Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Eynşteynin qızına yazdığı çox səmimi çəktub
Eynşteynin qızına yazdığı çox səmimi çəktub
Göndərən: my_angel
Şərhlər: 6
Baxılıb: 474
Səs ver:
Qadınlar.Biz həmin məktubu sizə təqdim edir. Oxuyun, düşünün:
"Nisbilik Nəzəriyyəsini ilk dəfə dilimə gətirdiyim zaman məni çox az insan başa düşdü və bəşəriyyətə çatdırmaq üçün indi deyəcəyim şeylər də dünyada fərqli və yəqin ki, səhv başa düşüləcək. Bu məktubları lazımi qədər qorumağını istəyirəm. İllər, onilliklər keçsə də, cəmiyyət bu açıqladıqlarımı qəbul etmək üçün kifayət qədər inkişaf edənə qədər qorumalısan.
Son dərəcədə güclü bir qüvvə var ki, elm indiyə qədər bu qüvvə üçün rəsmi açıqlama tapa bilməyib. Bu, bütün digərlərini də daxil edən və idarə edən qüvvədir, hətta kainatda işləyən bütün fenomenlərin arxasındadır. Biz isə hələ də onu tam dərk edə bilməmişik. Bu kainatın idarə edən qüvvənin adı SEVGİdir.
Alimlər kainatın birləşmiş nəzəriyyəsini axtardıqları zaman ən güclü qüvvə olan görünməyən qüvvə barəsində unutdular. Sevgi onu verən və qəbul edən insanı aydınlandıran işıqdır. Sevgi cazibə qüvvəsidir, çünki bəzi insanların digərlərinə doğru cəzb olunmasına nail olur. Sevgi gücdür, çünki sahib olduğumuz ən yaxşı şeyi çoxaldır və bəşəriyyətin öz cahilliyində yox olmamasında yol açır. Sevgi göz önünə sərilir və hər şeyi də göz önünə çıxarır. Sevgi üçün yaşayırıq və ölürük. Çünki elə sevginin özü tanrıdır, tanrının özü də sevgidir.
Bu qüvvə hər şeyi açıqlayır və həyata məna verir. Bu, bəlkə də sevgidən qorxduğumuz üçün çox vaxt görməzdən gəldiyimiz şeydir, çünki insanın istəyi ilə hərəkətə keçmədiyi kainatdakı yeganə enerji sevgidir. Sevgini görmək üçün, ən məşhur tənliyimə bəsit bir dəyişiklik etdim. Əgər E = mc2 əvəzinə dünyanı yaxşılaşdıran enerjinin işıq sürətinin kvadratına vurulan sevgi vasitəsilə əldə edilə biləcəyini fərz etsək, sevginin mövcud olan ən güclü qüvvə olduğu nəticəsinə gələrik. Çünki sevginin sərhədləri yoxdur. Bəşəriyyətin bizə qarşı dönən, kainatın digər güclərindən istifadə və nəzarət etməkdə olan uğursuzluqlarından sonra, özümüzü fərqli növdə olan enerjiylə qidalandırmağımız təcili bir məsələdir.
Öz növümüzün sağ qalmağını istəyiriksə, həyatda hər hansı bir məna tapacağıqsa, dünyanı və dünyada yaşayan hər şüurlu varlığı xilas etməyi düşünürüksə, bunun üçün ehtiyacımız olan yeganə şey sevgidir. Bəlkə də planetimizi məhv edən nifrəti, eqoizm və acgözlüyü tamamilə yox edəcək qədər güclü bir alət – sevgi bombası hazırlamağa hələ də hazır deyilik. Amma hər kəs öz içində olan enerjisi ilə güclü bir enerji istehsalçısı potensialı daşıyır.
Əziz Lieserl, bu kainat enerjisini qəbul etməyi və verməyi öyrəndiyimiz zaman, sevginin hər şeyi fəth etdiyini, hər şeyin öhdəsindən gələ bildiyini təsdiqləmək məcburiyyətində qalacağıq. Çünki sevgi elə həyatın özüdür.
Sənin üçün bütün həyatın boyu qəlbimdə səssizcə çırpınan şeyləri ifadə edə bilmədiyim üçün dərindən peşmanlıq hissi keçirirəm. Bəlkə də üzr istmək üçün çox gecdir, amma yenə də səni nə qədər sevdiyimi deməliyəm. Bu yekun nəticəyə gəldiyim üçün də sənə təşəkkür edirəm.”
Atan,
Albert Einstein


Şərhlər: 6
Baxılıb: 474
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
BU BILIM ADAMLARI COX QERIBE INSAN OLURLAR
15 may 2016 16:49
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayka95
Çox tesirledim
15 may 2016 15:27
# 5
Ekizlerin mamasi
cox gozel ve ozunemexsus yazilmis mektubdu.cox beyendim,eslinde tam ddiyi kimi sevgi heyati insanlari idare edir.sevgisiz mence yasamaq her gunu heveske gozlemek mumkun olmazdi
15 may 2016 12:50
# 4
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Kölge
Coox gozel....... .......
15 may 2016 11:26
# 3
Her şeye gore şukur
qanadli melek
Tesirli mektubdu atanin ovladina yazdigi.sevgi ele heyatin ozudu
15 may 2016 10:25
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Bir atanin ovladi ucun en gozel duygularidir. Cox tesirlendim
15 may 2016 09:53
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz