Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnsanın qüdrəti
İnsanın qüdrəti
Göndərən: Tomris Müslümova
Şərhlər: 3
Baxılıb: 229
Səs ver:
Qüdrət - həyat sahibinin bir şeyi etməyə ya da tərk etməyə iradəsiylə hakim olduğu sifətdir. Qüdrət - iradə sifətinə təsir edən sifətdir.

Qüdrətin iradə ilə olan əlaqəsi qətidir. Qüdrət iradəylə bir nəticəyə gələr. İradə olmadıqa qüdrət tək başına feil meydana gətirməz. Hərəkətin meydana gəlməsi üçün əvvəl iradə, sonra qüdrət lazımdır.

Lüğətdə gücü çatmaq mənasını verən qüdrət, Allahın sonsuz güc sahibi olması və bütün yaradılmışlara, əzəli təqdirə uyğun olaraq təsir edib qənaətdə olması deməkdir. Allahın gücünün çatmayacağı heç bir şey yoxdur. Çünki qüdrətinin əksi olan acizlik Allah haqqında düşünülə bilməz. Allah üçün "qeyri-mümkün” deyə bir şey yoxdur. Mütləq mənada qadir, tək Odur. Varlıqların qüdrəti, Allahın verdiyi nisbətdə və Onun icazəsi ilə istifadə edilə bilən məhdud bir qüvvətdir.

Allahın qadir adı, Quranda ölçən, biçən, forma verən, təqdir edən, proqramlaşdıran mənalarını verər:

"Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz!” mənasındakı ayə buna nümunədir. Göyləri, yerləri, çayları, dağları, gecəni, gündüzü, ayı, günəşi, qısaca, bütün varlıqları nizama qoyan, vəzifələrini proqramlaşdıran Allahdır.

"...O, hər şeyi yaratmış və onu (onun nə cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir” Allahın hər işi bir ölçüyə və plana görədir.Yenə Qurani-Kərimdə belə buyurulmuşdur: 

"(Yerdə və göydə) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz onda ancaq müəyyən (lazım olduğu) qədər endiririk. (Onun nə qədər lazım olması isə yalnız Bizə məlumdur). ”Bu ayələrdə Allahın qüdrətindən bəhs edilməkdədir. Hərəkətdən əvvəl lazımlı şərtlər olmazsa, səbəblər uyğun olmazsa, alətlər möhkəm və sağlam olmazsa, edilən əmr və qadağaların bir mənası qalmaz.

Qul yarandığı gündən hər şeyə möhtacdır. Səbəbləri yaradan Allahdır. Bununla birlikdə Allah, şirk qoşmaqdan və səbəblərlə məhdudlaşdırmaqdan, bunların bəzisini digərləri ilə əlaqəli şəkildə təşkil edərək iş görməkdən münəzzəhdir. Allah üstün iradəlidir, hər etdiyi yerindədir. "Onlar yer üzündə (Allahı) aciz qoya (Allahın əzabından qaçıb canlarını qurtara) bilməzlər. Allahdan başqa onların köməyinə çata bilən də (əzabdan xilas etməyə qadir olan da) yoxdur. Onları ikiqat əzab gözləyir. Onlar (haqqı) eşidə bilməz və (onu) görməzlər.”

Qüdrət, Allah tərəfindən qula bir nemət olaraq verilmişdir. Bu qüdrət olmadan insanın heç bir şey edə bilməyəcəyi şübhəsizdir. Bu eynilə gözü olmayan bir adama "Buraya bax” deyə əmr etməyə, yaxud əli olmayan birinə "Əlini uzat” deməyə bənzəyər. Və bir nemət olaraq lazımlı olan qüdrət də bu qüdrətdir...


Şərhlər: 3
Baxılıb: 229
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Rebbim yanimizda olub oz qudreti yle bizi sevindirsin AMin insallah
18 iyun 2016 11:40
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
HAPPY_EYES
insan istese cox sey olar
17 iyun 2016 23:21
# 2
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
Barbaris
Allah razi olsun

Allah razi olsun
17 iyun 2016 22:23
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz