Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
1 aprelin tarixi və ən məşhur zarafatları
1 aprelin tarixi və ən məşhur zarafatları
Göndərən: Barbaris
Şərhlər: 12
Baxılıb: 770
Səs ver:
Teleradiokorporasiyada işləyən gənc aparıcı Kris Morrisin təşkil etdiyi kələk onun işsiz qalması ilə nəticələndi. 1987-ci ildə Kris BBC-nin Bristol studiyasına canlı veriliş gedə-gedə helium qazı buraxdı.

Onun həmkarı ciddi xəbərləri oxuyarkən səsi getdikcə nazilməyə başladı və tamaşaçıların uğunub özlərindən getməsinə və Krisin işsizlər ordusuna qoşulmasına səbəb oldu.

1957-ci ildə BBC-nin Panorama verilişi tamaşaçılar sensasiyalı bir məlumat yaydı. İsveçrənin Tiçino rayonunun tarlalarında ilk dəfə ağaclarda hazır makaron yetişdirmək mümkün olub. Tanınmış aparıcı Riçard Dimblbi özünün ciddi jurnalist təhqiqatları ilə ad çıxardığından çox adamda bu xəbərin həqiqiliyinə şübhə qalmadı.

Kadrlarda qadınlar ağaclardan spaggetiləri dərir və günəşin altında qurudurdular. Bəzi tamaşaçılar dərhal studiyaya zəng edərək bu ekzotik malın nə zaman idxal olunacağını xəbər almağa başladılar. Digərləri isə BBC-nin belə kələklərə baş vurmasından qəzəb ifadə etdilər.

1976-cı ildə astronom Patrik Moor BBC Radiosunun 2-ci kanalına müsahibədə xəbər verib ki, aprelin 1-i, səhər saat 9.47-də Pluton planeti Yupiterlə eyni xətdə olaraq Yer kürəsinin cazibə qüvvəsini azaldacaq.

Həmin anda adamlar tullansalar uça biləcəklər. BBC-ə minlərlə zəng gəldi və hətta bir qadın həqiqətən otaqda pərvaz edə bildiyini xəbər verdi.

1986-cı ildə Fransada dərc olunan Le Parisien qəzeti élan etdi ki, Eyfel qülləsi Parisin Disneylənd əyləncə parkına köçürüləcək. Qustav Eyfelin ucaltdığı mühəndislik şedevri 100 ildən çox idi ki Fransa paytaxtının rəmzi hesab edilirdi.

Qəzet yazmışdı ki, Eyfelin yerində yeni stadion inşa olunacaq. Bu xəbər Fransada kəskin etirazlara və sonradan böyük sayda sifətin utandığından qızarmasına səbəb oldu.

1 aprel 1978-ci ildə Sidneyin körfəzinə minlərlə adam toplaşmışdı. Onlar tanınmış biznesmen Dik Smitin Antarktikadan buksirlə çəkib gətirdiyi aysberqin gəlməsini gözləyirdilər. Aysberq gəldi, amma o buzdan deyil, ağ plastmas və köpükdən düzəldilmişdi.

1962-ci ildə İsveçdə cəmi bir telekanal vardı. Və bu telekanalda aprelin 1-də peyda olan bir alim ciddi surətdə tamaşaçılara dedi ki, əgər onlar bir cüt qadın corabını ağ-qara rəngli televizorun üstünə keçirsələr, o zaman möcüzəvi surətdə ekran rəngli olacaq. Minlərə adam buna əməl etdi və məyus oldu. Rəngli televizor İsveçə 1970-ci il aprelin 1-də gəldi.

1992-ci ildə Amerikanın sabiq prezidenti, Uoterqeyt qalmaqalı nəticəsində impiçment edilmiş Riçard Nikson yenidən prezident kampaniyasına qatılacağını bəyan etdi. Özü də "mən heç zaman səhv addım atmamışam və atmayacağam” devizi altında.

Əslində Niksonun bundan xəbəri yox idi. Bunu onun yerinə radio kanallardan birində efirə çıxan və sabiq prezidentin səsini düzgün yamsılayan bir komediya ustası demişdi. Lakin yüzlərlə adam zəng edərək Niksona səs verməyəcəklərini bəyan etdi.

1975-ci ildə Avstraliyanın "This Day Tonight" teleproqramı élan etdi ki, sabahdan bütün ölkə total metrik sistemə keçərək. Beləki, dəqiqədə 100 saniyə, saatda 100 dəqiqə və sutkada 20 saat olacaq. Bunun kələk olduğu üzə çıxanda adamlar heç də zarafat anlayacaq halda deyildilər.

1998-ci ildə Makdonaldsın əbədi rəqibi "Burger King" restoran şəbəkəsi solaxaylar üçün burger bişirəcəyini vəd etdi. Tam ciddi şəkildə deyilirdi ki, şirkət 32 milyon solaxay amerikalının ehtiyaclarına biganə qala bilməz.

Bu burgerin tərkibi eyni olacaq, amma içindəkilər 180 dərəcəlik bucaq altında əks tərəfə doldurulacaqlar ki, solaxaylara kömək olsun. Buna inanmış solaxaylar Burger Kingə gedərək bu yeni təamdan dadmaq istədilər.

1940-cı ildə Filadelfiyada yerləşən bir radio günorta saat 3-də dünyanın sonunun gələcəyini xəbər verdi. Üstəlik xəbərdarlıq etdi ki, bu 1 aprel zarafatı deyil. Dünya hələ də dağılmayıb və deməli əslində zarafat imiş.


Şərhlər: 12
Baxılıb: 770
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Black_Star
^^Hec aldatmadim hec aldanmadimda
3 aprel 2016 14:13
# 12
-Çevrəm çox genişdi đeyenłere səslərinirem:
10dənə 10 manatda 100edir
2dənə 50 manatda 02
Asya
Men hec zarafat etmedim ama padruqam meni aldadi bildi)dedi ki guya medesinde yara var emeliyat olunacaq,mende inandim ele pis oldum.o hemiwe menle zarafat eliyirdi,her defesinde de inaniram.
2 aprel 2016 16:22
# 11
sizin 1205
Xoşum gelmir şit zarafr ediller
2 aprel 2016 00:06
# 10
L
Dj_Vampir
-Hec zarafat etmedim.Bir defe sinife girende dedim Fso..
Amma aldanmiram bele zarafatlara
1 aprel 2016 20:20
# 9
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Totu
Maraqli xeberdi
1 aprel 2016 16:40
# 8
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
_TəHLuKə_
Bunlar necə deyərlər "eşşək şakası"-dır...Rəngli ekran məsələsini bilirdim)
1 aprel 2016 14:26
# 7
Özün ol!Qəti özənmə özgələrinə!
vipbetul
en ciddi zarafati alduq
1 aprel 2016 12:20
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lale.veliyeva19
1 apreli heç sevmirəm şit-şit zarafat edirlər
1 aprel 2016 11:48
# 5
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Antikvar
1Aprel zarafatlarını heç sevmirəm,heç zamanda etmirəm,mənasızdı mənə görə bu cür zarafatlar)Burda yazılanlardan ən pisi Kris'in etdiyi zarafat olub,ağılsızlıq deyərdim edib zarafat deyil))Zarafat adlandırdığı etdiyinində sonunda işsiz qalıb.
Sonuncu dünyanın axrıdı sözü çox adamlar tərəfindən deyilib ,24 dekabr'ıydı səhf eləmirəmsə deyirdilər dümya qaranlığa bürünəcək olan qalan evdə yüklü miqdarda alınmış şamlar oldu))Yalandan Şahə buraxmağa nə varki,cəmiyyətdə inanmağa və dildən dilə gəzdirməyə davam edir.
1 aprel 2016 11:34
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Leylas
Rengli ekran... Buna nece inanmag olar )))? Bu zarafatlar mence ele de gulunc deyildi...
1 aprel 2016 11:29
# 3
BARBI
Zarafat demey olmaz. Bele zarafTlar etmek dogru deyil.insanin ureyi tab getirmez
1 aprel 2016 09:19
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Ekizlerin mamasi
Əslində bu yazılanlar zarafatarın bir çoxu insanları tam mənasıyla xəstəliyə tutdu ra bilərdi. Bu qədər böyük zarafatlar etməyə ürək cəsarət lazımdı. Hamısı maraqliydi
1 aprel 2016 08:43
# 1
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz