Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çox maraqlı proqnozlar: 2025-ci ildə dünya necə olacaq?
Çox maraqlı proqnozlar: 2025-ci ildə dünya necə olacaq?
Göndərən: my_angel
Şərhlər: 9
Baxılıb: 525
Səs ver:
Aviasiya mühəndisi Peter H. Diamandis, həm də kosmik turizm sahəsində Space Adventures adlı ilk səyahət şirkətinin qurucusudur. Bundan əlavə, onun kosmik sahədə onlarla innovativ layihələri mövcuddur. Bütün bu təcrübələrinə əsaslanaraq, Peter 9 il sonra, yəni 2025-ci ildə dünyanın necə olacağı barədə proqnozlar hazırlayıb. Gəlin həmin proqnozlara birlikdə nəzər salaq.
 
Min dollara insan beyni
2025-ci ildə saniyədə 10 min trilyon əməliyyat həyata keçirə bilən kompüter yaradılacaq. Bu sürət insan beyninin məlumatı işləmə sürətinə bərabərdir. Bu cür
aparatların qiyməti isə cəmi 1000 dollar olacaq.

Hər nöqtədə internet
"Hər nöqtədə internet” qlobal iqtisadiyyatı yeni pilləyə qaldıracaq: coğrafi sərhədlər əhəmiyyətini itirəcək və dünyanın müxtəlif hissələrindən olan insanlar reallıqda olduğu qədər virtualda da məhsuldar iş görə biləcəklər. "Hər nöqtədə internet” layihəsi çərçivəsində dünyada 100 milyard cihaz məlumatları toplamaqla məşğul olacaq.

Mükəmməl biliklər
Məlumat bazalarının müxtəlif çeşidli və çox sayda olması nəticəsində biz istədiyimiz yerdə istədiyimiz şeyi öyrənə biləcəyik. Dünya mükəmməl biliklərə çatmaq yolunda irəliləyir.
 
Sıx əlaqədə olan 8 milyard insan
Facebook (Internet.org), SpaceX, Google (Loon layihəsi), Qualcomm və Virgin (OneWeb) dünyadakı hər insana qlobal bağlantı verməyi planlaşdırır ki, bu bağlantının da bir saniyəsi bir meqabiti keçəcək qədər güclü olmalıdır. 8 milyard insan ən son texnologiyalar vasitəsilə sıx əlaqədə olacaq.

Tibb sahəsinin yenilənməsi
Mövcud tibb müəssisələri məhvə doğru gedəcək və onlardan tamamilə fərqli və qat-qat daha effektiv yeni müəssisələr yaradılacaq. Minlərlə "start-up”lar, həmçinin də məlumat nəhəngləri (Google, Apple, Microsoft, SAP, IBM və s.) yeni və daha gəlirli (3.8 trln dollar) biznes modellərə keçid edəcəklər. Bu isə bürokratik klinika və xəstəxanaların sonu deməkdir.
Biometrik zondlama hər birimizi öz sağlamlığımızın sahibinə çevirəcək. Gen mühəndisliyində olacaq inqilabi dəyişiklik və yeni aparatlar sayəsində biz xərçəng xəstəliyinin, ürək və neyrogenerativ xəstəliklərin öhdəsindən gələ biləcəyik. Robotlaşdırılmış cərrahlar cərrahiyyə əməliyyatları həyata keçirəcək. Bu isə daha dəqiq və ucuz başa gələcək. Hər birimiz ürək, ciyər və digər bizə lazım olan şeyləri "yetişdirə” biləcəyik və ölənə qədər donor gözləməli olmayacağıq.

Artırılmış virtual reallıq
Facebook (Oculus), Google  (Leap), Microsoft (Hololens), Sony, Qualcomm, HTC və digər nəhənglər tərəfindən edilən milyonlarla sərmayələr boş yerə sərf edilməyəcək. Öyrəşdiyimiz smartfon, kompüter və televizor ekranları yox olacaq – onları eynəklər əvəz edəcək. Eynilə Google Glass kimi olmasa da, buna bənzər bir şey olacağı güman edilir.

Robotlaşma
Bəşər övladı süni intellekti inkişaf etdirməyə davam edəcək. Əgər siz Siri kimi bir xidmətdən daha üstün bir şeyin olmayacağını düşünürsünüzsə, yanılırsınız. 10 il sonra daha mükəmməl sistemlərlə qarşılaşacağıq. IBM Watson, DeepMind və Vicarious çox güclü köməkçilərin yaradılması üzərində işləyir. Bu köməkçilər bizim biometrik məlumatlarımızı nüsxələyə, elektron poçtumuzu oxuya və danışıqlarımıza nəzarət edə biləcək.


Şərhlər: 9
Baxılıb: 525
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
qisacasi bedbextliller dahada artir
20 aprel 2016 15:37
# 9
vipbetul
dunya suretlenegek inkisaf pik noqtede olagey o zaman
19 aprel 2016 01:34
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
mawa1
Men onda qebirde olacam.)08
17 aprel 2016 18:58
# 7
Canavar sevgisi
Pfffff. Sovet dovrunde de ele bilirdilerki 2000 ci ilden sonra biz Aya ekskursiyaya gedeceyik. Amma prokanin elinnen hec eve vaxdinda cata bilmirik.
17 aprel 2016 18:35
# 6
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
lale.veliyeva19
2025-də artıq insanlar yox ağıllı robotlar olacaq)))
17 aprel 2016 14:42
# 5
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Anyoska
InsAllah her wey yaxsi olar angel_mini
17 aprel 2016 13:57
# 4
Totu
Herwey Allahin elindedi kim bilir belke o gune o ile kimi öleceyik hec kim hecne bilmir Her wey Allah bilir
17 aprel 2016 11:17
# 3
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
tenha cicek
yasamadan bilmek olmaz hec bir seyi
17 aprel 2016 11:09
# 2
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
BARBI
Cox maraqlidir. Sebirsizlikle gozleyirem. Texnika daha da inkisaf edecek.
17 aprel 2016 11:03
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz