Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Daha Çox Kitab Oxumağınıza Kömək Edəcək Metodlar
Daha Çox Kitab Oxumağınıza Kömək Edəcək Metodlar
Göndərən: my_angel
Şərhlər: 7
Baxılıb: 308
Səs ver:
Baxmayaraq ki, daha yaşlı nəsil gəncləri az kitab oxumaq mövzusunda qınayır, son dövrlərdə kitab oxumaq vərdişi gənclər arasında yüksələn tempdə davam edir. İnkişaf etmiş ölkələr səviyyəsində olmasa da, bu tendensiyanın mövcudluğu insanı sevindirməyə bilmir. Hal-hazırda kitab satışı və ya xarici saytlardan sifarişdə də artım müşahidə olunur. Kitablar arasında seçimin çətinləşdiyi və oxumalı çox kitabın olduğu bu dövrdə əsas problem artıq vaxt azlığı olmağa başlayıb. Bəs biz necə daha çox kitab oxuya bilərik? Sizə bu məsələdə kömək edəcək 3 vacib məqamı təqdim edirik:

Sürətli oxu metodu
Sürətli kitab oxumaq üçün fərqli metodlar və bu metodları inkişaf etdirməyin müxtəlif yolları mövcuddur. Bu metodlardan bəziləri, kitabın kiçik detallarını buraxaraq, əsas məzmununa fokuslanmaq yolu ilə mümkündür. Lakin, daha effektiv və yararlı metodlar isə göz əzələlərini genişləndirərək, oxu sürətinizi artırmağınıza yol aça bilər. Bu mövzuda dünyanın müxtəlif yerlərində məşğələ və seminarlar keçirilir. Bakıda bu cür seminarlar keçirilməsə də, siz internet vasitəsilə lazımlı resursları tapa bilərsiniz.

Zamanı düzgün idarə edin
Kitab oxuyarkən əsas problemlərdən biri də fikrin dağılmasıdır. Bu problemin həlli üçün zamanınızı müəyyən hisssələrə ayırmalısınız. Məsələn, iki saat ərzində kitab oxumağı planlaşdırmısınızsa, telefonunuza gələn istənilən bildiriş və ya zənglərin səsini azaldın və ya tamamilə kəsin. Bütün diqqətinizi oxuduğunuz kitab üzərində toplayın. Bundan başqa, məsələn avtobus və ya metroya mindikdən enəcəyiniz ana qədər fikrinizi sadəcə kitaba yönəldin və başqa şeylər barədə düşünməyin.

Nəyə başlayacağınıza qərar verin
Gündəlik kitab oxumaq vərdişinizin sağlam formalaşması üçün ətrafınızda olan daha çox mütaliə etmiş insanlardan məsləhət almaqdan çəkinməyin. Əlbəttə, pis kitab yoxdur ancaq hər kəsin zövqü eyni olmur. Minlərlə əsər arasında, xüsusilə ilk başladıqda daha çox sevəcəyiniz, sizə daha maraqlı olacaq kitabı seçməkdə fayda var. Kitab mağazasında gedib kitabları vərəqləmək də sizə əlavə maraq qazandıracaq. Bu mövzuda daha təcrübəli olduqdan sonra sizə kömək edəcək fərqli mənbələr var. Hətta bu məqsədlə qurulmuş sosial şəbəkələr də mövcuddur. Sizə oxuduğunuz kitablara əsasən yeni kitablar məsləhət görən həmin şəbəkələri və bu şəbəkələrdə fikir bildirən digər oxucuların şərhlərini oxumaq da xeyli kömək edəcək.


Şərhlər: 7
Baxılıb: 308
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ummuselma
Kitab oxumağı sevirəm, və sürətli oxuyuram. Mənim üçün ən gözəl istirahət sakit bir yerdə sevdiyim kitabı oxumaqdır
18 may 2016 21:59
# 7
___Jasmin___
Kitab oxuyuram ve oxumagi sevirem men daha cox suretli oxu metodunan istifade ediremki bu zaman orda olan kicik nuanslara baxmiram ve buzaman hemin nuas ucun oxudugum sehieni birdaha oxumali oluram neyse uzun sozun qisasi suretli kitab oxumaq hecde yaxsi deyil.
18 may 2016 18:36
# 6
وكنت للتو في الحب
vipbetul
kitab oxumaqi cox sevirem esasende dedektif janirinda kitablar oxuyuram
18 may 2016 13:48
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Kitab oxuyarken gerek fikirin yalniz oxudugunda olsun onda hem oxumaq maraqli olacaq hemde oxudugumuzu yaxsi basa duseceyik
18 may 2016 11:35
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Kitab oxumaga vaxtim qalmir. Bezen sevgi ve ya dedektiv romanlari mutalie edirem
18 may 2016 09:16
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nemka Matata
metoda gerek yok zaten oxuyuram en sevdiyim mesguliyyet sadece mutalie etmekdir
18 may 2016 02:20
# 2
Barbaris
kitab oxumaqi sevirem vaxtim olanda oxuyuram
18 may 2016 01:57
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz