Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Fərdi inkişafınıza kömək edəcək 10 faydalı vebsayt
Fərdi inkişafınıza kömək edəcək 10 faydalı vebsayt
Göndərən: my_angel
Şərhlər: 4
Baxılıb: 515
Səs ver:
Əgər sosial şəbəkələrdən ayrıla bilsəniz, vaxtınızı səmərəli keçirə biləcəyiniz maraqlı internet səhifələri tapacaqsınız. Kompüterin başından ayrılmadan çox şey öyrənmək mümkündür. Düşünürük ki, bu internetin ən yaxşı xüsusiyyətlərindən biridir. Sizə fərdi inkişaf üçün olan 10 faydalı vebsayt təqdim edirik:

Faydalı bacarıqlar qazanmaq
4brain saytında bir çox mövzu ilə bağlı kurslar, məqalələr və kitablar toplanmışdır. Öz məntiqi düşüncənizi, yaddaşınızı, sürətli oxuma qabiliyyətinizi inkişaf etdirin və sizə uyğun olan yeni bacarıqlar qazanın. Öz nailiyyətlərinizi "Şəxsi kabinet”də izləyə bilərsiniz.

İngilis dili öyrənmək
LinguaLeo – oyunlar vasitəsilə dil öyrənməyə kömək edən əvəzsiz xidmətdir. Bütün mobil vasitələrə uyğundur və istədiyiniz hər zaman istifadə edə bilərsiniz. Hər şey çox sadədir: öz fərdi tədris planınızı tərtib edin, tapşırıqları yerinə yetirin və nailiyyətlərinizdən xəbərdar olun.

Cizgi filmi hazırlamaq
Bir çoxunuz uşaq olarkən şəkillər çəkir, sonra onları tez-tez vərəqləyərək, sanki hərəkət edirlərmiş kimi təsəvvür yaratmısınız. Multator xidməti sizə bir neçə kadr çəkib, öz cizgi filminizi hazırlamaqda kömək edəcək. Bu heç də çətin deyil, çəkdiyiniz əvvəlki şəklin cizgiləri yeni şəkil hazırlayarkən sizə yardımçı olacaq.

Öz beynini işlətmək
Boostbrain saytında maraqlı oyunlar vasitəsilə düşünmə sürətinizi, diqqətinizi və yaddaşınızı inkişaf etdirin. Öz uğurlarınızı qeyd edin və başqaları ilə yarışın. Öz beyninizi məşq etdirin.

Gitarada ifanı öyrənmək
Guitarprofy saytında yeni başlayanlarla bərabər, öz bacarığını inkişaf etdirmək istəyənlər üçün də bir çox məlumat yerləşdirilib. Burada siz gitarada ifanı sərbəst şəkildə öyrənə, bir çox musiqilərin akkordlarını tapa, yenilər üçün çoxlu məsləhət əldə edə bilərsiniz.

Sürətli mətn yazmaq
Mətn yığımını sürətləndirmək üçün bir çox vasitə var. Klavoqonki bunların içində ən əyləncəlilərdən biridir. Burada sizə və digər iştirakçılara müəyyən mətn və məhdud zaman verilir. Mətni ilk və səhvsiz bitirmək lazımdır.

Rəsm çəkməyi öyrənmək
Əgər məktəb dövrünüzdəki rəsm dərsi sizin rəssamlığa olan bütün həvəsinizi öldürübsə –web-paint saytı sizə yeni ümid bəxş edəcək. Yeni başlayanlar üçün pilləli dərs karandaşla rəsm çəkməyin əsaslarını öyrənməkdə kömək olacaq. Müəyyən vaxt sonra isə daha çətin texnikaları öyrənə bilərsiniz.

Mühazirə kursu dinləmək
Universarium saytında istənilən mövzuya uyğun bir çox kurs tapa bilərsiniz. Seçim sadəcə sizin məqsədiniz, istəkləriniz və boş vaxtınızdan asılıdır. Riyaziyyat, kimya, iqtisadiyyat, hətta incəsənət tarixi kimi istədiyiniz qədər fənni öyrənə bilərsiniz. Bütün bunlar ödənişsizdir.

İlham almaq
İngilis dilində olan 500px ISO saytında dünyanın fərqli guşələrindən olan fotoqraflar şəkillərin çəkilmə tarixi haqqında danışır və öz fikirlərini bölüşürlər. Burada həmçinin şəkil redaktəsi ilə bağlı master-klasslar və istənilən şəkli şedevr edəcək xırda hiylələri tapa bilərsiniz.

Günəş sistemi ilə bağlı daha çox bilgi əldə etmək
Öz dəqiqliyi ilə fərqlənən Joshworth saytı kainatın miqyasını dərk etməkdə kömək olacaq. Siçanın düyməsini hərəkət etdirərək bir planetdən digərinə səyahət edəcəksiniz. Hazırlaşın, səyahət uzun olacaq!


Şərhlər: 4
Baxılıb: 515
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
cox gozel melummatdir birde CV vermek barede siyasi melumatlar barede praqramlarda yazilsa yaxsi olar
11 may 2016 11:50
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
YalniZ-ArZu
Tewekkurler,cox faydali ve maraqli melumatlari bizimle boluwduyunuze gore.
11 may 2016 01:14
# 3
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Aybə
Vaxt olsa baxıb etmək olar.
11 may 2016 00:28
# 2
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
BARBI
Cox maraqli proqramlardi. Mende proqramlarla ozumu inkisaf etdirirem.,

Cox maraqli proqramlardi. Mende proqramlarla ozumu inkisaf etdirirem.,
10 may 2016 22:05
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz