Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nə üçün oxumalıyıq?
Nə üçün oxumalıyıq?
Göndərən: ___Jasmin___
Şərhlər: 3
Baxılıb: 222
Səs ver:
Müəllif: Elçin Əzimli

Mən, X nəslinin nümayəndəsiyəm. Uşaqlığım və yeniyetməliyim Sovet İttifaqı adlanan nəhəng ölkənin ucqar əyalətlərindən birində keçib. Körpəlikdən ideologiya ilə yoğrulmuşam. Əvvəlcə döşümə oktyabryat nişanı taxdılar. Daha sonra boynumu qırmızı pioner qalstuku bəzəməyə başladı. Komsomol biletini alanda isə sevinc və qürurumun həddi-hüdudu yox idi. Müasir dövrdən fərqli olaraq, böyük və qüdrətli bir dövlətin imtiyazlı vətəndaşı idim. Davranışım, sabahkı günə baxışım, hətta, ümid və nikbinliyim indikindən daha sağlamdı.

Ancaq, sonradan hər şey fələyin saydığı kimi oldu. 17 yaşına gəlib, özünüdərk mərhələsinə çatdığım zaman, bir vaxtların nəhəng fövqəlgücü sayılan Sovet imperiyası anidən yıxıldı. Həyatımızdakı bu inqilabi dəyişikliyə hazırlıqsız yaxalanan mən və həmyaşıdlarım davranış olaraq sovet, təfəkkür olaraq isə, müstəqillik dövrünə aid itirilmiş nəsil oldu.

Bu məqaləni yazmaqda məqsədim sovetlər dövrü ilə bağlı xatirələrimi paylaşmaq deyil. O dövr geri qayıtmamaq üzrə artıq geridə qalıb və bu yaxın keçmişimə qarşı xüsusi nisgilim yoxdur – uşaqlıq xatirələrimdən başqa. Sovet dövrünün əksikliklərinə və bizdən aldıqlarına qarşı hər nə qədər barışmaz mövqedə olsam da, müasir zamanla müqayisə etdikdə, onun da bir çox üstün cəhəti olduğunu idrak və etiraf edirəm. Bu yazımda o dövrün mənə qazandırdığı əhəmiyyətli və faydalı vərdişlərin birindən – mütaliə vərdişindən bəhs etmək istəyirəm.

Sovet dövrünün elm və təhsillə yoğrulmuş mühiti milyonlarla insan kimi mənə də oxumaq ruhunu aşıladı. O dövrdə ucqar kəndlərdə belə kitabxanalar vardı və kitabların bir çoxu oxunmaqdan cırıq-cırıq olurdu. Şəxsən mənim qarşıma üz qapağı olmayan və ya iç səhifələri çatışmayan o qədər kitab çıxmışdıki.

O dövrdə kitab və müəllif çeşidləri indiki kimi geniş deyildi. Kitablar ya sifarişlə yazılır, ya da ki, ciddi kommunist senzurasından keçəndən sonra, tərcümə edilib, çapa verilirdi. Oxumaq üçün ziyalı olmaq şərti yox idi; kitabxanaların ən sadiq oxucuları cəmiyyətin sadə və sıravi fərdləri idilər.

Mən, gözümü açandan kitabların içərisində böyümüşəm və oxumağı atamdan öyrənmişəm. Evimizin kitabxanasında yüzlərlə kitab vardı və o, oxumaqdan zövq alırdı. Azərbaycanda kitab nəşri zəif olduğu üçün, Moskvadakı nəşriyyatların kitablarına abunə olub, onları sifarişlə gətizdirərdi. Kitab oxumada ilk müəllimim atam olub – uşaq ikən məni dizinin üzərində oturdub, yaşıma uyğun nağıl və ya hekayələr oxuyardı. Daha sonradan mən özüm də kitab aludəsinə çevrilidim. Həftəyə 6-7 kitab oxuyub, bitirdiyim vaxtları xatırlayıram. Ətrafım da özüm kimi mütailəni sevən həmyaşıdlarımla dolu idi. O vaxtlar bizim əsas müzakirələrimiz və ya mübahisələrimiz oxuduğumuz əsərlərin mövzusu ətrafında olurdu.

İndi isə gələk müasir dövrə. Cəmiyyət olaraq çətin dönəmdən keçirik – hamının, hər şeydən narazı olduğu zəmanədə yaşayırıq. Yaşadığımız bütün problemlərin kökünün təhsil sistemində olduğuna inanır və ətrafımızı da buna inandırmağa çalışırıq. Bizə görə təhsil sistemi düzəlsə, tədricən cəmiyyətə hakim olan cahillik və qabalıq da aradan qalxacaq. Cəmiyyətin mənəvi xəstəliyinə qoyduğumuz diaqnoz düz olsa da, təəssüf ki, müalicə üsullarında bir qədər yanılırıq.

Bizim üçün təhsil sistemi əsasən ibtidai, orta və ali məktəblərin tədris fəaliyyətləridir. Düşünürük ki, bu təhsil müəssisələri gücləndirilsə və orada çalışan müəllim heyəti lazımi qayğını görsə, cəmiyyətin təhsil problemi köklü şəkildə həll olunacaq.

Mənim isə təhsil və maariflənməyə baxış bucağım bir qədər fərqlidir. Cəmiyyətimiz rəsmi şəkildə tədris fəaliyyəti ilə məşğul olan müəssisələrin verdiyi bilik və bacarıqlarla kifayətlənməməlidir. Mövcud təhsil sistemi bizim ancaq texniki bilik və bacarıqlarımızı, qısacası, intellekt əmsalımızı (IQ) gücləndirir. Akademik və nəzəri biliklərə dayanan bu sistem praktik iş həyatında öz əksini tapmadıqda isə, yavaş-yavaş sönüb, öz təsirini itirir. Təhsil və savadlılıq – bilik qığılcımından tutuşan tonqala bənzəyir. Bu tonqala davamlı şəkildə bilik odunları atılmazsa, bir müddət sonra o, sönüb, gedər. Bizim indiki təhsil sistemimiz də, sönmüş tonqala bənzəyir – külü ilə oynayırıq.

Savadlı cəmiyyətin qarantı – təhsilini sadəcə məktəb və universitetlərin ümidinə qoymayan, hər yaşda oxumağı özünə vərdiş edən fərdlərdir. Cəmiyyətin xilası diplomlu cahillərdə yox, daim oxuyan, ömür boyu təhsili özünə prinsip edən kamil insanlardadır.

IQ bizi məktəblərdən, EQ isə həyatdan məzun edir. Bu ifadələri İstanbulda qatıldığım seminarların birində Eczaçıbaşı Holdinqin CEO-su Dr. Erdal Karamercanın dilindən eşitmişdim. EQ – yəni, duyğusal zəka, bir insanın özünə və ya başqalarına aid duyğuları anlama, sezmə, idarə etmə və istiqamətləndirmə bacarığının ölçülməsidir. Digər mənası ilə “incə qabiliyyətlərin” (softskills) toplamından ibarətdir. Ömür boyu, davamlı şəkildə oxumaq, ruhumuzu və dünya görüşümüzü zənginləşdirəcək mədəni və ictimai fəaliyyətlərlə məşğul olmaq, duyğusal zəkamızın gücləndirilməsinə geniş imkanlar yaradır.

[su_quote]Beynini kitabla bəsləməyən millətlər məhvə məhkumdur. / H.Fletcher /[/su_quote]

Bu gün Qərb dünyasındakı yüksəliş və inkişafın sirrini incələsək, onların beyinlərinin kitabla bəsləndiyini görərik. Qərb insanları savadlarını sadəcə təhsil müəssisələrinə (baxmayaraq ki, bizim təhsil sistemindən qat-qat keyfiyyətli və güclüdür) etibar etmirlər. Həyatlarının hər anında – metroda, parkda, kafedə, hər yerdə oxumaqla və beləliklə, beyinlərini bəsləməklə məşğuldurlar. Bu ölkələrdə ictimai duyğusal zəkası yüksək inkişaf səviyyəsindədir. İnkişaf etmiş və etməmiş cəmiyyətləri qarşılaşdırsaq, aradakı ən böyük fərqin onların kitaba qarşı münasibətlərində olduğunu görərik.

Müstəqillik dövrünün cəmiyyətimizdən aldığı ən böyük vərdişlərdən biri də mütaliə vərdişi oldu. İndi kitab insanlar üçün onuncu, bəlkə də, on beşinci dərəcədə məsələdir. İnsanlar oxumaq üçün vaxt yaratmaqdansa, oxumamaq üçün vaxt azlığını bəhanə edirlər. Əslində, vaxt boldur – sadəcə olaraq, o, əyləncələrə, TV ekranlarındakı dadsız-zövqsüz verilişlərə və sosial şəbəkələrdə yersiz mübahisələrə həsr olunub. Günümüzün ən böyük reallığı, oxumaq üçün vaxtımızın deyil, niyyətimizin olmamağındadır.

Oxumaq bizə nə qazandırır?

Oxumaq dünya görüşünü zənginləşdirir;
Zehni qıvraqlaşdırır, yaddaşı gücləndirir;
İnsanın ruhunu və daxili dünyasını zənginləşdirir;
Savadlılığımızın artmasına kömək edir;
Fərqli şəkildə düşünməyi öyrədir, empatiya hissi aşılayır;
Estetik zövqümüzü kamilləşdirir;
Xəyal qurma bacarığımızı gücləndirir;
Əyləndirir, dincəldir, həyatınıza zənginlik gətirir;
Bir şəxs kimi formalaşmağımıza kömək edir.
Bəs, oxumasaq, nə olar?

Dünya görüşümüz inkişaf etməz;
Zehin tənbəlləşər, yaddaşımız zəifləyər;
Ruhumuz, daxili dünyamız kasıblaşar;
Cahilliyimiz artar;
Düşünmə qabliyyətimiz zəifləyər;
Empatiya hissimiz ölər;
Estetik zövqümüz inkişaf etməz;
Xəyal qurma bacarığımız azalar;
Kədərə, stresə qarşı müqavimətimiz itər;
Meyvə verməyən ağaca bənzəyərik.
Buyurun, seçim öz əlimizdədir. Önümüzdə iki yol var: biri bizi cahilliyə və qabalığa aparır. Digəri isə, daxili dünyası zəngin, ruhu incə, düşüncəsi kamil olma şansını verir.

Təhsil sistemini kor-koranə tənqid etməklə işimizin bitdiyini düşünməməliyik. Tənqid kimi faydasız davranışı, təhlil kimi faydalı vərdişlə əvəz etməliyik. Bir fərd olaraq, özümüzün bu sistemin harasında olduğunu, nə qədər savadlı və kamil olduğumuzu təhlil edə bilməliyik. Təhsil sisteminin düzəlişini ilk növbədə özümüzdən başlamalıyıq. İçimizdəki cahilliyi və qabalığı yıxmaqla, cəmiyyətə də böyük töhfə vermiş olarıq. Bu isə oxumaqla, oxumaqla, bir daha oxumaqla mümkündür.

Övladlarımızın sabahkı gündə bizim kimi hər şeydən narazı, bədbin, duyğusal zəkası zəif insan sürüsü kimi yaşamağını istəmiriksə, bu gündən etibarən özümüzü dəyişməyə başlamalıyıq. Çünki, ən təsirli tərbiyə, yaxşı nümunə olmaqdır.Unutmayaq ki, bir evin inşası, ilk kərpicdən başlayır. Bizlər də bu cəmiyyəti inşa edəcək o ilk və sağlam kərpiclər ola bilməliyik.


Şərhlər: 3
Baxılıb: 222
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
___Jasmin___
Nə üçün oxumalıyıq?-suala baxe oxumuyub çoban olmaqdansa oxuyub alim olumda elə
26 iyul 2016 15:29
# 3
وكنت للتو في الحب
vipbetul
oxumaliyiq inkisafimiz ucun dunya gorusumuzun artmasi ucun gozel danisiimizin olmasi ucun savadli olmaqimiz ucun daha rahat islemeyimiz ucun
10 iyun 2016 23:53
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
olur herden vaxtim olanda oxuyuram kitab
10 iyun 2016 20:01
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz