Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müəmmalı qatilin etirafı: Merlin Manro və daha kimlər…
Müəmmalı qatilin etirafı: Merlin Manro və daha kimlər…
Göndərən: ___Jasmin___
Şərhlər: 7
Baxılıb: 281
Səs ver:
Norfolk. Virciniya. “Sentara General Hospital”-da ölüm ayağında olan 78 yaşlı MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi) əməkdaşı Norman Hodges bu həftənin əvvəli sensasiyalı etirafı ilə gündəmə gəldi. O MKİ-nin muzdlu qatili olduğunu və 1959-1972-ci illər arasında Merlin Manro da daxil olmaqla 37 sifarişli qətl törətdiyini etiraf edib.

Hodges 41 il MKİ-də əməliyyatçı olaraq fəaliyyət göstərib. O bildirmişdir ki, yalnızca MKİ üçün deyil, ölkə daxilində digər xüsusi qurumlar üçün də çalışmışdır. Bu qurumlar onun xidmətlərindən istifadə edərək “ölkə təhlükəsizliyinə zərər yetirən şəxsləri” aradan götürürdülər. Hodges nəinki snayper və şərq döyüş növləri üzrə yaxşı mütəxəssis idi, həmçinin zəhər və partlayıcı maddələr üzrə də mükəmməl şəkildə təlimatlandırılmışdı.

Hodges törətdiyi bütün “aradan götürmələri” indi də xatırladığını deyir. O bütün qətlləri Amerika daxilində törədib və qətl barədə bütün sifarişləri komandir Major James “Jimmy” Hayworth-dan qəbul edirdi. Bununla yanaşı, o bütün Amerika boyu siyasi qətllər törədən 5 nəfərdən ibarət killer qrupunun üzvü olduğunu demişdir.

Onun qurbanları müxalifətçilər, siyasi fəallar, jurnalistlər və həmkarlar ittifaqlarının liderləri idi. Lakin bununla belə ABŞ maraqlarına zidd olan bir neçə alim, incəsənət nümayəndələrini də qətlə yetirdiyini etiraf etmişdir. Hodges Merlin Manro qətlinin onun üçün xüsusi və unikal olduğunu demişdir. Ən azından o onun tərəfindən qətlə yetirilən yeganə qadın idi. Lakin Hodges Merlin Manronu qətlə yetirdiyinə görə təəssüf etdiyini deyir. Qeyd edək ki, Merlin Manro ABŞ milli təhlükəsizliyinə təhlükə yaratdığı üçün sifarişlər qətlə yetirilib.

Merlin Manro 1962-ci ildə 5 avqust gecə 1 radələrində qətlə yetirilmişdi. Hodges-in bildirdiyinə görə o gecə onun otağına daxil olmuş və o yuxuda olarkən ona yüksək dozada narkoz üçün nəzərdə tutulmuş iynə vurmuşdur. Ölüm bu maddələrin həddindən artıq yüksək dozada olmasından irəli gəlmişdi. Bu etiraflardan sonra FTB növbəti mətbuat konfransları üçün ona xüsusi mühafizəçi təyin etmişdir.

Hodges-ə əmrlər verən Major James Hayworth 2011-ci ildə ürək tutmasından dünyasını dəyişib. Qruplaşmaya daxil olan 5 qatildən 3-ü də artıq dünyasını dəyişib. Müsahibədə yalnızca 1968-ci ildə izsiz yoxa çıxan Captain Keith McInnis-in adı çəkilir.


Şərhlər: 7
Baxılıb: 281
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
MODABAZ
Gozel qadındıı Allah rehmet elesın
10 avqust 2016 16:19
# 7
Heyata daim gulmek lazimdii
♥ KaMa ♥
oxumadim hec bele seyleri xoslamiram nese..
10 avqust 2016 08:11
# 6
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
vipbetul
muemali olumlr coxdur
10 avqust 2016 00:19
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
Sitat: Totu
Nəsə maraqsız oldu mənim üçün
9 avqust 2016 23:26
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
YalniZ-ArZu
Bunu oxumuwdum,boynuna alib ki Merilin Manro ABS prezidentleriyle sevgi munasibetinde olub(Con Kennedi ve qardawi)sonra da Kuba Lideri Fidel Kastroynan adi hallanib.Ona gore FBI bu qadinin olumunu sifariw edib ki,olkenin sirrleri olkeden cixma ehtimalin aradan qaldirsinlar...Hedsiz gozelliyi ve cox wehvetli qadin olmasi,Merlin Manroya heyati bahasina bawa gelib.
9 avqust 2016 22:48
# 3
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Nezka
Bu qədər qətl törədmək nə bilim vallah
9 avqust 2016 22:29
# 2
İçimi görsən mənə aptek alarsan.
Totu
Nəsə maraqsız oldu mənim üçün
9 avqust 2016 22:13
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz