Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Meditasiya necə edilir?
Meditasiya necə edilir?
Göndərən: ___Jasmin___
Şərhlər: 2
Baxılıb: 364
Səs ver:
Meditasiya bir vasitədir. Stresin öhdəsindən gəlməyimizə, bədən sağlamlığımızı gücləndirməyimizə, xroniki ağrılarımızı keçirməyimizə, daha yaxşı yatmağımıza, daha xoşbəxt hiss etməyimizə, daha hüzurlu olmağımıza və anda olmağımıza yardımçı olan möhtəşəm bir vasitədir. Daha dərin bir müstəvidə, meditasiya, bilinməyənə açılan bir qapıdır. Kim olduğumuz sirrini aralamağımıza yardımçı olar.

Meditasiyaya ilk dəfə başladığımız zaman zehnimizin nə qədər itaətsiz olduğunu görmüş olarıq. Zehnimizin, davamlı olaraq dağılmasına şahid olarıq. Keçmişlə və ya gələcəklə bağlı təkraralanıb duran düşüncələrlə, mağazadan almalı olduğumuz şeylər kimi gündəlik həyat iç-içə keçmiş vəziyyətdədir. Sanki, çılğın bir filmin tam ortasında dayanmış kimiyik.

Meditasiyaya başladığımız zaman, "necə də idarə edilə bilməyən bir zehnimiz var” deyə ürəyimiz sıxılmasın. İlk dəfələrdə zehnimizin çox dağılması təbiidir. Zamanla, düşüncə yığınları ilə rahatlıqla işləməyi öyrənəcək, biraz şəffaflıq və hüzur təmin edəcəyik.

Meditasiyaya necə başlamalı olduğunuza dair bir neçə sadə ipucu:
1. DURUŞ. İstər stulda oturaq, istərsə də yerdə bardaş qurmuş olaq, başımızın və onurğa iliyimizin dik durduğundan əmin olaq. Əgər çökmüş vəziyyətdə olsaq, zehnimiz də axıb gedər. Bədənimiz tarazlıqdadırsa, zehnimiz də tarazlıqda olacaqdır. Dik dura bilmək üçün başımızın göy üzünə dəydiyini xəyal edək.

2. GÖZLƏR. Gözlərimizi açıq saxlamağa çalışaq. Açıq gözlər, anda daha çox olmağımızı təmin edər. Gözlərimizi xəfifcə endirək və müəyyən bir nöqtəyə baxaq. Gözlərimizi yumduğumuz zaman, düşüncələrə və xəyallara daha çox qapılırıq. Yenə də bizə ən rahat gələni etməyimiz daha önəmlidir. Bəziləri gözlərini bağlayanda, belə onlar üçün daha məhsuldar olur. Nəyin bizə yaxşı təsir etdiyini yoxlayıb görmək laızmdır.

3. DİQQƏT. Adi şüur vəziyyətində mövcud olan anda çox az oluruq. Məsələn, xüsusuilə zehnimiz düşüncələrlə dolu ikən avtomobili avtomatik pilotda idarə edirik. Birdən gedəcəyimiz yerə gəlirik və yol boyunca olub keçənləri xatırlamırıq.

Buna görə də meditasiya, həyatımıza gözlərimizi açmağın ən möhtəşəm yoludur. Başqa cür təcrübələrimizin çoxunu gözdən qaçırırıq, çünki zehnimizdə davamlı olaraq başqa bir yerlərdəyik. Diqqətimizi nəyə verdiyimizə baxaq. Adi həyatda diqqətlə konsentrasiyanı eyni şey kimi görməyə meyilliyik. Konsentrasiya, intesnsiv bir işıq şüası kimidir

Meditasiyada fokuslanmaq, fərqindəlik mərkəzinə qoyduğumuz şeyə yumşaq bir şəkildə diqqəti vermək deməkdir. Əksərən, fokus olaraq nəfəsi istifadə etmək tövsiyyə edilir. Nəfəs, "içi” və "çölü” birləşdirən təbii bir qapı kimidir. Zen ustadı Tony Packer-in dediyi kim: ” Diqqət hansısa bir yerdən gəlməz. Səbəbi yoxdur. Kiməsə aid deyildir.”

4. NƏFƏS. Nəfəsə diqqəti vermək, özümüzü bu anda sabitləməyin ən yaxşı yoludur. Nəfəs alıb verməyimizə diqqət edək. Nəfəsimizi idarə etməyək, ehtiyac yoxdur, təbii axarına buraxaq.

5. NƏFƏS SAYMAQ. Əgər meditasiyaya girməkdə çətinlik yaşayırıqsa, ən qədim yollardan biri olan nəfəs saymağa çalışa bilərik. Hər nəfəsdə içimizdən sayaq. Nə zaman düşüncələrin bizi əhatə etdiyini fərq etsək, o zaman əvvələ qaydaq. Bu şəkildə, hər dəfə "bir” dediyimiz zaman indiki ana gəlmiş olarıq.

6. DÜŞÜNCƏLƏR. Düşüncələrin zehnimizi əhatə etdiyini fərq etdiyimiz zaman, diqqətimizi nəfəsimizə yönəldərək düşüncələrin yavaş-yavaş keçib getməyinə izin verək. Düşüncələri dayandırmağa çalışmayaq, belə etmək sinilrərimizi poza bilər. Qapımızda istəmədiyimiz qonaqlarımız olduğunu düşünək, varlıqlarını qəbul edək və nəzakətlə onlardan getməklərini istəyək. Sonra isə diqqətimizin yumşaq işığı nəfəsimizi aydınlatsın.

7. DUYĞULAR. Güclü duyğularla boğuşarkən meditasiya ilə məşğul olmaq çox çətindir. Çünki bəzi duyğular, zehnin qurduğu hekayələri qidalandırmağa meyillilik göstərir. Xüsusilə, hirs, utanc və qorxu zehinlərimizdə davamlı olaraq təkrarlanan hekayələr yaradır. Hirs və utanc, bizi davamlı olaraq keçmişə, keçmişdəki hadisələrə baxdırır. Qorxu isə gələcəyə dair bizi narahat edir. Meditasiyada güclü duyğuların öhdəsindən gəlməyin bir yolu da , duyğunu müşayiət edən fiziki hisslərə fokuslanmaqdır. Məsələn, sinə ətrafında kip bir qorxu zolağı və ya qarında qızğın bir hirs çevrəsi ola bilər. Bu şəkildə duyğularımızı ucaltmış, amma hekayələrə üz verməmiş olarıq.

8. SƏSSİZLİK. Səssizlik şəfadır. Ətrafda xeyli "meditasiya musiqisi” var, amma heç biri bəsit bir səssizliyin yerinə keçə bilməz. Səssizcə oturduğumuz zaman, zehnimizin əslində nələr etdiyini təcrübə etmiş olarıq. Səssizcə oturaraq sakitlik və dinclik gələr. Zamanla, xarici və daxili səssizlik görüşər və anın içində dincəldiyimizi görərik.

9. MÜDDƏT. İlk dəfələrdə sadəcə 10 dəqiqə ilə başlayaq, əgər çox qısa müddət oturduğumuzu hiss etsək, biraz da oturaq. Daha uzun müddətli meditasiya etmək üçün hazır deyiliksə, özümüzü məcbur etməyək. Zaman içində metitasiya müddətimizi 25 dəqiqəyə kimi uzada bilərik.

10. ŞƏRAİT. Otura biləcəyimiz gözəl bir şərait yaratmaq da gözəldir. Meditasiya üçün oturduğumuz yerə bir heykəl, şamlar və bizim üçün anlamlı olan əşyalar da qoya bilərik. Gəzərkən topladığımız bizə xitab edən daşları, dəniz qabıqlarını və çiçəkləri də ora qoya bilərik.

11. ZÖVQ. Hər şeydən önəmlisi, meditasiyadan keyif almaqdır. Kiçik bir gülümsəmə ilə oturmaq, xoşumuza gələ bilər. Özümüzə qarşı mehriban olaq. Hər gün birazca daha çox oturmağa çalışaq. Meditasiya vərdişi qazanaq.


Şərhlər: 2
Baxılıb: 364
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
meditasiya esas esebleri sakitlesdirmekcin fikiri toplamaqcin rahatliq tapmaqcun edilen bir vasitedir
7 iyun 2016 18:46
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
twk xebere gore
7 iyun 2016 17:30
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz