Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məşhurların uğursuz və qəribə ölümləri
Məşhurların uğursuz və qəribə ölümləri
Göndərən: Tomris Müslümova
Şərhlər: 7
Baxılıb: 401
Səs ver:
2006-cı ildə məşhur avstraliyalı vəhşi təbiət eksperti, "timsah ovçusu” Stiv İrvin skat balığının iynəsi ilə onu ürəyindən sancması nəticəsində dünyasını dəyişib.

Tualetdə ölənlər çox olub, onlardan ən məşhuru isə Elvis Preslidir. Rok-n-rollun kralı tualetdə qusanda vəfat edib. Həkimlərin dediyinə görə, "kral”ın ölüm səbəbi köklük və dərmanlardan yaranan infarktdır.

Cerom İrvinq Rodeyl sağlam qida qəbulu tərəfdarlarından olub. "Bədbəxt bir təsadüf olmasa, 100-ə qədər yaşayacam” deyən Rodeyl 72 yaşında getdiyi bir tok-şouda infarkt keçirərək həyatını itirib.

"Müasir rəqsin anası” kimi tanınan, rus şair Sergey Yeseninin həyat yoldaşı olmuş Aysedora Dunkanın özü qədər məşhur şərfi 1927-ci ildə mindiyi maşının təkərinə dolaşıb və o, boğularaq ölüb.

1869-1916-cı illərdə yaşamış rus həkim, rahib, sirli Qriqori Rasputinin həyatı kimi ölümü də müəmmalı olub. 
Rasputinə qarşı sui-qəsd planını knyaz Yusupov və Dövlət Dumasının üzvü Purişkeviç hazırlayıb. Əvvəlcədən qurulmuş plana əsasən 16 dekabr 1916-cı ildə knyaz Yusupov Rasputini öz evinə gətirir.
Burada birlikdə nahar edirlər. Rasputinə naharda mərgümüş zəhəri qatılmış şirniyyat və çaxır verilir. On nəfəri öldürmək gücünə malik zəhər qatılmış çaxırdan içən və şirniyyatdan yeyən Rasputin ölmür. Onun ölmədiyini görən Yusupov silahla onu arxadan güllələyir, sonra silahı Purişkeviçə verir. Purişkeviçin 3 gülləsindən də sonra ölməyən Pasputini nəhayət donmuş Neva çayına atırlar. Böyük ehtimalla, bu sirli insan çayda donaraq ölüb.

Bobbi Liç 1911-ci ildə Niaqara şəlaləsindən çəlləyin içində tullanan ikinci insan kimi tarixə düşüb. Bir gün Liç Yeni Zelandiyada gəzərkən ayağı bir portağal qabığına ilişib və sürüşüb. Nəticədə ayağı qırılıb. Ayağının biri kəsilsə də, həkimlər Liçin həyatını xilas edə bilməyib.

Məşhur viski istehsalçısı Cek Deniel 1911-ci ildə işə tez gələrək ofisin kassasını açmağa cəhd edib. Şifrəni heç cür yadına sala bilməməyinə əsəbiləşərək kassanı təpikləməyə başlayan Deniel ayaq barmaqlarını zədələyib. Daha sonra isə infeksiyadan dünyasını dəyişib.

Uğurlu vəkil Klement Vellandiqam 1871-ci ildə birini vurmaqda ittiham olunan müvəkkilinin məhkəməsində vurulan adamın öz-özünü güllələdiyini sübut etməyə çalışanda səhvən dolu silahı götürüb özünü vurub. Beləcə, müvəkkili bəraət qazanıb.

Bəstəkar, orkestr şefi Jan-Batist Lyulli 1687-ci ildə fransız kralı XIV Lüdovik üçün Te Deum adlı əsəri çalanda həyatının axarı dəyişib. Ritmə aludə olan Lyulli bütün gücü ilə çubuğunu ayağına vurub. Bir müddət sonra ayaq barmağı qanqren olan Lyulli barmağının kəsilməyinə razı olmayıb və dünyasını dəyişib.


Şərhlər: 7
Baxılıb: 401
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YalniZ-ArZu
Bezilerin bilirdim.En cox Aysedora Dunkana yazigim geldi.
25 iyun 2016 16:26
# 7
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
ülü16
Buna deyerlər kimin harda necə öləcəyi bəlli deyil, bunu yalnız ALLAH bilər
25 iyun 2016 15:26
# 6
Barbaris
maraqli qeribe olumlerdir
25 iyun 2016 14:14
# 5
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Wirin Meleyim
Bezilerin bilirdim
25 iyun 2016 00:26
# 4
Imza aysu agazade
Fi-Ra
Stiv İrvin - o boyda timsahı ovlayasan ama ölümün balığın iynəsindən olsun
Elvis Presli - ölmaək üçün heç də ürəkaçan yer deyil məncə. Amma qismət))
Qriqori Rasputinin - maraqlısı odur ki, görəsən göldə nə qədər yaşayıb bu sirli adam. Bəlkə də atan kimi ölməyib.
Bobbi Liç - Niaqara şəlaləsindən çəlləyə tullanan biri üçün portağal qabığı ucbatından ölmək bədbəxtlikdir.
Cek Deniel - bir anlıq əsəbin sonucu ölüm.
Klement Vellandiqam - bununki də bədbəxt ölümdür. Şeytan doldurub silahı))
Maraqlı paylaşımdır. Ölümləri qəribədir. Təşəkkür.
25 iyun 2016 00:07
# 3
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
vipbetul
maraqli olumleridr Allah her kese bir cur heyat bexs edir
25 iyun 2016 00:05
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Qeribe olumleri olub. Maraqli hadiselerdi
24 iyun 2016 22:15
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz