Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Heç kim məni başa düşmür
Heç kim məni başa düşmür
Göndərən: Barbaris
Şərhlər: 7
Baxılıb: 440
Səs ver:
"Heç kim məni başa düşmür” tez-tez bu sözü deyir və ya ətrafımızda olan insanlardan bunu eşidirik. Eyni dildə danışdığımız, duyğu və düşüncələrimizi bölüşdüyümüz insanların bizi anlamadığını düşünürük. Bizim onları anladığımız halda onların bizi anlamaması, güvəndiyimiz, yaxın olduğumuz insanlar tərəfindən anlaşılmamaq bizdə zaman-zaman məyusluq yaradır. Belə olan halda həmin insanlara olan güvənimizi itiririk. Zaman keçdikcə isə həmin insanlardan uzaqlaşır, ətrafımızda bizi anlayan insanların olmasını istəyirik. Hər bir insanın həyatında müəyyən dövrlər olur ki, o özünü yalnız hiss edir, başa düşülməməkdən şikayətlənir. Lakin bunun yaranma səbələrini düşünmürlər. Bəzən kimsə də bizim onu başa düşmədiyimizi fikirləşir. Həqiqətənmi biz onu anlamırıq yoxsa həmin insan o fikirdədir? Bizim doğru kimi düşündüyümüz şeylər başqaları tərəfindən yanlış qərar kimi qəbul olunur. Belə olan halda tərəflər arasında fikir ayrılığı yaranır və hər bir tərəf öz mövqeyinin doğru olduğunu düşünür. Bəzən "başa düşülməmək”məhz öz düşüncə və etdiyimiz səhv hərəkətlərə görə olur. Biz də nə zamansa başqalarının fikrin soruşmur, öz fikirlərimizin daha üstün olduğunu düşünürük. Bilməyərəkdən etdiyimiz hərəkətlər başqaları tərəfindən nə vaxtsa bizə qarşı edildikdə bizi başa düşmədiklərini deyirik. Belə olan hallarda başqalarını günahlandırmamlı, nə vaxtsa özümüzündə səhv edə biləcəyimizi düşünməliyik.

Başa düşülən insan olmaq üçün aşağıdakılara diqqət yetirək.
Başa düşülməmək bəzən dinləməməkdən yaranır. Başa düşülən olmaq istəyiriksə ilk öncə başqalarının düşüncə və fikirlərini dinləməyi bacarmalı, onların fikirlərinə hörmətlə yanaşmalıyıq. Qarşımızdakı insanın kimliyindən və yaşından asılı olmayaraq o danışan zaman sözünü kəsməməli, yersiz müdaxilə etməməliyik. Başa düşülmədiyinizi fikirləşdiyiniz zaman bunun səbəblərini araşdırın. Bəzən biz fikrimizi düzgün çatdıra bilmir, yalnış qəbul olunuruq. Bu zaman ətrafımızda olan insanlar bizi anlamır və heç kimin bizi başa düşmədiyini düşünürük. Belə olan zaman qarşımızdakı insana fikrimizi dəqiq çatdırmalı, düzgün ifadə etməli, səlist və sakit formada bildirməliyik. Emosional deyilen fikir qarşımızdakı insanda da çaşqınlıq yarada bilər. Qəbul etmək istədiyimiz qərarın sizin üçün müsbət tərəflərindən danışmağınız qarşınızdakı insanın diqqətini çəkməsinə səbəb ola bilər.Xarakter xüsusiyyətləri, dünyagörüşləri fərqli olan insanların münasibətlərində zaman-zaman anlaşılmazlıqlar olur. Tərəflər belə olan halda bir-birini anlamır və başa düşməməkdə günahlandırırlar. Belə olan halda biz hər zaman qarşı tərəfin düşüncə və fikirlərinə hörmətlə yanaşmalı, bizi daha yaxşı başa düşdüyünü hesab etdiyimiz insanlarla münasibət qurmağa üstünlük verməliyik.
"Heç kim məni başa düşmür " kimi düzgün olmayan düşüncəyə sığınaraq özünüzə qapanmayın və buna görə kimisə günahlandırmayın. Düşüncə və fikirlərinizi söyləməkdən çəkinməyin. Qərar qəbul edən zaman sizə yaxın olan insanlarla məsləhətləşin.


Şərhlər: 7
Baxılıb: 440
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Narın Yağış
Sitat: Antikvar
Payatonnan səni)) Bu qədər unutqanlığını bilməzdim)) Psixoluqundan öncə olan olub arada yada sal, cəmi iki gün danışmamışıq))))

Can sənin yerin bi ayrı , 1-ci psixoloqum, ən yaxşı məsləhət verənim, düzgün seçim etməkdə kömək edənim, hərdən mama adlandırdığım bitanecik bacışkomsan 123 realda nəzərdə tutmuşdum mən bura şərh yazanda 09
9 iyun 2016 21:09
# 7
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
BARBI
Mende de bu hallar yasanir. Mueyyen yaslarda insanda bele psixologiya yaranir. Bos seylerdi. Fikir vermeyek
7 iyun 2016 16:08
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Miss_Oxatan
Bu hissleri en cox yeniyetmeler ve 18-22,23 bu yawlarda gencler kecirdir.zamaninda her kesin yawadigi hisslerdir.hetta bezen yawa da baxmir yawadiqlarimiza baxir.herden mende hele de olur ama o yawlardaki kimj ozume derd edib depresyona duwmurem)))gordum cox direwir bu hissler cehenneme olsun gora olsun,hec baw duwen gunleri de olmasin deyib vejimede almiram oz bildiklerimi edirem))))
7 iyun 2016 15:45
# 5
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Fialka
Heç kim deməzdim amma olur ki, yanlış anlaşılmalar ola bilər misal üçün normal bir fikri münasibəti ciddi və əsəbi kimi realizə edə bilərlər bu da o qədər də problem deyil. Doğru qeyd edilib ki, dinləmə bacarığı və aydın şəkildə fikri bildirmək lazımdır ki,sonrasında heç kim anlamır deməyəsən ..Birdəki məyus olmalar soyuq münasibətlər uzaq olmaqlar bunlar bir- birini çox yaxşı anlayan doğma insanlar arasında da baş verə bilər səbəb anlaşılmazlıq yox dünyaya baxış tərzindən, və olduğu kimi görməkdən deyil olmasını istədikləri kimi görmkdən irəli gəlir))..
7 iyun 2016 14:25
# 4
vipbetul
maraqli yazidir o fikirlerle raziyam
7 iyun 2016 14:14
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Sitat: Narın Yağış
Boş şeydi mənim qədər dinləməyi sevn başqa biri varmı görəsən?. Psixoloqumdan başqa heçkim başa düşmür məni pff


Payatonnan səni)) Bu qədər unutqanlığını bilməzdim)) Psixoluqundan öncə olan olub arada yada sal, cəmi iki gün danışmamışıq))))
7 iyun 2016 14:12
# 2
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Narın Yağış
Boş şeydi mənim qədər dinləməyi sevn başqa biri varmı görəsən?. Psixoloqumdan başqa heçkim başa düşmür məni pff
7 iyun 2016 14:06
# 1
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz