Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gülümsəyin həyata
Gülümsəyin həyata
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1094
Səs ver:


Gülümsəmək insana verilmiş bir xüsusiyyətdir. Elə gözəl inteqrasiya olunar ki həyatla, yapışdığımız gövdənin çiçəklərinə bənzər sanki. Kiçik bir gülümsəmə dahi necədə dəyişdirər həyatınızı, necə bir gözəlliyin içinə buraxar sizi bir bilsəniz. Bir yağışın altında islanar kimi fərahladar içinizi, yumşadar ürəyinizi. Elə isə nə üçün gülmürsünüz? Gülümsəyə bilmirsiniz?

 Həyatın çətinliklərini, hüznlərini yüklənmiş sevinclərini, ümidlərini yanına almağı unutmuş sanki insanlarımız. İşə gedərkən, prospektdə yeriyərkən, alış veriş edərkən bir baxırsınız ətrafınıza hamı asıq sifətli, bədbəxt insanlar. Həyatın içinə dalmış da unutmuşlar bu kiçik dodaq tərpənməsini.

 Halbuki güldükcə o  qədər çox qapınız aralanar ki! O qədər çox qazanclar əldə edərsiniz ki! Ən başda sevginizi, xoşbəxtliyinizi çoxaldar. Ürəyinizdəki gözəlliyi çölə əks etdirər. Yorğunluğunuzu aradan qaldırar. Xəstələndiyinizdə ya da böhrana düşdüyünüzdə mənəvi qaynağınız olar və daha nə qədər çətinlikləri aradan qaldırar içdən gələn isti bir gülümsəmə.

 Həyatın bütün çətinliyinə baxmayaraq yenə də gülümsəyin. Çünki xoşbəxtliyə gedən ən asan yoldur gülümsəmək. Hər doğan günün ümidi kimi başlayın həyata və gülümsəmələrinizi verin qarşınızdakılara. Bir müddət sonra onların da sizə gülümsədiyini görəcəksiniz.

 Ən son nə vaxt gülümsədiniz? Bir xatırlayın o anı. Ürəyinizdəki coşğunu, gözlərinizin parıltısını xatırlayın. Həyat həmişə qaranlıqdan ibarət deyil. Üstünüzdəki yükü yüngülləşdirmək üçün həyat sevincinizi itirməmək üçün gülümsəməniz lazımdır. Bir ana sevgisi, bir körpə safı, bir çiçək təzəliyi kimi gülümsəyin.

 Gülümsəməyən insanlar həmişə əskik yaşayarlar həyatı və peşman olduqlarında da geriyə dönə bilməzlər. Siz əskik yaşamayın həyatınızı. Ürəyinizin dərinliklərində qalmasın sizin gülümsəmələriniz. Çətin olan həyatı daha da çətinləşdirməyin. Yüngülcə gülümsəyin və aynaya baxın o anda. Üzünüzə gələn gözəlliyi siz də görəcəksiniz. 

 Gülümsəmək xoşgörüşdür, anlayışdır, sədəqədir, həyata yapışmaqdır. Quşları böcəkləri, təbiəti sevməkdir. Ən əhəmiyyətlisi də insanı sevməkdir. Elə isə siz də göstərin sevginizi və gülümsəyin həyata.


Şərhlər:
Baxılıb: 1094
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz