Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünyanın ən güclü terror təşkilatları
Dünyanın ən güclü terror təşkilatları
Göndərən: aLoNe AnGeL
Şərhlər: 11
Baxılıb: 272
Səs ver:
1. Boko Haram
Məhəmməd Yussuf tərəfindən 2002-ci ildə Nigeriyanın Borno ştatında yaradılan terror təşkilatı Boko Haram, şəriət tərəfdarı radikal islamçılardan ibarətdir. Vəzifə kimi minlərlə insan və məscidi xaric (ümumiyyətlə, kilsə) ibadətgahları yandıran Boko Haramın ən fəal olduğu 2006-2011-ci illərdə gəlirinin 70 milyon dollar olduğu güman edilir.

2. Leşker-i Tayyibe
Kəşmiri Hindistanın işğalından azad etmək üçün Pakistanın dəstək verərək qurmuş olduğu 1990-ci il təvəllüdlü terror təşkilatının qayəsi islamdır. Məqsədləri islamı yaymaq olan Leşker-i Paya hər il aldığı ianələrlə gəlirini təxminən 100 milyon dollarlarda sabit saxlayır. Ən məşhur aksiyalarından biri də 2008-ci ildə Bombeydə həyata keçirdikləri aksiyadır.

Təşkilat rəhbəri Hafiz Səidin başı üçün 2012-ci ildə ABŞ 10 milyon dollar mükafat qoymuşdu.

3. FARC
Kolumbiya İnqilabçı Silahlı Gücləri — Xalq Qoşunu mənasına gələn Kolumbiyadakı partizan təşkilatı FARC, dünyanın bir çox yerində terror təşkilatı kimi tanınır. 1960-cı illərdə Kolumbiya Kommunist Partiyasının hərbi qolu olaraq yaradılan bu təşkilat qısa zaman sonra siyasətdən ayrıldı və silahlı hərəkətlərə başladı.

1980-ci illərdə gəlirlərini artırmaq üçün kokain ticarətinə girdiyi deyilən təşkilatda kişilər qədər qadınlar da iştirak edir. 2002-ci ildə üzv sayı 16.000 civarında təxmin edilən təşkilatın günümüzdə iştirakçılarının sayı azalıb kimi şayiələr gəzsədə pul baxımından olduqca yaxşı vəziyyətdədirlər. Mənbələrə görə FARC kokain ticarəti sayəsində illik 1 milyard dollarlıq gəlir əldə edir. Təşkilatın təsisçi 2008-ci ildə həyatını itirən Manuel Marulandadır.

4. El Kaide
1980-ci ildə Usame Bin Laden tərəfindən yaradılan Əl-qaidə törətdiyi terror aktları dünyanın ən qanlı və ən məşhur terror təşkilatlarının başında gəlir. Yüksək səviyyəli intihar hücumları və xüsusilə Dünya Ticarət Mərkəzinə etdikləri hücumla dünyaya adlarını tanıtdılar. Ladenin ölümündən öncə illik gəliri 15-20 milyon dollar olan islamçı təşkilatın indilərdə gəlirdi yüksək ianələr sayəsində 100 milyon dollara çatııb.

5. Taliban
Əfqanıstanda yaradılan bu sünni islam terror təşkilatının tarixi Sovet-Əfqan müharibəsinə əsaslanır. Sovetlərin Əfqanıstandan çəkilməsindən sonra ölkənin rəhbərliyinə keçən Talibanın üzvləri əsasları Pakistanda atılmış peştun qaçqınlarından ibarətdir.

Daha sonralar terror aktlarını çoxaldan Taliban, bundan başqa oğurluq və narkotik ticarəti kimi bir çox qanunsuz işlərlə gəlir əldə edirlər. Talibanın ən təsirli hücumlarından biri 2007-ci il hücumunda ilk dörd ayda 1700 Əfqan polisi öldürdükləri güman edilir. Təşkilatın illik gəliri orta hesabla 400 milyon dollardır.

6. IRA
Açılaması İrlandiya Respublika Ordusu olan IRA, ideologiya olaraq Şimali İrlandiyanın Britaniyadan müstəqil olduğunu müdafiə edir. Silah qaçaqmalçılığı və Avropanın peşəkar qara pul təmizləmə təşkilatı olaraq da bilinən IRA 1969-cu ildə yaradılıb.

2005-ci ildə silahlı hərəkətlərini dayandıracaqlarını açıqlayan IRA nümayəndələri ideologiyalarını yalnız siyasi yolla həyata keçirmək sözləri vermiş olsalar da, 4 il sonra iki İngilis əsgərini öldürməsi ilə yenidən terror təşkilatı siyahısına girməyi bacardılar. Pul yuma və qaçaqmalçılıqla yanaşı soygunvə narkotik kimi işlərlə məşğul olan təşkilat bu hərəkətləri sayəsində ildə 450 milyon dollar gəlir qaanır.

7. ISIS
İndilərdə dünyanın ən populyar və ən qanlı təşkilatlarından biri olan ISIS adı digər adı ilə İŞİD (İraq — Şam İslam Dövləti) ideologiya olaraq İraq və Suriyada islam dövləti qurmağı qarşısına məqsəd qoyur. Əksəriyyəti sünni islamçı qrupdan ibarət olan İŞİD-in başda Türkiyə olmaq üzrə bir çox ölkələrdə həyata keçirdiyi terror hücumları son zamanlar gündəmdən düşmür.

Özlərinə müəyyən etdikləri islami qaydalara görə hərəkət edən İŞİD 2004-cü ilə qədər Əl-qaidənin bir qolu olmuş, lakin daha sonra müstəqilliyini elan edərək yaxın şərqə qorxu salır. İŞİD-in illik orta hesabla 2 milyard dollarlıq gəlirə malik olduğu bilinir.


Şərhlər: 11
Baxılıb: 272
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
cox pis insanliqdan kenar isler goren teskilatlardi ve onlarin hec birinin Islamla elaqeleri yoxdu onlar ancaq seytan teskilatlaridi insAllah mehv olacaqlar
2 may 2016 22:05
# 11
Canavar sevgisi
Bu barede melumatim.var. maraqlaniram.bele weylernen
30 aprel 2016 12:20
# 10
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Şəbnəm Vüsal
bu təşkilatların belə cox gəlir əldə etdikləri aglima belə gəlməmişdi.ama hamiya məlumdur ki bu terror təşkilatları olsalar da onların dalında duran dövlət və qurumlar var.yoxsa dünya dərəbəylik deyilki terrorcu bu qədər gəlir əldə etsin.o narkotikdi , qacaqmalçılıqla qazanılan pullardı hamısının haqqı başda duranlara catdırılır...
30 aprel 2016 11:24
# 9
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Tomris Müslümova
Mənim silinən xəbərim:) Bu radikal qruplar haqqında kifayət qədər məlumatım var.Hər birinin nə törətdiklərini görmüşük.Amma İŞİD qədər qəddarını yer kürəsini görəmyib.Bunlar heçdə öz başına yaranmırlar.Arxalaında duran dəstək olan dövlətlər heçdə az deyil.Hamısıda müəlmanlar əleyhinədir.
30 aprel 2016 09:15
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Totu
Xebere gore tesekurler...
30 aprel 2016 08:14
# 7
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Aybə
Terror yaradanların Allah bəlasın versin.Terror yaradanların əzizləri,əziz balaları terror qurbanı olsun.Nəqədər günahsız insanlar terror qurbanıdı.
30 aprel 2016 00:03
# 6
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
aziz a
Muselmanlardi hamisi,amma seytan xisletli .....onlarda seytan mesken salib...
29 aprel 2016 23:38
# 5
Qelbim doludu !!!!
vipbetul
bu gun en meshur terorist qrupu isiddirki hellede onunla hec bir dovlet guc gele bilmir cox tesufki bu cur terroristler Islam dini adi altinda Islam xalqini mehf edir ozlerini basinda ise basqa milletler dinler dayanir
29 aprel 2016 23:23
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nur Melikzade
Bunlar islam dinini yaymirlar eksine dinimizin adini pise cixarirlar.Allah laiq olanlarin hamisinin belasin versin.
29 aprel 2016 22:48
# 3
İmza
BARBI
Bu teskilatlar haqqinda oxumusam. Terror beseriyyetin belasidir.
29 aprel 2016 22:38
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Dünyanın hansı nöqtəsi olursa olsun terror yol verilməzdir. Bəziləri islam dinindən istifadə edib öz qanunları ilə hərəkət edirlər amma Allah bu cür yolunu azmış bəndələrin öz layiq olduğu cəzanı verəcəkdir.
29 aprel 2016 22:25
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz