Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yersiz danışmağın vurduğu ən az ziyan
Yersiz danışmağın vurduğu ən az ziyan
Göndərən: Lola_Maya_
Şərhlər: 6
Baxılıb: 303
Səs ver:
Yersiz danışmaq dilin bəlalarındandır ki, insana dünya və axirət ziyanı vurar. Bu ziyanları tanıyaraq, yersiz danışmaqdan çəkinək:
1. Ömrü zay edər. Yersiz danışmağın vurduğu ən az ziyan - ömrün zay edilməsidir. İnsan bu dünyada nə əldə edirsə, ömür sərmayəsinə görədir. İnsan ömründən axirəti üçün azuqə toplamaq üçün istifadə etməlidir. İnsan yersiz sözlər danışan zaman nə dünyasına və nə də axirətinə fayda verə bilir. Bu fürsəti əldən verir.
2. Cəmiyyətdə həqarət olur. İnsan cəmiyyətdə yersiz söz danışarsa, öz məqamını alçaltmış olar. Əgər sözünə qulaq verən olarsa, deməli onunla eyni səviyyədə olan insandır.
3. Üzr istəyər. Yersiz danışmağın mənfi nəticələrindən biri də budur ki, insan dilinə gətirdiyi sözdən peşman olar və çarəsiz qalıb, üzr istəyər. Əlbəttə ki, söhbət qabiliyyətli və ağıllı insandan gedir. Bunun əksi olan insan, heç üzr istəmək durumunda belə, olmaz.
4. Dil günahları üçün zəminə olar. Yersiz sözlər dil günahları üçün zəminə hazır edər. Danışmağa olan bu meyl insanı qeybətə, töhmətə, böhtana tərəf çəkər. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, çoxlu danışar - xatası çox olar. O kəsin ki, xatası çox olar - yersiz işləri artar. O kəsin ki, yersiz işləri çox olar - yalanı artar. O kəsin ki, yalanı çox olar - günahı çox olar".
5. İlahi rəhmətdən uzaqlaşar. Yersiz danışmaq insanı İlahi rəhmətindən uzaqlaşdırar. Həzrət Peyğəmbər (s) merac hədisində buyurur: "Cəhənnəmin beşinci qapısında yazılmışdı: "O şey ki, işinə yaramır, çoxlu danışma ki, İlahi rəhmətdən enərsən (uzaq olarsan)"".
6. Faydalı işləri əldən vermək. O zaman ki, insan yersiz işlərlə məşğul olar, faydalı olan işləri əldən verər. İmam Əli (ə) buyurur: "O kəs ki, özünü işinə yaramayan şeylə məşğul edər, o şey ki, işinə yarayar - onu əldən verər".
7. Ağılı zay olar. Ağıl insanı kamala tərəf sövq edər. Faydasız işlərlə məşğul olmaq ağılın məhv olmasına səbəb olar. İmam Əli (ə) buyurur: "Ağılların zay olması yersiz işlərin axtarışına görədir".
8. Qəlb qəsavəti. Allahdan uzaq olmaq qəlbi qəsavətli edər. Həzrət Peyğəmbər (s) buyurur: "Allahı yada salmayan sözləri çox danışmayın. Həqiqətən Allahdan qeyrisi haqqında olan çox söz, ürəyi sərtləşdirər. Allahdan ən uzaq insan - ürəyi daş olan insandır".


Şərhlər: 6
Baxılıb: 303
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
yersiz artiq danismaqi xoslamiram
5 may 2016 11:53
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
NURANE
Sitat: Kölge
Susmaq qizildi.......

Danismaqsa gumusdu hec xoslamram yersiz danisan insanlari
ozumde calisiram.qonaq getdiyim yerlerde yersiz danismayim
5 may 2016 10:38
# 5
zalimin zulmu varsa seveninde Allahi var
BARBI
En pis xususiyyetdir yersiz danismaq. Xanimlar ucun en pisidir. Qadin her zaman yerini bilmelidir. Yerli yersiz danismamalidir
4 may 2016 23:07
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nur Melikzade
Men demey olarki hec daniwmiram.onsuzda her zaman susuram.
4 may 2016 22:43
# 3
İmza
Kölge
Susmaq qizildi.......
4 may 2016 22:33
# 2
Her şeye gore şukur
Fialka
İnsanda sevmədiyim mənfi keyfiyyətlərdən biridə boşu - boşuna , yersiz yerə danışmaqdır . Hansı ki, bu xüsusiyyətində insanın özünə nə qədər zərərdir. Ən vacibi odur ki, hörmətdən və səviyyədən uzaq birisinə çevrilər hansı ki, danışan zaman məhəl qoyulmaz. Dini tərəfdəndə zərərli olması gözəl şəkildə qeyd edilib. Qarşındakı insanla fərqi yoxdur ünsiyyət hansı formadadır insan xüsusilədə qadın öz səviyyəsini qorumalı hər deyilənə cavab verərək onunla eyni səviyyəyə enməməlidir. Bir sözlə danışarkən sözləri seçib danışmaq lazımdır ki, nə özünə zərər verib alçalasan nədə ətrafın utansın bu durumdan...
4 may 2016 22:32
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz