Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şövqlə çalışan canlıların möhtəşəm xüsusiyyətləri
Şövqlə çalışan canlıların möhtəşəm xüsusiyyətləri
Göndərən: ___Jasmin___
Şərhlər: 4
Baxılıb: 211
Səs ver:
Bütün canlılar Rəbbimizin ilhamı ilə hərəkət edirlər. Allah bu canlılara nə əmr edirsə, hamısı bu əmrə tam itaət və təslimiyyətlə tabe olurlar. Bir çox canlının kiçik bədənlərinə baxmayaraq, həddindən artıq fəal olmasının səbəbi də budur. Dünyanın ən çalışqan canlılarına aid bir neçə misal çəkək.
Bənd qurmaq üçün böyük ağacları kəsən qunduzlar
Ən çalışqan canlılardan biri qunduzlardır. Addım-addım hərəkət edərək həyata keçirdikləri işləri sayəsində qunduzlar yaşadıqları mühiti dəyişdirməkdə bütün digər heyvanlardan daha bacarıqlıdırlar. Çox ağır, hündür ağacları belə iti dişləri ilə kəsə bilir və bu ağaclardan sürətlə axan suyun qarşısını kəsmək üçün bənd qurmaqda istifadə edirlər. Bir qunduz ildə 200-ə qədər ağac kəsir. Üstəlik, bunun hamısını dişləri ilə edir. Zaman ərzində dişləri aşınır və bəzən də qırılır. Ancaq bu qunduzlar üçün maneə deyil, çünki kəsici ön dişləri çox qısa müddətdə yenidən uzanır. Ancaq təkcə ön dişləri uzanır, əgər arxa dişləri də uzansaydı, ağız quruluşları pozular və dişlərindən istifadə edə bilməzdilər.
Qunduzların bənd inşa etmək üçün olan bu şövqü, əlbəttə, Rəbbimizin bu canlılara ilhamıdır. İndiyə qədər yaşamış bütün qunduzlara və əlbəttə, digər heyvanlara da nə etməli olduqlarını ilham edən Rəbbimiz bənzərsiz ağıl sahibidir. Allah hər şeyə qadirdir və bütün canlıları yaradandır. Bir ayədə Rəbbimizin yaratma elmi belə xəbər verilmişdir:
Allah hər canlını bir sudan yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir! (Nur surəsi, 45)
Nəslini davam etdirmək üçün çoxlu bala dünyaya gətirən dovşan
Qida zəncirinin ucunda yerləşən bir canlı üçün sürətlə nəslini davam etdirmək, demək olar ki, ölüm-dirim məsələsidir. Balalarını dünyaya gətirmək üçün dovşanlar sürətlə hərəkət edirlər. Bir dişi dovşan ildə 1 dəfəyə 4-6 bala dünyaya gətirir. Riyazi cəhətdən bu çoxdur. Dovşanlar bəzi yerlərdə zərərli surətdə çoxalırlar. Məsələn, Avstraliyada yırtıcı növlər olmadığına görə, dovşanlar təbii mühitə buraxıldıqda çox qısa müddətdə saylarını artırmış və 100 ildən də qısa müddətdə 600 milyona çatmışlar.
Allah həyat verəndir. Canlıları yaradan da, yaradıqlarından yeni canlılar çıxaran da Odur. Bütün canlılar Onun sayəsində yaşayırlar. Həyatlarını, düşündükləri kimi, ancaq ata-analarına deyil, ata-analarını da, onları da yaradan uca Allah’a borcludurlar. Quranda Allah belə buyurmuşdur:
Sizləri yer üzündə yaradıb törədən Odur. Siz Onun hüzuruna cəm ediləcəksiniz. (Muminun surəsi, 79)
Ov zamanı fəallıq göstərən dişi aslanlar
Arı koloniyalarında olduğu kimi, aslanlar arasında da ən ağır işləri dişilər görür. Ov tapmaq və gəncləri yetişdirmək kimi işlərin çoxunu dişilər öhdəsinə götürür. Böyük ətyeyən heyvanları, hətta bəzən fil və zürafə kimi öz boylarından qat-qat böyük heyvanları belə təkbaşına tuta bilirlər. Dişilərin tam əksinə, erkək aslanlar vaxtlarının çoxunu dincələrək və dişilərin tutduğu ovla qidalanaraq keçirirlər. Ancaq balaları öldürmək istəyən digər erkək aslanlardan və kaftarlardan qoruyurlar.
Böyük güc və enerji sərf edən qarışqalar
Dünyada minlərlə qarışqa növü var və hamısı müxtəlif şəkildə qidalanırlar. Bəziləri ətyeyəndir, həşəratlar və tutduqları heyvanlarla qidalanırlar. Digərləri milyonlarla bitki kökünü toplayıb yeraltı anbarlarda ehtiyat toplayır, hətta bəziləri topladıqları yarpaqlardan qida kimi göbələk becərirlər. Növündən asılı olmayaraq, bütün qarışqalar çox güclüdürlər, öz çəkilərindən 10-50 dəfə artıq yük qaldıra bilirlər. Bu qüvvələrindən qida toplamaqda və koloniyalarını düşmənlərdən qorumaqda istifadə edirlər. Bütün canlılar kimi, qarışqalar da mükəmməl davranışları və çalışqanlıqları ilə bilik və ağılın əsl mənbəyi olan Allah tərəfindən yaradılıblar. Quranda bu həqiqət belə bildirilmişdir:
Göylərin, yerlərin və onların arasında olanların mülkü Allah’a məxsusdur. O, istədiyini yaradar, Allah hər şeyə qadirdir! (Maidə surəsi, 17)
Torpağı məhsuldar edən kiçik əkinçi: torpaq soxulcanı
Torpaq soxulcanları əhəmiyyətsiz görünə bilərlər, ancaq demək olar ki, bütün dünyanı hərəkət etdirirlər. Ayaqları olmayan bu onurğasızlar yerin altında tunellər qazır, mineralları yeyir və qidaları olan bitki və heyvan qalıqlarını yerin altına çəkirlər. Nəticədə, yer səthinə qidalandırıcı, torpağı zənginləşdirən artıqlar çıxarırlar. Bu şəkildə, sağlam torpaq soxulcanı sürüsü ildə 1 hektara 20-40 ton torpaq əkir. Torpağın içində 70 sm-ə qədər dərinliyə enərək çevrə və ya oval formalı yollar açan soxulcanlar bir hektarlıq sahədə 25 tonluq kütləni üzə çıxarır, bu yolla torpağı 5 sm-ə qədər qabardır. Çəkisi bir neçə qram olan soxulcan özündən 50-60 dəfə ağır kütləni də hərəkət gətirə bilir. Bu, 100 kq çəkili idmançının 5 tonu hərəkətə gətirməsinə bərabərdir. Bütün bunların təsadüflərlə açıqlanması qeyri-mümkündür, əksinə, bu kiçik canlının çox üstün ağılla yaradıldığını üzə çıxarır. Rəhman olan Allah bu kiçik canlını möhtəşəm orqanlar və mükəmməl davranışlarla yaratmışdır. Çünki Rəbbimiz qüsursuz yaradandır. Ayələrdə belə buyurulur:
Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, onların yanından üz çevirib keçirlər. Onların əksəriyyəti ancaq şərik qoşaraq Allah`a inanarlar.


Şərhlər: 4
Baxılıb: 211
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YalniZ-ArZu
Allahin yaratdigi her bir wey mukemmeldir...
TENBEL,ELI AYAGI DUZ,BOYLU BUXUNLU,SAGLAM INSANLAR VAR HAA,HANSILARKI ONUN BUNUN PULUN MENIMSEMEKLER DOLANIR,KIMINSE HALAL QAZANDIGIN ELINNEN ALIR,YA DA SADECE KUCEDE DILENIR.BAX HEMEN INSANLAR,QUNDUZDAN,DIWI ASLANNAN,QARIWQADAN IBRET GOTURSUNLER BARI,BUNU OXUSUNLAR VE BAWA DUWSUNLER KI,HEC SOXULCAN QEDER DE DEYERLERI YOXDU.
2 iyun 2016 15:02
# 4
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
BARBI
Maraqli movzudur. Qeyd edilen canlilar isguzardir., yemek ucun min bir eziyyet cekir
2 iyun 2016 14:49
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
Her sey Rebbimin elindedir her seyi yaradanda yalniz odur butun yaratdiqlarida ozunun bir mocuzesidir
2 iyun 2016 14:34
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
maraqi oldu oxumaq
2 iyun 2016 14:19
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz