Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Elm nədir?
Elm nədir?
Göndərən: ___Jasmin___
Şərhlər: 2
Baxılıb: 184
Səs ver:
Elm, təcrübəyə əsaslanan üsullar və həqiqətdən faydalanaraq nəticə çıxarmağa çalışan nizamlı məlumatdır. İçində yaşadığımız həyatı şərh etməyə çalışır. Varlığın necə olduğunu, niyə meydana gəldiyini araşdırır. Olaylar üzərində təsvir, açıqlama və fərziyyə etmək imkanı verir, təcrübələri tətbiqlərlə inkişaf etdirir, mövzuları yoxlamaq, mühakimə etmək imkanı yaradır.

Elm adına ilk səylər miladdan əvvəl IV minillikdə Mesopotamiyada ortaya çıxmışdır. Şümerli rahiblər ulduzları müşahidə edərək qeydlər etmişlər. Babil, Misir və Yunan sivilizasiyaları da sonrakı minilliklərdə müşahidələrini qeyd etmiş və bənzəri təsbitlər edərək inkişaf etdirmişlər. Yunanlı filosof Aristotelin (e.ə. 384-322) zamanında elm deyilə biləcək fəaliyyət fəlsəfə ilə əlaqəli olmuşdur. O zaman bugünkü mənada elmi fəaliyyət yox idi. Amma antik dövrdə filosoflar indiki elm adamlarının soruşduğu sualları soruşur və təbiəti şərhə etməyə çalışırdılar.

İsak Nyutonun (1642-1727) zamanında da elm fəlsəfənin bir sahəsi olaraq görülməkdə idi. "Təbiət fəlsəfəsi” fizika, kimya, biologiya kimi elmləri əhatə edən bir fəaliyyət idi. Daha sonra təbiət fəlsəfəsi olmaqdan çıxıb fərdi sahələr halına gələn fənn elmləri ilə müasir elm ortaya çıxdı. Biologiya canlıların həyatı, fizika dünyanın necə işlədiyi və enerji mübadiləsi, kimya kainatın atomlardan orqanizmlərə qədər necə bir araya gəldiyi ilə maraqlandı. Getdikcə artan ixtisaslaşma nəticəsində 600-dən çox elm sahəsi meydana gəldi.

Ətrafımızdakı hər şey elmin mövzusu ola bilər. Elmi fəaliyyət əvvəlcə müşahidə ilə başlayır. Müşahidə edildikdən sonra şüurlu bir təxmin, hipotez (fərziyyə) həyata keçirilir. Daha sonra, fərziyyəni təcrübə və müşahidə ilə sınaqdan keçirərək açıqlamaq lazımdır. Ümumi bir vəziyyət olduğunu dəstəkləmək "qayda” yaradılması adlanır. Bu qaydalar əks bir dəlil olmadığı müddətcə etibarlıdır. Elm tənqidi və məntiqi düşünməyə əhəmiyyət verir. Tənqid edilməyən məlumat elmi deyil. Bir şeyin elm ola bilməsi üçün sınanması və müşahidə olunması lazımdır.

Mesopotamiyadakı elmi inkişafların sistematik olmaması nəticəsində elmin başlanğıcının antik yunan filosofları olduğu qəbul edilir. Bunun səbəbi, Şərqdə mədəniyyətin davamlı olmamasındadır. Yunanın digər mədəniyyətlərdən ayrıldığı nöqtə mədəniyyətin transferi oldu. Fəlsəfənin də başlanğıcı buralara bağlıdır. Müdriklik, düşünmə intizamı hər mədəniyyətdə vardır, ancaq bunu sistem halına gətirən və tarix boyunca davamlılıq təmin edən yunanlılar.

Yunanlılar dövründə elm yerinə fəlsəfə ilə məşğul olurdular. Bütünə olan maraq, həyatın işləyişini axtarmaq və sistemi həll etmə istəyi filosoflardan başlamışdır. Təbiət fəlsəfəsi min il ərzində elmin keçmişini meydana gətirmişdir. İntibah ilə fərqli ixsisaslar ortaya çıxmış və filosofların sormadığı sualları elm adamları soruşmağa başlamışlar. Elmin fəlsəfədən ayrılması kapitalın himayəsi ilə gündəmə gəlmişdir. Qısacası, fəlsəfənin içinə pul girincə elm fəlsəfədən kənarlaşdırılmışdır. Müşahidə və təcrübə də pulun mümkün qıldığı labaratoriyalara sövq edilmişdir.

Nyutonun şah əsəri olan Philosophiae Naturalis Principia Mathematica adından da aydın olacağı üzrə "Natural fəlsəfənin riyazi başlanğıcı” adını daşıyır. XVIII əsrə qədər davam edən fəlsəfə aktuallığı XIX əsrdən etibarən itməyə başlamışdır. Günümüzə qədər də fəlsəfə elmdən ayrılmış, hətta günümüzdə elmə qarşı olan bir sistem olaraq qəbul edilmişdir. Fəlsəfənin atılmasının Sənaye inqilabı bərabər gəlməsi və günümüzün də çılğın bir istehlak mədəniyyətinə aid olması maraqlıdır. Fəlsəfə satıla bilən bir məhsul vermədiyi üçün elm qədər gündəmdə deyil. Burada elmin fəlsəfədən törəyib onu qınamasına diqqət çəkməliyik. Fəlsəfədən doğan elmin fəlsəfəni rədd etməsinə qədər gəlmiş vəziyyətdəyik.


Şərhlər: 2
Baxılıb: 184
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
felsefe sevdiyim sahedur
1 iyun 2016 22:17
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ummuselma
Fəlsəfə özü anlamsız birşeydir. Amma heqiqi elm öyrənmək başqa bir sövq verir insana
1 iyun 2016 21:44
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz