Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məhəbbət! Bircə sözdə gör nə qədər şey gizlənir!
Məhəbbət! Bircə sözdə gör nə qədər şey gizlənir!
Göndərən: my_angel
Şərhlər: 8
Baxılıb: 459
Səs ver:
1. Dost kimi qalmaq? Soyumuş lavanın ortasında sönmüş hisslərlə kiçik bağ salmaq? Xeyr, bizim üçün deyil. Bu, yüngül davalardan sonra olur, lakin çox saxta formada. Sevgini dostluqla ləkələməzlər. Son sondur.
2. Qadınlar hər zaman kişilərin unutduqları şeylər üçün narahatlıq keçirir. Kişilər isə bu narahatlığı qadınların xatırladıqları şeylər üçün keçirir.
3. Mən onun yanında dayanıb, ona qulaq asırdım, gülürdüm və düşünürdüm ki, bu cür qadını sevib, eyni zamanda kasıb olmaq necə də dəhşətlidir.
4. Adam hərdən inanmaq istəyir ki, çox şeyi unutmağa qadirdir. Bu həm müqəddəs alqış olardı, həm də dəhşətli qarğış.
5. Xeyr, sənə hər zaman yalnız ehtiras və zəfər qazanmaq lazım olub. Elə bir insan istəyirsən ki, o əriyib sənə qarışmağa hazır olsun, lakin bunu etməyi bacarmasın. Sən çılğınlığı, coşqunluğu sevirsən, elə buna görə də ürəyin hər zaman boş qalacaq. Çünki insan ancaq öz qəlbində olan şeyləri əlində saxlaya bilər. Bu cür tufanlı qəlbdə isə heç nə qala bilməz. Onlar yalnız tənhalığın zülmət gecələrində bitir. Ancaq bir şərtlə ki, ümidsizliyə qapılmamalısan. Sənin bunlardan xəbərin varmı?
6. Məhəbbət! Bircə sözdə gör nə qədər şey gizlənir! Onda şəhvət hissindən tutmuş, müqəddəs qəlb çırpıntıları, ailə qurmaq həvəsi, vəhşi ehtiras və Yakobun məlakə ilə təkbətək döyüşünə kimi hər şey var!
7. Kömək et. Sevirəm. Qayıtdım. Artıq səninəm. – bunların hər biri şirin sözlərdir. Lakin elə təkcə sözlərdir, vəssalam. İki bədənin vəhşicəsinə bir-birinə qovuşması kimi adicə bir şey üçün gör nə qədər söz var! Bu sözlərdə də nə qədər yalan, uydurma, saxta hisslər, özünüaldatma gizlənib!
8. Sən elə bir üfüqsən ki, bütün düşüncə və hisslərim orada birləşir…
9.  Həyatı həyat kimi yaşamaq nə qədər də şirin imiş! İnsan ancaq səadətdən doyanda sakitləşir, çünki başqa heç nə istəmir.
10. Sərbəstliyi itirmək olmazdı. Hər şey yavaş-yavaş, tədrici asılılıqdan başlayır. Adam fikir vermir, bir də görür ki, adətlərin toruna düşüb. Bu adətlərin çox adı olur, onlardan biri də sevgidir. Gərək heç vaxt, heç kimə çox öyrəşməyəsən.
11. Bacarırsansa, kömək elə, əlindən gələni əsirgəmə. Elə ki gördün bacarmırsan, unut! Üzünü çevir get! Özünü tox tut! Halıyananlıq dinc dövrlər üçündür, olum ya ölüm məsələsində artıqdır. Ölənləri basdır, özün də başla həyatı bir tərəfdən söküb yeməyə. Bir vaxt gərəyin olacaq. Kədər qoy öz kədərliyində qalsın, ancaq həqiqətdən də qaçma. Həqiqətlərlə barışa-barışa da yas saxlamaq olar. Yalnız belə dözmək mümkündür.
12. Sənin nə etməyindən asılı olmayaraq həyat yenə öz həyatlığında qalır – ya ümumiyyətlə heç nə olmur, ya da hər şey birdən baş verir.
13. Həmişə bir pərdə tapıb arxasında gizlənməyə nə var?! Hər böyüyün də bir böyüyü var!Əmrlər, göstərişlər, borc, vəzifə və bir də yeddi başlı əjdaha – əxlaq norması, məcburiyyət, sərt gerçəklik, məsuliyyət.. daha nə bilim nələr.. Adicə insanlıq qanunlarından çıxıb arxasında gizlənmək üçün pərdə tapmağa nə var..
14. – Biz ölməyəcəyik, – deyə o, Ravikin qolları arasından pıçıldadı.
– Yox, özümüzü demirəm. Zəmanəni deyirəm, lənətə gəlmiş zəmanəni! Ölən həmişə odur, yaşayansa biz! Yuxudan ayılanda dünya gözünə bahar görünür, yuxuya dalanda isə hər şey payıza çevrilir, arada da neçə qış, neçə yay ötüb keçir. Əgər biz bir-birimizi ürəkdən seviriksə, demək, yağış kimi, külək kimi əbədiyik, ölüm bizə yaxın düşə bilməz. Bizə nə qalırsa, günlərdən qalır, gülüm, illər heç nə vermir.
15. Kimsə səni təhqir etdikdə, cavabını verirsən. Mərhəmət göstərdikdə isə qalırsan belə..


Şərhlər: 8
Baxılıb: 459
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
qeseng cumlelerdir

qeseng cumlelerdir
21 aprel 2016 23:43
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
12. Sənin nə etməyindən asılı
olmayaraq həyat yenə öz
həyatlığında qalır – ya
ümumiyyətlə heç nə olmur,
ya da hər şey birdən baş
verir.
20 aprel 2016 21:55
# 7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Fi-Ra
Sevgini dostluqla ləkələməzlər. Son sondur.

Bu cumle daha xosuma geldi o birilere nisbeten. Her biri menali cumlelerdir tesekkur.
20 aprel 2016 17:25
# 6
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
BARBI
12. Sənin nə etməyindən asılı olmayaraq həyat yenə öz həyatlığında qalır – ya ümumiyyətlə heç nə olmur, ya da hər şey birdən baş verir.
heyat beledir gozlemediyin anda her sey bas verir
20 aprel 2016 15:56
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
6. Məhəbbət! Bircə sözdə gör nə qədər şey gizlənir! Onda şəhvət hissindən tutmuş, müqəddəs qəlb çırpıntıları, ailə qurmaq həvəsi, vəhşi ehtiras və Yakobun məlakə ilə təkbətək döyüşünə kimi hər şey var!
20 aprel 2016 15:13
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Cindrella
13-cu cumle heqiqeten dogrudur.Coxlari insanligi artiq unudub.Herkes kimdense ustun olduguna gore ferehlenir.
20 aprel 2016 15:13
# 3
Fialka
Bacarırsansa, kömək elə, əlindən gələni əsirgəmə. Elə ki gördün bacarmırsan, unut! Üzünü çevir get! Özünü tox tut! Halıyananlıq dinc dövrlər üçündür, olum ya ölüm məsələsində artıqdır. Ölənləri basdır, özün də başla həyatı bir tərəfdən söküb yeməyə. Bir vaxt gərəyin olacaq. Kədər qoy öz kədərliyində qalsın, ancaq həqiqətdən də qaçma. Həqiqətlərlə barışa-barışa da yas saxlamaq olar. Yalnız belə dözmək mümkündür.

Bəli....
20 aprel 2016 15:05
# 2
Şəbnəm Vüsal
hamisini oxumaga sebrim catmadi.oxuduqlarım maraqlı idi..əllərinə saxlıq.
20 aprel 2016 14:54
# 1
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz