Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şimali Koreya haqqında ən dəhşətli faktlar – I hissə
Şimali Koreya haqqında ən dəhşətli faktlar – I hissə
Göndərən: ___Jasmin___
Şərhlər: 6
Baxılıb: 421
Səs ver:
Şimali Koreya – rəhbərlərinin sözlərinə görə yer üzərində cənnət, oradan hər hansı bir şəkidlə canını qurtarmış əhalisinin sözlərinə görə isə əsl cəhənnəmdir. Aşağıda Kim Çin İn-in Şimali Koreya haqqında gizlətməyə çalışdıqları dəhşətli faktları təqdim edirik.

Düşərgələr:
Şimali Koreyada hazırda təqribən 16 nəhəng əmək düşərgəsi mövcuddur. Qaydalara əsasən isə dağlıq ərazidə yerləşir. Təxminlərə görə düşərgənin tikanlı məftilləri arxasında təqribən 200 min məhbus yaşayır. Burada saxlanılan şəxslərin əksəriyyəti ölkədən qaçmağa cəhd edənlər, xəyanətkarlar və eks siyasətçilərdir.

Nəsil boyu cəzalar:
Şimali Koreya qanunlarına görə hər hansı bir şəxs nəyəsə görə cəzalandırıldıqda həmin cəza onun 3 nəslini əhatə edir. Beləliklə, bir kəs cinayət törətdikdə bu cinayətin cəzasını həm o özü, həm övladları, həm də nəvələri çəkəcək. Bu isə ona gətirib çıxarır ki, bir çox insan bütün ömrünü düşərgələrdə başa vurur.

Ən dəhşətli cəza isə ölkəni tərk etməyə cəhd etməyə görə nəzərdə tutulub. Bu dövlətə xəyanət kimi qəbul edilir. Başqa ölkələrdə insanların necə yaşadığı ilə maraqlanan Şimali Koreya vəətndaşını isə ölüm cəzası gözləyir.

Sığorta fırıldağı:
Şimali Koreya iqtisadiyyatı zərər içərisindədir. Ölkə demək olar ki, xarici ölkələrlə qarşılıqlı münasibətdə iştirak etmir və buna görə də ölkəyə idxal yoxdur. Şimali Koreya hər vəchlə əhalini doyurmağa çalışır və bunun üçün hətta iqtisadi cinayətə də yol verməyə hazırdır.

Belə ki, 2009-cu ildə ölkə qlobal sığorta fırıldağında ittiham edilir. Ölkə rəhbərliyi kütləvi həcmdə əmlak və cihazlar üçün sığorta polisi əldə etmiş və daha sonradan həmin əmlakın məhv olduğunu iddia etmişdir. 2005-ci ildə Londonda Lloyd’s da daxil olmaqla dünyanın bir sıra nəhəng sığorta şirkətləri Şimali Koreyanı məhkəməyə vermişdi.

Silahla ticarət:
Sığorta ilə fırıldaqçılıqla yanaşı BMT Şimali Koreyanı həmçinin Afrika və Yaxın Şərq regionu ölkələrinə qanunsuz silah və nüvə texnologiyasının satılmasında ittiham etmişdi. Belə ki, BMT 2012-ci ildə Suriyaya aparılan ballistik raketlərdə istifadə üçün nəzərdə tutulmuş 450 balon qrafit aşkar etmişdi. Bu ona qarşı irəli sürülən yeganə ittiham deyildi.

BMT silahla bağlı Şimali Koreyaya sanksiyalar təyin etsə də, ölkə sanksiyaların qanunsuz olduğunu və istədiyi hər şeyi edə biləcəyini demişdi.


Şərhlər: 6
Baxılıb: 421
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
tenha cicek
Sinunculari basa dusmedim
16 iyun 2016 17:43
# 6
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
vipbetul
bunlarin sistemi cox qeddardir
16 iyun 2016 15:06
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Şimali Koreya Başcısı sözün əsl mənasında tam bir psixi xəstədir çünki etdiyi ağlasığmaz idarəçilik bunu deməyə əsas verir. Burda sadəcə bir neçəsi qeyd edilib..
16 iyun 2016 14:22
# 4
Svetoklana
Nəsil boyu cəzalar:
Şimali Koreya qanunlarına görə hər hansı bir şəxs nəyəsə görə cəzalandırıldıqda həmin cəza onun 3 nəslini əhatə edir. Beləliklə, bir kəs cinayət törətdikdə bu cinayətin cəzasını həm o özü, həm övladları, həm də nəvələri çəkəcək. Bu isə ona gətirib çıxarır ki, bir çox insan bütün ömrünü düşərgələrdə başa vurur.


P.S.Digərlərini anladım nisbeten,amma bunu heç anlamadım 23.Babamın zamanında etdiyi sehvin cezasini men niye çekmeliyem axi.)))
16 iyun 2016 13:57
# 3
Göz yaşlarının belə bir vəzifəsi var imiş,ardından gələcək təbəssüm üçün təmizlik edərmiş...
Onun_Mələyi
yoo bu cezalar cox qatidi.olmle cezalandirmaq yada ki .3 nesli cezalandirmaq aqla siqmaz di.bu qetiyen duzgun deyil mence
16 iyun 2016 11:45
# 2
Bir duam var,səndən amin gözləyirdua09123
BARBI
Bu olkenin qanun ve cezalari cox qatidir. Zennimce belede olmalidirki insanlar qanunlara riayet etsin
16 iyun 2016 11:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz