Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ən böyük kiber-hücum və internet fırıldaçılıqları
Ən böyük kiber-hücum və internet fırıldaçılıqları
Göndərən: ___Jasmin___
Şərhlər: 4
Baxılıb: 187
Səs ver:
Son zamanlar nəhəng bankların təhlükəsizlik sistemlərinin sındırılması, ödəniş sitemi müştərilərinin şəxsi məlumatlarının oğurlanması və s. bu kimi xəbərlərə çox tez-tez rast gəlirik. Banker.az saytı olaraq son dövrlərin ən nəhəng kiber hücumlarını təqdim edirik:

Citibank (1994-cü il)
Bu kiberterror aktını Sankt-Peterburqdan olan Vladimir Levin təşkil etmişdi. O bankın daxili şəbəkəsinə daxil ola bilmiş və ABŞ, Finlandiya, İsrail və digər ölkələrdə olan hesablara 10 milyon dollardan çox pul köçürmüşdü. 400 min dollar istisna olmaqla onun etdiyi köçürmələr blok edilmiş, Levin isə ələ keçirilərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

PayPal (2000-ci il)
Bu kiber cinayətdə iştirak edənlər, Rusiyanın Çelyabinsk əyalətinin xakerləri Vasiliy Qorşkov və Aleksey İvanov PayPal, Western Union və Nara Bank-ın korporativ şəbəkəsinə daxil olmuşlar. Onlar adi fərdi kompüterlərin köməkliyi ilə 16 min kredit kartı nömrəsini oğurlamış və ümumilikdə 25 milyon dollar zərər yetirmişlər. FTB elə həmin il onları ələ keçirir və onlardan biri 3, digəri isə 4 il müddətinə həbs edilir.

Microsoft (2004-cü il)
12 fevral 2004-cü ildə Windows 2000 əməliyyat sisteminin mənbə kodunun oğurlandığı haqqında məlumatlar yayılır. Bu zaman Microsoft şirkəti xəbər verir ki, 600 milyon bayt məlumat, 31 min fayl və 13,5 milyon sətr şifrə oğurlanmışdır. Tez bir zamanda oğurlanmış bu məlumatlar şəbəkədə paylaşılır. Qeyd edək ki, bu kiber hücumun təşkilatçıları hələ də tutulmayıb.

«Fişinq kralı» (2005-ci il)
Valdir Paulo de Almeyda tarixə ən nəhəng spam ustası olaraq daxil olub. Onun həbs edildiyi an “Valdir”-in şirkəti sutkada 3 milyona yaxın fişinq məktubu göndərirdi. Bu zərərli məktublar online bankçılığın müştərilərinin cihazlarına daxil olan “troyanlar” – viruslar yaymaqla məşğul idi. Təxmini hesablamalara görə, o bu spamlar vasitəsilə 37 milyon dollar qazana bilmişdi.

Heartland Payment System (2010-cu il)
Banka edilmiş bu növbəti nəhəng kiberhücumun müəllifi isə kubalı Alberto Gonzales idi. Bu gənc xaker oğurlanmış məlumatları sataraq 10 milyon dollardan çox gəlir qazana bilmişdi. O qazandığı pulların bir hissəsini valideynlərinin evinin bağında basdırsa da, polis onları aşkar etmişdi. Xakerin peşman olmasına baxmayaraq, məhkəmə onu 20 illik azadlıqdan məhrum etdi.

NASDAQ (2013-cü il)
Növbəti nəhəng kiber hücumun təşkilatçıları isə rusiyalı və ukraynalı xakerlər idi. Cinayətkar dəstə NASDAQ elektron birjasının təhlükəsizlik sistemini sındırmış, Avropa və ABŞ-ın nəhəng ticarət şəbəkəsi və banklarına giriş əldə etmişlər. Dəymiş zərər isə yüzlərlə milyon dollara bərabər idi və hələ ki, kibür hücum təşkilatçılarından yalnız biri, rusiyalı Dmitriy Smilyaneç ələ keçirilmişdir.


Şərhlər: 4
Baxılıb: 187
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
___Jasmin___
Düzdü xakerlərə pis münasibət var amma mən xakerləri sevirəm(wi fi kodunu qiran xakerlerlen baska) və marağ üçün xarekliylə məşğul olmaq istəyirəm amma hələki istəyirəm
26 iyul 2016 15:32
# 4
I remained behind now the mother of 14 spring -Big

vipbetul
maraqli melumat oldu
10 iyun 2016 18:44
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Haqqinda oxumaq maraqlidir. Bu terz melumatlari cox sevirem
9 iyun 2016 22:56
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
maraqli melumat oldu twk
9 iyun 2016 22:05
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz