Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Avropa dillərini öyrənmək üçün ən yaxşı saytlar
Avropa dillərini öyrənmək üçün ən yaxşı saytlar
Göndərən: ___Jasmin___
Şərhlər: 9
Baxılıb: 285
Səs ver:
Əgər hər hansı bir xarici dilə sahibsinizsə ikinci birini onun vasitəsilə öyrənmək daha asan olacaq. Aşağıda fransız, alman, italyan və ispan dillərini müxtəlif və maraqlı vasitələrlə öyrənməyə imkan verən ingilisdilli saytları təqdim edirik.

İtalyan dili
Duolingo

İngilis dilinə sahib olmaqla bu saytın köməkliyi sayəsində avropa dillərini oyun formatında öyrənə bilərsiniz. Burada tapşırıqlar elə formada qurulub ki, əsas olaraq kiçik cümlələri italyan dilindən ingilis dilinə və əksinə tərcümə etmək tələb olunur. Gündəlik tapşırıqlar və doğru cavablara görə topladığınız ballarla növbəti mərhələlərə keçmək üçün “şans” qazanırsınız.

My Daily Phrase Italian
Bu sayt Radio Lingua Network şirkəti tərəfindən italyan dilini sıfırdan başlamaq istəyənlər üçün yaradılıb. Hər buraxılışda yeni şeylər öyrənəcəyiniz zəmanətdir.

com
Bu sayt italyan dilini baza səviyyəsində bilənlər üçün nəzərdə tutulub. Hər buraxılış 4 dəqiqədən 20 dəqiqəyə qədər davam edə bilər və müəyyən mövzuya həsr edilir.

One World Italiano
Bu portalda müxtəlif formalarda və çətinlik səviyyəsində tapşırıqlar yerləşdirilib. Burada qrammatik testlər edə, imla yaza, mətnlərin suallarına cavab verə və italyanca xəbərlər oxuya bilərsiniz.

Alman dili
Mission Berlin
Bu sayta çox əyləncəli şəkildə dil dərsi təqdim edir. Ziyarət edin, peşman olmayacaqsınız.

Mein Weg nach Deutschland
Bu portal da öz növbəsində maraqlı üsullarla alman dilinizi məşq etdirmək imkanı qazandırır.

Langsam gesprochene Nachrichten
Alman dilini radio dinləyərək öyrənmək istəyənlər üçün ideal portal.

Land der Wörter
Bu portalda isə müxtəlif viktorinalar və krossvordlar yer alıb. Bununla yanaşı, müxtəlif mövzular ilə ümumi leksika və qrammatikanızı da sınaqdan keçirə bilərsiniz.

Fransız dili
Languages Online
Bu saytın köməkliyi ilə fransız dilini sıfır səviyyədən öyrənmək mümkündür. Burada müxtəlif dillərdə cümlə qarşılığını düzgün seçmək və yaxud predmetləri şəkillərə uyğun düzgün qruplaşdırmaq lazımdır.

Easy French Poetry
Bu sayta sizə fransız dilini bədii cəhətdən öyrənmək imkanı yaradır.

French Quizze of the Day
Bu portal fransız dilini testlər vasitəsilə öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Burada istədiyiniz mövzunu və testlərin çətinlik dərəcəsindən asılı olaraq 10, 25 və 50 suallıq testləri seçə bilərsiniz. Səhv cavablara server özünəməxsus oh là là şəklində reaksiya verir.

RFI — Journal en français facile
Bu saytda hər gün yenilənmiş və yerləşdirilmiş xəbərləri dinləyə bilərsiniz. Aparıcılar mətni çox sürətlə oxuduqlarından RFI radiostansiyasının səhifəsində transkripsiyanı izləyə bilərsiniz. News in Slow French saytında həftəlik fransız xəbərlərini daha yavaş templə dinləyə bilərsiniz.

İspan dili
Destinos
Bu saytda kiçik video çarxlar yerləşdirilib və onlar vasitəsilə yeni leksika və qrammatikanı öyrənmək mümkündür.

Coffe Break Spanish
Bu portalda ispan dilini sıfırdan öyrənənlər üçün 15 dəqiqəlik audio-dərslər yerləşdirilib. İspan dilini baza səviyyəsində öynənənlər üçün isə Show Time Spanish mövcuddur.

News in Slow Latin Spanish
Bu portalda Avropa ispan dilisi deyil, məhz Latın Amerika formatı təqdim edilir və bu sayt vasitəsilə bu regionun leksika və fonetikasını öyrənmək mümkündür.

Digital Dialects
Bu sayt ispan dilini yeni öyrənməyə başlayan şəxslər üçün müxtəlif çətinlik dərəcəsində kiçik oyunlar təqdim edir.


Şərhlər: 9
Baxılıb: 285
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
faydali melumatdir
4 avqust 2016 20:38
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Mrs.Kemale
rus italyan dillerini bilmek isterdim 19
4 avqust 2016 18:44
# 8
Heç kimin xarici görünüşündə qüsur axtarma. Unutma ki, hər kəsin rəssamı ALLAHdır!!!
YalniZ-ArZu
Sayt vasitesi ile dil oyrenmek olar ya olmaz bilmirem.Ancaq dil bilmek,ferqli dillerde daniwma cox yaxwidi.Rus dilin,ana dilimiz kimi temiz bilirem.Ingiliscede culumu sudan cixarmagi bacariram.Cox isteyerem ingilis dilin de temiz oyrenim,sonra artiq kecem ispan ve fransiz diline:))
4 avqust 2016 15:18
# 7
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
MODABAZ
Men alman dılını bılırem ama calıwacam rus dılınıde oyrenım
4 avqust 2016 12:43
# 6
Heyata daim gulmek lazimdii
aLoNe AnGeL
fransiz dilini coxxxxxx sevirem ingilis dilinide amma oyrenmek cetindi
4 avqust 2016 12:16
# 5
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
HAPPY_EYES
Sitat: heyatim_menim
dilleri oyrenmeyi cox sevirem amma tessuf muellim yanina getmeden mumkun deyil oyrenmek.

qatiliram fikrinize
4 avqust 2016 11:07
# 4
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
heyatim_menim
dilleri oyrenmeyi cox sevirem amma tessuf muellim yanina getmeden mumkun deyil oyrenmek.
4 avqust 2016 10:59
# 3
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
Totu
Sayt falan deyil mellimsiz öyrenmek cetindii
4 avqust 2016 09:43
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
BARBI
Diller oyrenmeye boyuk maragim var. en cox ingilis ve italyan dilini sevirem
4 avqust 2016 09:22
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz