Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünyada hələ də pul kimi istifadə edilən əşyalar
Dünyada hələ də pul kimi istifadə edilən əşyalar
Göndərən: ___Jasmin___
Şərhlər: 6
Baxılıb: 202
Səs ver:
Dünya inkişaf etdikcə nağd ödənişlərə çoxsaylı alternativlər peyda olur. Təmassız ödəniş etməyə imkan verən cihazlar, Apple Pay, Btcoin və s. günbəgün populyarlıq qazanır və adət etdiyimiz maliyyə alətlərini əvəz edir.

Lakin bununla yanaşı, dünyada hələ də qəribə pul alternativləri mövcuddur. Onlardan bəziləri əsrlərdir istifadə olunur və bu gün də aktual olaraq qalır. Banker.az saytı dünyada hələ də pul alternativi kimi istifadə olunan əşyaların ən maraqlılarını təqdim edir:

Parmezan pendiri (Parmigiano-Reggiano)

Yer: Emiliya-Romaniya, Şimali İtaliya
Dövr: 1953 — bu günümüzə qədər
Dəyəri: 1 baş pendir üçün $300

Parmigiano-Reggiano Parmezan pendirinin bir növüdür. Bu pendir növünün tam əmələ gəlmə müddəti iki ildir və bu dövr ərzində yerli fermerlər demək olar ki, pulsuz qalırlar. İtaliyanın Banco Emiliano bankı bu pendirləri kreditlər üçün girov olaraq qəbul edir. Beləliklə, fermerlər öz məhsullarını artıq sata bildikləri dövr gəlmədən ehtiyacları olduqları vəsaitləri əldə edirlər.

Fermerlər kreditləri geri qaytarmadığı halda bank həmin pendirləri satır. Bir faktı da qeyd edək ki, 187 milyon dollar dəyərində pendir ehtiyatına sahib bankın saxlama hücrəsinə 3 dəfə qarətçilər hücum edib və sonuncu belə bir hal 2009-cu ildə baş vermişdi.

Mobil dəqiqələr
Yer: Çin, Tanzaniya, Əfqanıstan, CAR, Hindistan, Mozambik, Misir, Ruminiya və Albaniya
Dövr: 2011 — bu günümüzə qədər
Dəyəri: Mobil hesabında olan dəqiqələrin sayı əldə edilən məhsulların sayına bərabərdir (1:1 nisbəti)

Misir, Nigeriya və Gana kimi ölkələrdə hiperinflyasiya milli valyutanı devalvasiyaya məruz qoyduqda insanlar mobil telefon hesabında olan dəqiqələr qarşılığında kiçik alış-verişlər etməyə başladılar. Bu mobil hesabın doldurulması üçün nəzərdə tutulmuş kartlarla ticarət etmək və yaxud bir nömrədən digərinə danışıq dəqiqəsi göndərməyə imkan verən tətbiqetmə sayəsində baş tutur.

Balıq qulağı

Yer: Solomon adaları
Dövr: b.e.ə 1200-cü il — bu günümüzə qədər
Dəyəri: balıqqulağıdan hazırlanmış bir muncuğun dəyəri 1000 Solomon adası dollarına, yaxud təqribən 128 dollara bərabərdir.

Balıq qulağıdan hələ b.e.ə 1200-cü ildən başlayaraq valyuta qismində istifadə olunmağa başlanılıb və hazırda da Solomon adalarında Laquna Lanqa Lanqa sakinləri tərəfindən istifadə olunmaqdadır.

Balıq qulaqlarından zinət əşyalarının hazırlanmasında istifadə olunur ki, bu da yerli əhali arasında mal-qara, torpaq alınması zamanı, mərclərdə və hətta cehiz olaraq pul rolunu oynayır. Həmçinin yerli əhali bu zinət əşyalarını səyahətçilərə ənənəvi pullara satır və həmin bu pullardan qonşu adalardan alış-veriş edərkən istifadə edirlər. zamanla balıqqulaqları nadir hal almağa başlayır və sözsüz ki, bu da onların qiymətini artırır.

Çay blokları

Yer: Çin, Monqolustan, Tibet və Mərkəzi Asiya
Dövr: 19-cu əsr — 1935-ci il
Dəyəri: qiyməti istifadə olunan çay yarpağından asılı idi. Son qeydə alınan dəyər bir blok üçün 1 rupi idi.

Çay yarpaqlarının preslənməsindən yaradılan çay kərpicləri İkinci Dünya Müharibəsinin başlamasına qədər bəzi Asiya ölkələrində valyuta qismində istifadə olunurdu. Çay blokları mal-qara alınması və hətta vergiləri ödəmək üçün yararlı idi. Monqolustan, Sibir və Tibet kimi ölkələrdə bu bloklar hətta qəpiklərdən daha üstün idi. Çünki çay yarpaqlarından öskürək və soyuqdəymə əleyhinə də istifadə olunurdu. Həmçinin qida məhsulları az olduqda onlardan yeməklərdə də istifadə olunurdu.

Butulka qapaqları

Yer: Kamerun
Dövr: 2005
Dəyəri: $1

2005-ci ildə Kamerunda pivə istehsal edən zavod satış həcmini artırmaq məqsədilə pivə butulkalarının qapaqları altında hədiyyələr yerləşdirir. Rəqib şirkətlər də eyni taktikaya əl atdıqda rəqabət o dərəcədə yüksəlir ki, demək olar ki, hər qapağın altında hədiyyə qazanmaq mümkün olur. Hədiyyələr isə pulsuz pivədən idman avtomobilinə qədər dəyişə bilirdi. Vəziyyət belə olduqda, insanlar bu butulka qapaqlarını dəyəri 1 dollar olan məhsul və xidmət qarşılığında satmağa başladılar. Qeyd edək ki, pivənin dəyəri də 1 dollar idi.

100 kvintilyon penqo

Yer: Macarıstan
Dövr: 1946
Dəyəri: təqribən 75 sent

İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Macarıstanda qiymətlər demək olar ki, hər 15 saatda iki dəfə artırdı və nəticədə ölkə tarixin ən yüksək səviyyəli hiperinflyasiyasının şahidi olur. Ölkə rəhbərliyi işçilər rəhbərləri ilə əmək haqqı barədə razılığa gələ bilsinlər deyə hər səhər radioda yeni inflyasiya barədə elan verməli olurdu.

100 kvintilyon penqo nə vaxtsa mövcud olmuş ən yüksək dərəcəli nominala sahib ödəniş vasitəsi idi. Ekvivalent olaraq 45 dollara bərabər idi. Macarıstanda artıq 100 sekstilyon nominallı banknotun buraxılmasına hazırlaşılıb. Penqo isə ləğv edilib.


Şərhlər: 6
Baxılıb: 202
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqli oldu biznesde her bir hiylegerliye el atmaq lazimdir
1 avqust 2016 17:29
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
YalniZ-ArZu
Cox maraqli xeber idi.Hec birinnende yoxumduki,gedib hemen olkede pula deyiwim:)))Esas Parmezan pendiri mene maraqli geldi,nece saxlayirlar bankda pendiri,xarab olmur?Yoxsa pula cevirib saxlayirlar?Cox maraqlidi heqiqetende.
Tewekkurler.
1 avqust 2016 11:07
# 5
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
evli.mutlu.cocuklu
Maraqlı məlumat oldu
1 avqust 2016 09:49
# 4
MODABAZ
Maraqlı melumatdıı
1 avqust 2016 09:37
# 3
Heyata daim gulmek lazimdii
Totu
Maraqli xeber oldu
1 avqust 2016 07:54
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
BARBI
Cox maraqli vasitelerdi. Puldan basqa bir odenis vasitesi oldugunu ilk defedir esitdim. Heqiqeten maraqli usullardi
1 avqust 2016 06:46
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz