Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tüklərimizin biz-biz olmasının səbəbi
Tüklərimizin biz-biz olmasının səbəbi
Göndərən: Barbaris
Şərhlər: 7
Baxılıb: 506
Səs ver:
Ontario Guelph Universitetinin fiziologiya və zoologiya üzrə professoru George A.Bubenik bizə soyuq olduğunda və ya həyəcan kimi digər hallarda tüklərimizin biz-biz olmasının elmi səbəblərini açıqlayır. Məsələn, hovuzdan çıxırsınız və həmin anda külək əsir və sizin tükləriniz soyuqdan biz-biz olur. Yaxud da çoxdandır qulaq asmadığınız bir mahnını eşidirsiniz, təsirli bir videoya baxırsınız və eyni hal yenidən baş verir. Bəs bədənimiz niyə belə bir reaksiya göstərir? Bunun səbəbi də məhz hisslərimizin fiziologiyasından qaynaqlanır.

Dərimizdəki tüklərin biz-biz olması təkamül nəticəsində əcdadlarımızdan bizə qalan bir mirasdır. Qədim dövrlərdə əcdadlarımız üçün bu çox yararlı olsa da, müasir insan üçün yararlılıq funksiyasını itirib. Dərimizdəki tüklərin bu formada olmasının səbəbi isə tük köklərindəki miniatür əzələlərin yığılmasından irəli gəlir. Hər əzələnin yığılması dəri üzərində bir təzyiqə səbəb olur və nəticədə tüklər də yuxarı qalxır. Qalın gönlü heyvanlarda bu funksiya onların soyuqdan qorunmasına kömək edir. Tüklər nə qədər çoxdursa, bir o qədər də isinmə prosesi asanlaşır. İnsanlarda isə bu funksiya artıq öz dəyərini itirib, çünki təkamül nəticəsində biz artıq heyvanlardakı kimi tüklərlə örtülü deyilik. Buna baxmayaraq bədənimizdə bu proses öz gücünü saxlamağa davam edir.

Soyuğun təsirindən başqa, heyvanlar hər hansı bir təhlükə ilə qarşılaşdıqda da tükləri biz-biz olur. Məsələn, bir pişiyin üzərinə it hücum etdikdə, bu prosesi açıq-aydın müşahidə edə bilirik. Belə ki, pişik itin hücumuna cavab olaraq, özünü mümkün olduğu qədər böyük göstərməyə çalışır.

İnsanlarda da həyəcanlı anlarda, hər hansı bir qorxulu film izlədikdə və ya qeyd etdiyimiz kimi musiqi dinlədikdə bu hal təkrarlana bilər. Şüuraltı həyata keçən bu reaksiyalara səbəb olan isə böyrəküstü vəzilərimizdən ifraz olunan adrenalin hormonudur. Adrenalin ifraz edildikdə təkcə tüklərimiz biz-biz olmaqla qalmır, əllərimiz tərləyir, göz bəbəklərimiz böyüyür, təzyiqimiz artır və qəlbimiz daha sürətlə döyünməyə başlayır. Qəzəb və ya həyəcan anlarında ifraz olunan adrenalin əslində həm də bizi qoruyan hormondur.


Şərhlər: 7
Baxılıb: 506
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
FISTIK
Bu hal hamida olur sebebin cox az adam biler maraqli oldu bilmek.
23 iyun 2016 17:43
# 7
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
23 iyun 2016 14:06
# 6
Miss_Oxatan
Tekamulden qaynaqlandigini bilmirdim maraqli oldu.mende de olur bu hal,heyecanlananda,qeyri adi ya da tv.de iller sonra kimlerinse qovuwmasini gorende ve s.bele meqamlarda baw verir.
23 iyun 2016 13:29
# 5
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
BARBI
Mende heyecanlananda ya da cox usuyende bu hal bas verir. Vucudumuzun bir nov refleksidir.
23 iyun 2016 12:16
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
maraqli oldu esas nese tesirli bir sey esitdikde baxdiqda deyilire tukum biz-biz oldu
23 iyun 2016 11:15
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayka_azizova
Tesekkurler melumatlara gore
23 iyun 2016 11:11
# 2
ummuselma
Maraqlı idi. Kimsə nəsə qorxulu bir yuxu danışanda tüklərim bzbiz olur.
23 iyun 2016 10:41
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz