Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Niyə ağıllı insanlar tənhalıqda daha xoşbəxt olurlar?
Niyə ağıllı insanlar tənhalıqda daha xoşbəxt olurlar?
Göndərən: Barbaris
Şərhlər: 5
Baxılıb: 345
Səs ver:
Əgər dahi hesab edilən insanın az dostunun olduğunu və ya ümumiyyətlə dostunun olmadığını müşahidə edirsinizsə, bunun özündən müştəbehlik və ya lovğalıq ucbatından olduğunu düşünməklə, tez hökm çıxarmayın. Çünki səbəb tamamilə fərqli şeylərdə ola bilər. İnsan tənhalığı belə olduqda özünü daha rahat və xoşbəxt hiss etdiyi üçün də seçə bilər. Yəni, ətrafında insan olmadıqda özünü daha xoşbəxt hesab etmək mümkündür.

Britaniya Psixologiya Jurnalında dərc olunan bir araşdırmada Sinqapur Menecment Universitetindn psixoloq Norman Li və London İqtisadiyyat Məktəbindən psixoloq Satoshi Kanazawa iddia edir ki, daha ağıllı insanlar tənhalıqda özlərini daha xoşbəxt hiss edirlər.

Psixoloqlar 15 min 18-28 yaşlı yetişkin insanların iştirak etdiyi bir sorğu keçirərək, iddialarının nə dərəcədə doğru olduğunu bizə əyani şəkildə göstərməyə çalışırlar. Sorğunu təhlil etdikdə, belə bir nəticəylə qarşılaşıblar: İnsanların sıx olduğu ərazilərdə yaşayanlar özlərini daha az xoşbəxt hiss edirlər. Lakin digər tərəfdən də, onlar daha çox sosial əlaqələr qurmağın onları yaxşı hiss etdirdiyini də vurğulayırlar. Əslində bu məqama qədər hər şey normaldır. Hər iki nəticəni sürpriz hesab etmək olmaz.

Məsələ burada dəyişir – daha ağıllı insanlar yuxarıda göstərilən faktorlardan təsirlənmir. Faktiki olaraq, onlar insanların daha az olduğu ərazidə yaşayaraq və daha az sosiallaşaraq özlərini qat-qat daha xoşbəxt hiss edirlər. “Əhali sıxlığının həyatdan razılıq faktoruna təsiri aşağı intellekt əmsalı olan insanlarda yüksək intellekt əmsallı insanlara nisbətən iki dəfə daha artıqdır. Daha intellektual olan insanlar tez-tez dostlarıyla sosiallaşmaq məcburiyyətində qaldıqda, xoşbəxtliklərinin azaldığını da hiss edə bilirlər.”
Əcdadlarımız çətin vəziyyətlərdən birlikdə çıxmaq üçün sürü halında yaşamaq məcburiyyətində qalmışdır. 150 fərdə yaxın qruplarda xoşbəxtlik anlayışı da təhlükəsizliyə bağlı idi. Daha çox insan daha güclü və təhlükəsiz həyat demək idi. Belə hallarda ömürlük dostlar və yoldaşlar da adi hal olur, onlarla daimi ünsiyyət sizin təhlükəsizliyiniz və dolayısıyla xoşbəxtliyinizin sığortasına çevrilirdi. Bütün bu səbəblərdən də biz instinktiv olaraq birlikdə işləmək və kiçik də olsa qruplar yaradaraq, bir yerdə olmaq istəyimizi xoşbəxtlik ilə əsaslandırırıq. Lakin artıq tədqiqatlar da sübut edir ki, bu xüsusiyyət yüksək İQ-lu insanlara xas deyil.

Bir sözlə, sizin tənhalığı sevib-sevməməyiniz intellektinizdən tam xəbər verməsə də, müəyyən mövzularda bu faktor maraqlı göstəricidir. Ağıllı insanlar tənha qalmaqdan qorxmur, əksinə hətta bunu sevirlər də.


Şərhlər: 5
Baxılıb: 345
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
S.Heydarova
Tənha olanda özumu xoşbəxt hiss edirəm...
6 iyun 2016 22:59
# 5
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Nezka
Sevirəm təkliyi. İnsanlara nifrət edirəm. Təbii ki hamısına yox.
5 iyun 2016 15:42
# 4
İçimi görsən mənə aptek alarsan.
vipbetul
mende bu fikirle raziyam dostunun filan olmamasi sakit heyat daha rahatdir daha gozeldir fikirleshmeycin nese yaratmaqcinda mes sakitlik lazimdir
5 iyun 2016 10:48
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Agilli insanlar her zaman tenha ve xosbextdirler. Onlarin yegane dostu agli ve mentiqidir
5 iyun 2016 07:29
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
savior angel
Indiki zemanede kime etibar edeceyin belli deyil onun ucunde insanlar tekliyi sevirler.Menimde wexsen sirrimi boleceyim cox insan yoxdu bacardiqca insanlardan uzaq durmaq lazimdi bezen ya uzulmmemek yada uzmemek ucun
5 iyun 2016 01:06
# 1
I choose to be happy
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz