:29
# 11
I remained behind now the mother of 14 spring -Big

Fiorella
Feministem icimden bele gelir,ama bunu bizde basa dusmediklri ucun hec demeyin menasi yoxdu.(sohbet dupduz feministden gedira yeni erkek fatma kisi dusmeni falan yox )basa dusmirlrde deyendeki yeni qadin huquq beraberliyi azadligi deyendede axri deyceklr yazldgi kimi ozbsnalig terbiyyesizlikdi.oncun ozum ozumcum feministem imkanim olsaydi bunu lap qanun kimi cixarardm,ama mumkin deyl bizde hetta bunun tersin editler deye ne feniminist olmamn menasi var ve menasi olmadgini gorurem deye herdem 1anlg kisi dusmanida oluram.ama normalda dupeduz feministem
16 avqust 2016 00:58
# 10
Barbaris
Sitat: Antikvar
Sonuna qədər maraqla oxudum, çünki məndə feminizimi öz aləmimdə başqa yönlərdə analiz edirdim, demək bir tək mən deyilmişəm, dünyada belə hər kəs öz bildiyi yöndə feminizimi yozur və ona uyğun həyatını sürür, amma mən fərqli olaraq bir tək özümdən yox cəmiyyətin ağlı başında olan qadınlarından söz düşsə nəsə danışılsa sırazı kənardan mən onların haqqlarını müdafiə edəcəm(hər nə qədər belə danışıqlarım birmənalı qarşılansada) Feminizim mənim üçün kişi kimi qadın deməkdi, öz haqqlarını, hüqüqlarını qorumağı bacaran qadın deməkdi, yoxsa feminizim"əm və evlənmək olmaz, uşaq doğmaq olmaz, və səfil vəziyyətdə yaşamaq bu bir növ psixoloji problem yaşayanlardı özlərini o ad altında görüb həyatlarını puça çıxartmağı sevənlərdi deyərdim... Sonda da bunu qeyd etmək istəyərdim qadın dediyin ilk növbədə namusunu qorumağı bacarmalı, daha sonra savadlı olmalı, zamanı gəldiyində evinin xanımı, ana olmalı, bunları yaşarkən hüqüqlarını bilsədə istər cəmiyyətə istərsədə ailəsinə o hüqüqlarını nümayiş etdirməsinə ehtiyacın olmaması üçün gözəl xarakter sərgiləməlidi. Bax onda mən elə qadına həm ağıllı, həmdə kamallı qadın deyərəm:)
Mövzu üçün təşəkkürlər.
15 avqust 2016 22:15
# 9
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
FISTIK
Maraaliydi axracan oxudum. Mende feministem hemise huquq beraberliyi terefdariyam.Kisilerinde dusmeni hesab etmirem.
15 avqust 2016 14:55
# 8
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
___Jasmin___
Mən feministəm kişi düməni deyiləm amma arada əsəbləşəndə bütün oğlanlara nifrət etdiymi deyirəm
15 avqust 2016 14:18
# 7
I remained behind now the mother of 14 spring -Big

Fialka
Feminist olmaq kişilərə düşmən gözüylə baxmaq yox sadəcə hüquq bərabərliyinin tərəfdarlarıdır. Düzdür qatı feminist deyiləm amma bir qadının savadlı olub öz hüquqlarını tələb etməsi mütləqdir deyə düşünürəm ..
15 avqust 2016 13:00
# 6
vipbetul
feminzm oz huquqlarini bilen kisiyle qadin huquqlarinin eyni olduqunu bilib kisilere oz huquqlarini tapdalatmayan cemiyyetde qadininda sozunun her zaman kecerli olmasini bildrendir bu bAREDE COX DNISMAQ olar
15 avqust 2016 12:26
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
♥ KaMa ♥
tskrler xebercun
15 avqust 2016 12:09
# 4
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
Catwoman666
 "Erkək Fatma" deyirlər
Bu soz tam olaraq mene aiddi23
Ozum de bir "Erkek Fatma" olaraq deye bilerem ki: Men bir cox bezekli qizlara, bir de oglanlara nifret edirem.
Feminizmliye gelincee... Ozumun cox da qabariq feminist damarlarim yoxdu. Amma ozum feminist sayilaram eslinde. Tam olaraq kisi dusmeni de deyilem eeslinde. Men umumiyyetle, neinki kisi, eyni zamanda hec kimi sevmirem)) qadin, qiz, kisi, usaq ferq eetmir)
Eslinde feminizm huquqlarin beraber olmasi ucun sey gostermekdi, mubarize aparmaqdir. He bir de ingilisce bir status oxumusdum. "All feminist are not lesbians". Yeni, butun feministler lezbiyan deyil. Lezbiyanlar ozlerini "feminist" adlandiraraq oz lezbiyanliqlarina bir nov behane uydura bilerler. Amma umumiyyetle ne feminizmin lezlikle, ne de lezliyin feminizmle elaqesi yoxdur.
Qadin ve kisilerin huququ beraber olmalidir mene gore amma tamm da yox. Netice de az da olsa ferqler olmalidir. Hamimiz eyni cinsden deyilik cunki. Bezi feministlere gore hec kisiler xanimlara yer vermemelidi avtobusda. Amma mence hec elaqesi yoxdu. Bu sadece etik qqaydadir.
Indi nece nefer ozune feminist deyir. Amma bezileri hec feminizmin ne oldugunu deqiq bilmir. Dediyim kimi ozumu feminist hesab ede bilerem amma lapppppp asiri derecede de feminist deyilem. Men en cox "erkek fatma" ozelliklerini dasiyiram hihih Ozunu yalandan oglan kimi aparan qizlardan da zehlem gedir. Guya bunlar ferqlidiler. Yalansa butun kisilerin dasi tepenize 122 Men ozume hec vaxt oglan dememisem ve Allah eelemesin ki oglan olum. Sadece berbezek, das qas, forslu olmaq, oglanlar, flörtlesmek ve s. menlik olan sheyler deyil. Bu xarakterimde de var.

...666...
15 avqust 2016 11:29
# 3
"All men must die, but we are not men"

Daenerys Targaryen
BARBI
Maraqla oxudum. Menimde bir yanim feministdir. Her zaman qadin ve kisinin huquqlarinin beraberliyine inaniram.
15 avqust 2016 11:08
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Antikvar
Sonuna qədər maraqla oxudum, çünki məndə feminizimi öz aləmimdə başqa yönlərdə analiz edirdim, demək bir tək mən deyilmişəm, dünyada belə hər kəs öz bildiyi yöndə feminizimi yozur və ona uyğun həyatını sürür, amma mən fərqli olaraq bir tək özümdən yox cəmiyyətin ağlı başında olan qadınlarından söz düşsə nəsə danışılsa sırazı kənardan mən onların haqqlarını müdafiə edəcəm(hər nə qədər belə danışıqlarım birmənalı qarşılansada) Feminizim mənim üçün kişi kimi qadın deməkdi, öz haqqlarını, hüqüqlarını qorumağı bacaran qadın deməkdi, yoxsa feminizim"əm və evlənmək olmaz, uşaq doğmaq olmaz, və səfil vəziyyətdə yaşamaq bu bir növ psixoloji problem yaşayanlardı özlərini o ad altında görüb həyatlarını puça çıxartmağı sevənlərdi deyərdim... Sonda da bunu qeyd etmək istəyərdim qadın dediyin ilk növbədə namusunu qorumağı bacarmalı, daha sonra savadlı olmalı, zamanı gəldiyində evinin xanımı, ana olmalı, bunları yaşarkən hüqüqlarını bilsədə istər cəmiyyətə istərsədə ailəsinə o hüqüqlarını nümayiş etdirməsinə ehtiyacın olmaması üçün gözəl xarakter sərgiləməlidi. Bax onda mən elə qadına həm ağıllı, həmdə kamallı qadın deyərəm:)
Mövzu üçün təşəkkürlər.
15 avqust 2016 10:57
# 1
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz