Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir neçə saata bitirə biləcəyiniz 6 mükəmməl əsər
Bir neçə saata bitirə biləcəyiniz 6 mükəmməl əsər
Göndərən: Tomris Müslümova
Şərhlər: 9
Baxılıb: 387
Səs ver:
Mütaliə etmək beynimiz üçün mükəmməl məşğələdir. Yaxşı seçilmiş kitablar isə həyatımızı və bizim özümüzü dəyişdirəcək qədər güclü ola bilərlər. Vaxt azlığından şikayətlənənlər hətta bir neçə saata da oxuyub bitirə biləcəyi əla kitablar tapa bilərlər. Sadəcə yaxşı araşdırmaq və sizə maraqlı olan mövzuda ən yaxşı kitabları seçmək bacarığınızı inkişaf etdirmək lazımdır.
Qadınlar.biz sizə bir neçə saata oxuya biləcəyiniz 6 maraqlı əsəri təqdim edir:

Ernest Heminquey "Qoca və Dəniz”
Heminquey yaradıcılığının zirvəsi hesab edilən "Qoca və Dəniz” povesti 1952-ci ildə oxuculara təqdim edildikdən bəri bütün nəsillərin ən sevilən kitablarından birinə çevrilib. Əsər nəhəng okeana kiçik qayığıyla ova çıxan tənha qocanın başına gələnlərindən bəhs edir. Hər dəfə uğursuz ov edən qoca, bu dəfə böyük bir balığı toruna sala bilir. Lakin bu da onun mübarizəsinin sonu olmur. İndi də ovladığı balığı köpək balıqlarından xilas etməlidir. Müəllif baş qəhrəmanı yaxın tanışlığı olan bir qoca kubalı balıqçının obrazı əsasında yaradıb.

Cerom Selincer "Çovdarlıqda uçurumdan qoruyan”
Amerikalı məşhur yazıçı Cerom Selincerin 1951-ci ildə yazdığı bu əsər 16 yaşlı Holden’in dövrünün Amerika həqiqətlərini aşkarcasına və çox sərt formada inkar etməsindən danışır. O, cəmiyyətdə hökm sürən ümumi qayda-qanun və əxlaq tənzimləmələrinə qarşı çıxır. Əsər üzərində 9 il işləyən yazıçının yeganə romanı da bu olmuşdur. Dünyada qısa müddətdə 60 milyon nüsxə ilə satılmışdır.

Qabriel Qarsia Markes "Hüznlü fahişələrim”
Məşhur yazıçının son romanı olan bu əsər insanı ömrün sonunda haqlayan, onun dünyaya, həyata, insanlara, özünə olan, az qala yüz illik münasibətini bircə anda dəyişməyə qadir olan gözəl bir sevgi hekayətidir. Bir çoxları əsərdə yazıçının öz istəklərini və yaşlılığını təsvir etdiyini düşünür. Bu əsərdə biz insanın mənəvi və fiziki yaşı arasındakı dərin təzadları hiss edə bilirik.
 
Cek London – "Ağ diş”
Povest yarı canavar balası olan itin başına gələn əhvalatlardan bəhs edir. Yazıçı bu povestində itin daxili aləmini, onun hər bir hissiyatını ustalıqla qələmə almışdır. Ağ diş öncə acınacaqlı həyat sürür, lakin əsərin sonuna yaxın o, xoşbəxt həyata nail olur.Cek London bu əsərində sanki demək istəyir ki, heyvanla insan arasında ciddi fərq yoxdur. Heyvan da insan kimi şüura sahibdir, düşünür və hiss edə bilir. Əsərdə həmçinin insanın vəhşiliyi, onun ədalətsiz həyat qanunları pislənir. Yazıçı bu əsərlə insanın heyvandan daha vəhşi olduğunu bildirmək istəyir.

Sergey Dovlatov, "Çamadan”
Müasir rus ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Sergey Dovlatov dissident baxışlarıyla hər zaman müzakirə edilən cəsarətli yazıçılardan biridir. 1978-ci ildə Amerikaya mühacirət etdikdən sonra, ədəbiyyat sahəsində ən məhsuldar illəri başlayır və vəfatına qədər 12 adda kitab yazır. "Çamadan” da onun avtobioqrafik romanı olaraq, həmin silsiləyə daxildir. Qara yumorla təsvir edilmiş dövrünün bürokratik qaydaları, iqtisadi sistemdə olan çatışmazlıq və s. sizi kitaba aşiq edəcək.

Corc Oruell, "Heyvanıstan”
Yazıçının 1943-cü ildə yazdığı bu əsər totalitar rejim və despotik idarə üsullarına qarşı çox fərqli üslubda yazılmış əsəridir. Dili asan olan əsəri dərk etmək üçün yazıçının mükəmməl bənzətmələrini anlamaq lazımdır. Həcmcə o qədər də böyük olmayan "Animal farm” romanı ilə Oruell bütünlükdə totalitar siyasi təfəkkürün və əsas mövcudluq prinsiplərini bədii cəhətdən uğurla modelləşdirə bilmişdir.


Şərhlər: 9
Baxılıb: 387
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
___Jasmin___
Bir nece kitab oxumusam amma burda verinenlerden hec birini oxumamisam sentyabrdan baslayacam kitab oxumaga
11 iyun 2016 17:20
# 9
Buyudum artik anne 14 bahar kaldi geride...
Şəbnəm Vüsal
Kitablar menim həyatımdi.kitablari cox sevirem. Amma xarici ədəbiyata elede cox müraciət etməmişəm. InwAllah bu eserleri de oxuyaram
11 iyun 2016 00:05
# 8
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
vipbetul
maqrali eserlerdir oxuyariq insallah
11 iyun 2016 00:00
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
savior angel
sevirem eser oxumagi
10 iyun 2016 23:01
# 6
I choose to be happy
FISTIK
Hec birini oxumamisam vaxd olduqca oxuyacam eser oxumagi xosluyuram gozumde problem olduguna gore oxuya bilmirem bezen . Amma az az oxusam hecne yeqinki olmaz)
10 iyun 2016 22:59
# 5
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Wirin Meleyim
Maraglidilar xebere gore cox sagolun
10 iyun 2016 22:49
# 4
Imza aysu agazade
BARBI
Hec birini oxumamisam. Vaxt tapdiqca oxuyacam
10 iyun 2016 22:42
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
10 iyun 2016 22:08
# 2
Barbaris
oxumaq lazimdir hec oxumamiwam
10 iyun 2016 22:01
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz