Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sfinksın burnu niyə yoxdur?
Sfinksın burnu niyə yoxdur?
Göndərən: Tomris Müslümova
Şərhlər: 6
Baxılıb: 318
Səs ver:
"Sfinks” sözü yunancadan tərcümədə "boğucu”, "boğan” mənasını daşıyır.

Sfinks – qadın başlı, şir bədənli, quş qanadlı mifoloji bir varlıqdır. Bu nəhəng heykəl Misir piramidalarının yaxınlığında yerləşir və təxmini 6500 il yaşı var. Əgər fikir vermisinizsə, bu heykəlin burnu yoxdur, daha doğrusu, burnu sındırılıb. Neçə əsrlər idi ki, bunun günahını gah almanlarda, gah britaniyalılarda, gah da ərəblərdə görurdülər. Daha sonra isə günahın Napoleonda olduğu qərarına gəldilər. Amma bu ittihamlar əsassızdır, gümanlardır.
Deyilənə görə, Sfinksın burnu Misirdə gedən müharibələr zamanı yadelli ordular tərəfindən sındırılmışdır. Digər iddiaya görə, I və yaxud da II Dünya Müharibəsi illərində Britaniya və ya Almaniya ordusu tərəfindən bu vandalizm törədilmişdir. Amma bu fikirin yanlış olduğuna dair faktlar var: 1886-cı ildə çəkilmiş fotolarda Sfinks burunsuzdur.
Napoleona gəldikdə isə, yenə də, Sfinksın burunsuz olmasını təsdiqləyən rəsmlər mövcuddur. Avropalı səyahətçilər tərəfindən  1737-ci ildə çəkilmiş rəsmlər vardır ki, burada Sfinks burunsuz təsvir olunmuşdur. Bu rəsmlər fransız imperatorunun doğumundan 32 il əvvəl çəkilmiş rəsmlərdir.
Faktların yalan çıxmasına baxmayaraq, misirli ekskursiya rəhbərləri ölkəyə gələn turistlərə Sfinksın burnunun Napoleon tərəfindən qopardılaraq Luvra aparıldığını söyləyirlər.
Araşdırmaçıların tarixi faktlarına əsaslanaraq, Sfinksın burnunun sındırılmasında əsas günahkar sufi fanatı Məhəmməd Saim – Əl – Dah hesab edilir. Deyilənlərə görə, Sfinksın burnunu 1378- ci ildə bu adam sındırmışdır və onun törətdiyi vandalizmə görə, yerli əhali onu döyərək öldürmüşdür.
Daha çox həqiqətə uyğun səbəblərdən biri isə heykəlin 6500 il səhra küləyinin və hava durumunun təsiri altında bu hala düşməsidir. Belə ki, Sfinksın burunsuz qalması, uzun illər hava durumunun əhəng daşına təsirinin nəticəsidir. Əsrlərlə səhranın ortasında "ömür sürən”  Sfinksın çoxsaylı təbii kataklizmlərə məruz qalması həqiqətən daha çox oxşayır.


Şərhlər: 6
Baxılıb: 318
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
HAPPY_EYES
tarixi fakt maraqlidir
17 iyun 2016 12:17
# 6
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
FISTIK
Maraqli melumat idi hec vaxd sekilde fikir vermemisdim burnu oladigini.
15 iyun 2016 22:23
# 5
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
vipbetul
maraqii melumat oldu

maraqii melumat oldu
15 iyun 2016 21:57
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Ekizlerin mamasi
Cox baxmisam bu haqda cekilenlere.yenede oxumaq maraqli oldu
15 iyun 2016 20:21
# 3
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Barbaris
maraqli melumatdir twk
15 iyun 2016 18:34
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Bu barede oxumusdum. Maraqliydi. Sfinksin burnu olmamasi askar edilmemisdir
15 iyun 2016 18:06
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz