Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yaxşı yalançıların xüsusiyyətləri
Yaxşı yalançıların xüsusiyyətləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1192
Səs ver:

Hollandiyalı psixoloq Aldert Vrij, qrupuyla birlikdə "yaxşı bir yalançı" da nə kimi xüsusiyyətlər olduğunu araşdırdı. Bax, o xüsusiyyətlər...

1. Tükü qırx yaran bir yalançı belə gözlənilməz bir sual və ya vəziyyətlə qarşılaşsa qorxa bilər. Bu kimi vəziyyətlərdə cibinizdə hər şərtə uyğun gələ biləcək orijinal və maraqlı düşüncələriniz olmalıdır.


2. Hər suala hazır bir cavabları olduğu üçün tərəddüdə yer buraxmazlar. İnsanlar həmişə sürətli cavabların doğru olduğuna inanarlar.

3. Daha əvvəl yalan söyləməyə vərdiş olan insanlar qorxu və günahkarlıq kimi duyğularını örtbas etməkdə ustadırlar. Halbuki təcrübəsiz bir insan bu duyğuları davranışlarına əks etdirdiyi üçün özünü ələ verər.

4. Planlarını çox ağıllıca qurduqlarını ifadə edən Vrij belə danışır: "Danışarkən sizi təsirləri altına almağa çalışırlar. Ancaq bunu edərkən son dərəcə rahatdırlar və Özünə inamları tamdır. "

5. Sorğuçunun qulaqları tutarsızlara çox açıqdır. Yaxşı bir yaddaş, yalançının detallar mövzusunda səhv etməməsini təmin edər.

6. Yaxşı bir yalançı, dinləyicilərə ortaya çıxan ən kiçik bir şübhə əlamətini belə sezə bil mə və dərhal lazımlı nizamları etmə bacarığına malikdir.

7. "Doğrunu bükən" yalanlar, 180 dərəcəlik yalanlardan ümumiyyətlə daha inandırıcıdır və daha az elmi səy tələb edir. Yaxşı yalançılar bu həssas nizama diqqət edərlər.

8. Zəka yalançının üzərinə minən "bilişsel yükü" qaldırmasında çox böyük asanlıq təmin edər. Yalan danışan bir adam, söylədiyi yalanın yaratdığı içindən çıxılması çətin vəziyyətlərdən zəkası ilə yara almadan xilas olar.

9. İnsanlar üzərində yaxşı təəssürat buraxarlar. Beləcə diqqətləri fərqli istiqamətə çəkərək insanların düşüncələrinə təcavüz edərlər.

10. Hər şeydə olduğu kimi özünüzə etibar etdiyiniz zaman mübarizəni yarı yarıya qazanmış sayılarsınız. İnsanları aldatma mövzusunda qabiliyyətlərinizə güvənməniz şərtdir.

11. Tərəddüdlər və "Hımmm", "Iııı" kimi sözlər, dinləyicilərə aldadılırmış şübhəsini doğurur. Bu səbəbdən sürətli düşünən və tək ayağı üzərində yalan danışa bilən yalançılar məqbuldur.

12. Bu insanlar ani dəyişikliklərə çox asan uyğunlaşma təmin edərlər və bunu edərkən də ətraflarındakıları asanlıqla aldadarlar.

13. Yalançılar, onlara verilən sualları cavablandırarkən minimum məlumat verirlər. Beləcə detallarla əlaqədar sual soruşulmasına maneə törətmiş olarlar.

14. Haqlı və ya haqsız, gözəl və yaraşıqlı insanların, çirkin və çəkici tiplərdən daha dürüst olduğuna inanılır.

15. Təsirli danışma qabiliyyətinə sahib olan yalançılar, sözlərlə oynayaraq dinləyicilərin başını qarışdırarlar. Suallara verdikləri cavabların, sual ilə əlaqəsi olmadığı üçün dinləyici nə soruşduğunu belə xatırlaya bilməz.

16. Məlumatı gizləmək ("Həqiqətən xatırlamıram", "Hal-hazırda ağlıma gəlmir" və s. ..) bəzən o anda uydurulmuş bir yalan seçim edilə bilər, çünki təsdiqləmə ehtiyacı ortadan qalxar.

17. Yalançılar gerçək duyğularını maskalamaqda və bunların tam tərsi bir təəssürat oyandırmaqda ustadırlar.



Şərhlər:
Baxılıb: 1192
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz