Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çirkli pulların yuyulması haqqında
Çirkli pulların yuyulması haqqında
Göndərən: Tomris Müslümova
Şərhlər: 2
Baxılıb: 174
Səs ver:
"Çirkli pulların yuyulması” (money laundering) – qeyri-qanuni yolla əldə edilmiş gəlirlərin leqallaşdırılması prosesidir. Qeyri-qanuni gəlirlər dedikdə isə, narkotik maddələrin və silahların qeyri-qanuni alverindən, qaçaqmalçılıqdan, korrupsiyadan, gizli iqtisadiyyatdan, şantajdan və maliyyə dələduzluğundan əldə edilmiş vasitələr nəzərdə tutulur.

Çirkli pulların yuyulmasının bəzi mexanizmləri:

1) Pulu yuyan şəxs qanuni amma fiktiv şirkət yaratmaqla hər ay vergi orqanlarında həmin şirkətin fəaliyyəti nəticəsində getdikcə qazanılan yüksək gəliri göstərməklə və vergi ödəməklə əlindəki qeyri-qanuni vəsaitləri leqallaşdırır. Vəsaitlərin mənbəyini daha da gizlətmək üçün bir neçə belə şirkətlərdə yaradıla bilər ki, bir-biriləri ilə alqı-satqı əməliyyatları aparıla bilər ki, fiktiv müqavilələr əsasında pul vəsaitlərinin mənbəyi gizlədilsin. Həmçinin ofşor şirkətlərin yaradılması vasitəsilə də bunlara nail olmaq mümkündür.

2) Digər bir üsul isə qiymətli kağızlardır.

3) Daşınmaz əmlak vasitəsilə.

4) Qiymətli daş-qaşların alınması yolu ilə. Bu üsulun üstünlüyü ondan ibarətdir ki, böyük məbləğdə pula kiçik bir briliant almaq mümkündür və onuda asanlıqla digər ölkəyə aparmaq mümkündür. Onların haradan əmələ gəlməsi ilə bağlı suallar ortaya çıxdıqda isə bu və ya digər şəxsdən yadigar qalması deyilə bilər.

5) Daha geniş yayılan üsullardan biridə banklar vasitəsilə çirkli pulların yuyulmasıdır. Buna anonim hesabların açılması, müxbir hesablardan istifadə etməklə, peşəkar vasitəçilərin köməyindən istifadə etməklə çirkli pulları yuyulması həyata keçirilir.

İqtisadi ədəbiyyatlarda çirkli pulların yuyulması prosesinin üç mərhələsi fərqləndirilir. Birinci mərhələ çirkli pulların maliyyə və qeyri-maliyyə sektoruna yerləşdirilməsi (yerləşdirilmə mərhələsi), pulların qeyri-qanuni mənbəyini gizlətmək üçün müxtəlif əməliyyatların həyata keçirilməsi və ya başqa sözlə əməliyyat mərhələsi və inteqrasiya mərhələsi (təmiz pulun əldə olunması).Qeyd edim ki, Milli Məclisin 2009-cu il fevralın 9-da keçirilən iclasında deputatlar üçüncü oxunuşda «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» qanun layihəsini qəbul ediblər.

Bu qanunun qəbulu Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərdən biri idi.

"Çirkli pulların yuyulması”na qarşı tədbirləri koordinasiya edən və mütəmadi monitorinqlər aparan iki beynəlxalq qrup mövcuddur. Bunlar Maliyyə Cinayətləri ilə Mübarizə üzrə Beynəlxalq Qrup (FATF) və Avropa Şurasının "MONEYVAL” adlanan xüsusi ekspert qrupudur.


Şərhlər: 2
Baxılıb: 174
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
butun dovletlerde bu hal bas verir butun imkanli adamlar qara pula mesquldu
10 iyun 2016 18:57
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Bu barede cox filmler izlemisem. Sehv etmiremse bu proseslere kara para deyirler. Bu isler tehlukelidir. En yaxsisi mueyyen qeder uzaq olmaqdir
10 iyun 2016 09:14
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz