Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sizi narahatçılıqdan xilas edəcək 20 budda düşüncəsi
Sizi narahatçılıqdan xilas edəcək 20 budda düşüncəsi
Göndərən: Tomris Müslümova
Şərhlər: 3
Baxılıb: 342
Səs ver:
Gautama Budda Buddizmin banisi kimi hər zaman insanlar tərəfindən çox öyrənilən şəxsiyyətlərdən biri olmuşdur. Lakin Buddanın öyrənilməsi təkcə onun tarixi şəxsiyyət olmasıyla bağlı deyil. O, həm də müasir insanı da öz təlimləriylə qarmarışıqlığın içindən çıxarmağı bacaran çox güclü şəxsiyyətdir. Budda adının özü də tərcümədə "oyanmış insan” "aydın” mənasını verir. 
Qadınlar.biz  sizə bu güclü şəxsiyyətin insanı narahatçılıqdan xilas etməyə kömək edən düşüncələrini təqdim edir. Oxuyun və sizin üçün vacib şeylər haqqında bir daha dərindən düşünün.
1. İnsanın düşüncələri aydındırsa, xoşbəxtlik onu daima kölgə kimi izləyir və bir də heç vaxt tərk etmir.
2. Biz düşüncələrimizdən ibarətik. Nə düşünürüksə, o da oluruq.
3. Sağlam düşüncənin və bədənin sirri keçmişdə qurdalanmamaq, gələcək haqqında çox narahatçılıq keçirməmək və şüurlu şəkildə indiki zamanda yaşamaqdan ibarətdir.
4. Sakitlik bizim daxilimizdədir. Onu xaricdə axtarmayın.
5. Qəzəblənmək əlində yanan odun parçasını saxlayıb, kiməsə atmağa hazırlaşmaq kimi bir şeydir. Bu ilk növbədə sizin özünüzü yandırır.
6. Bizim həyatdakı ən ali məqsədimiz öz məqsədimizi tapmaq və bütün ömrümüzü ona ithaf etməkdir.
7. Biz hər səhər yenidən doğuluruq. Yalnız hal-hazırda etdiminiz şeylər əhəmiyyətlidir.
8. Xoşbəxtlik sizin kim olduğunuzdan və ya nəyinizin olmasından asılı deyil. Xoşbəxtlik ancaq sizin düşüncələrinizdən asılıdır.
9. Siz öz qəzəbinizə görə deyil, öz qəzəbiniz tərəfindən cəzalandıralacaqsınız.
10. Hər şeyi başa düşmək hər şeyi bağışlamaq deməkdir.
11. Alçağı min dəfə müqəddəs hesab edərək yanılmaq, müqəddəsi bir dəfə alçaq hesab edib yanılmaqdan daha yaxşıdır.
12. Nifrəti nifrətlə yox etmək mümkün deyil, bunu ancaq sevgiylə etmək mümkündür.
13. Biz indi kimiksə – bu düşüncələrimizin nəticəsidir.
14. Mövcudluğun bütün sirri qorxulardan azad olmaqdadır. Başına nə gələcəyindən qorxma, gələcəyin bununla dəyişməyəcək, amma bu günün daha sakit keçəcək.
15. Xoşbəxtliyə gedən yol yoxdur. Xoşbəxtlik özü elə yoldur.
16. Bir şamdan min şama işıq vermək olar – bununla onun həyatı qısalmayacaq. Xoşbəxtliyi də paylaşdığında, o azalmır.
17. Əgər əl yaralı deyilsə, həmin əldə zəhər gəzdirə bilərsən. Zəhər yaralı olmayan ələ təsir edə bilməz. Pislik etməyən insanlara da pislik təsir etməyəcək.
18. Əlində olanların dəyərini bilməyən insalara xoşbəxtlik heç vaxt üz tutmur.
19. Hətta ən ağıllı insan da öz üzərində işləməyi dayandırsa, axmaqlaşacaq.
20. Özünə qalib gəlsən, min döyüşün qalibi olarsan.


Şərhlər: 3
Baxılıb: 342
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Miss_Oxatan
Her biri heyatdan cumlelerdir ve hamisinda ozune mexsus derin mena var bawa duwene.deyerli ve ders cixarasi meslehetlerdir.
19 iyun 2016 15:58
# 3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
vipbetul
maraqli statuslardir
19 iyun 2016 13:17
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Derin menali sozlerdir. En cox 19 cu cumleni beyendim
19 iyun 2016 01:15
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz