Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bütün sərvətini xeyriyyəyə sərf etmiş varlı şəxslər
Bütün sərvətini xeyriyyəyə sərf etmiş varlı şəxslər
Göndərən: ___Jasmin___
Şərhlər: 4
Baxılıb: 192
Səs ver:
Bu şəxslərin davranışları özlərinə qarşı hörmət doğurur. Həyatda bir çox şeyə nail olmaqla onlar öz sərvətlərinin quluna çevrilməmiş, sahib olduqlarını ehtiyacı olanlarla bölüşmək müdrikliyini nümayiş etdirmişlər.

Bəs bu şəxslər kimlərdir?

Vladislav Tetyukhin

Nəhəng metallurgiya şirkətinin keçmiş sahibi
Vladislav Tetyukhin 80 yaşı olduqda bütün səhmlərini satmış və əldə etdiyi 3,3 milyard rubla “Nijni Taqil”-də tibbi mərkəz inşa etdirmişdir. O gələcəkdə klinikanın əməkdaşları üçün mehmanxana, yeni evlər, tələbələr üçün yataqxana və s. bu kimi ictimai binalar inşa etdirməyi planlaşdırır.

Çak Fini

Duty Free yaradıcısı
Çak Fini-ni yəqin ki, bir çoxlarınız artıq yaxşı tanıyırsınız. Onun təsis etdiyi “The Atlantic Philanthropies” cəmiyyəti onun bütün xeyriyyə məqsədli planlarını həyata keçirir. Bəzi qiymətləndirmələrə əsasən, hazırda fondun artıq xeyriyyə məqsədilə sərf etdiyi məbləğ 6,2 milyard dollardan çoxdur.

Brian Burnie

İşə qəbul və tikinti sahəsində aid keçmiş biznes sahibi
Bu milyonerin ailəsində hər şey həyat yoldaşı xərçəng xəstəliyinə düçar olana qədər qaydasında idi. Bu uzun müddətdir xeyriyyəçiliklə məşğul olan milyonerin həlledici addım atmasına səbəb olur. O sərvətinin əhəmiyyətli hissəsini xüsusi tibbi maşınların yaradılmasına sərf edir. Bu maşınlar Şimali İngiltərənin kiçik kəndlərini gəzərək ehtiyacı olanlara yüksək texnologiyalı tibbi yardım göstərirdilər. Brian həkimlərin əmək haqqısını da özü ödəyirdi.

Onun həyat yoldaşı 1 il xərçənglə mübarizədən sonra sağalır. Brian Burnie çox sevincli halda əmlakının böyük bir hissəsini satır və əldə etdiyi məbləği xeyriyyə məqsədilə sərf edir. O bundan sonra kiçik mənzilə köçmüşdür və hazırda azacıq təqaüdlə yaşayır və ikinci əl avtomobildən istifadə edir.

Olaf Ton

Norveçli milyarder
Olaf Ton bütün sərvətini (təqribən 6 milyard dollar) tibbi araşdırmaların maliyyələşdirilməsinə xərcləməyi qərara almışdı. O bütün ömrü boyu qazandığı məbləği faydalı işə sərf etməyin lazım olduğunu düşünür. O demişdi: “Onsuz mən həmin pulları özüm ilə o biri dünyaya apara bilməyəcəm”.

Olaf evli olsa da, övladı yoxdur. Buna görə də, o bütün sərvətini xeyriyyə məqsədilə xərcləməyi qərara almışdı.

Tim Kuk

Apple şirkətinin CEO-su
Onun sərvəti 800 milyon dollar olaraq qiymətləndirilir. 54 yaşlı biznesmen qazandığı bütün vəsaitlərini xeyriyyə məqsədilə xərcləməyi planlaşdırır. O həmin məbləği məhz hansı xeyriyyə istiqamətləri üzrə xərcləyəcəyini aydınlaşdırmasa da, artıq bunu etməyə başladığını bildirmişdir.

Şəhzadə Al-Valid
Səudiyyə Ərəbistanı kral ailəsinin üzvü

Şahzadə bu yaxınlarda elan etdiyinə əsasən, bütün sərvətini xeyriyyəyə həsr edəcək. O ilk növbədə qadınların hüquqlarının qorunması ilə məşğul olan təşkilatlara yardım edəcəyini, sağalmaz xəstəliklərin öyrənilməsini maliyyələşdirəcək, təbii fəlakətlərin qurbanı olanlara kömək əlini uzadacağını bildirmişdir.

O şəxsi Gates Foundation xeyriyyə fondunu yaratmış Bill Gates-i özünə ilham mənbəyi olaraq görür.


Şərhlər: 4
Baxılıb: 192
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqli yazidi
27 iyun 2016 22:51
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
cox savab qazaniblar cox gozel
27 iyun 2016 12:45
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
27 iyun 2016 08:59
# 2
BARBI
Dogru is gorubler. Zennimce cox sevab qazaniblar. Insanlara yardim eli uzatmaq lazimdir.
27 iyun 2016 08:21
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz