Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İki alimin bir-birini səhv anlaması nəticəsində edilmiş mükəmməl kəşf
İki alimin bir-birini səhv anlaması nəticəsində edilmiş mükəmməl kəşf
Göndərən: my_angel
Şərhlər: 13
Baxılıb: 539
Səs ver:
Elm dünyasının ən əhəmiyyətli kəşflərindən bəziləri sadəcə bəsit səhvlər nəticəsində edilmişdir. Bu cür kəşflərdən biri haqqında maraqlı məlumatları da bu gün sizinlə paylaşmaq qərarına gəldik.

1610-cu ildə iki böyük alim dünyanın fərqli nöqtələrində yaşayırdı: Qalileo İtaliyada, Kepler isə Praqada qalırdı. Həmin dövrdə Qalileo öz yaratdığı teleskopla çox böyük həyəcan içində ixtiralar etməyə çalışırdı. İki əhəmiyyətli kəşfdən sonra alim bu xəbərləri Kepler ilə bölüşmək istəyir. Lakin, bu mesajı heç kimin başa düşməsini istəmədiyi üçün cümlələri kodlaşdıraraq yazır. Bunu etmək üçün onun çox tutarlı səbəbləri var idi. Kilsə artıq iki dəfə onu cəzalandırmışdı və daima nəzarət altında saxlayırdı. Qalileo Kopernikin Günəş mərkəzli Kainat nəzəriyyəsinin tərəfdarı idi, Kilsə isə Yeri mərkəz olaraq görür və buna qarşı çıxanları çox qəddar üsullarla cəzalandırırdı. Həm də, Qalileo kəşflərinin başqaları tərəfindən oğurlamasını da istəmirdi.
Qalileo kodlaşdırmaq üçün mesajdakı sözlərin hərf sırasını dəyişərək, anaqramlar yaradır və Keplerin şablonları dərhal görə bilmək bacarığına etibar edir. Qalileonun bəhs etdiyi ilk kəşf bu idi: "smaismrmilmepoetaleumibunenugttauiras.” Anaqramı açdıqda isə bu sözlər alınır:"altissimum planetam tergeminum observavi.” Yəni,”Ən yüksək planetin əslində üçəm olduğunu müşahidə etdim,” – yazmışdı. Həmin vaxtlar ən yüksək planet kimi tanınan Saturn idi, üçəm dediyi isə iki tərəfində çıxıntı kimi gördüyü halqaları idi. Bir sözlə, əslində Qalileo Saturnun halqalarını kəşf etmişdi.

Mesajda yazdığı digər kəşfi isə "cynthiae figuras aemulatur mater amorum” sözlərini "haec immatura a me iam frustra leguntur oy” anaqramına çevirərək, başa salmağa çalışmışdı. Bu isə bizim dilə tərcümədə "Veneranın də eynilə Ayda olduğu kimi fazaları mövcuddur,” mənasındadır.
Bunlar həqiqətən də çox böyük iki kəşf idi. Lakin, məsələnin ən maraqlı tərəfi hələ bundan sonra başlayır. Belə ki, Kepler mesajı aldıqdan sonra anaqramları səhv çevirir. İlk anaqramı "salve, umbistineum geminatum martia proles” şəklində görərək, "Salam, Marsın iki peyki var,” kimi başa düşür. Digər anaqramı isə "macula rufa in jove est gyratur mathem…” şəklində çözərək, "Yupiterin üzərində riyazi orbitdə fırlanan nəhəng bir qırmızı nöqtə var” mənasını çıxarır.

Bəli, bəli! Marsın həqiqətən də iki peyki var! Lakin, bunu nə Qalileo, nə də Kepler kəşf edə bilir. Onların arasında olan bu yazışmadan düz 267 il sonra Asaph Hall tərəfindən kəşf edilir. Qəribəsi odur ki, Yupiterdə nəhəng qırmızı nöqtənin olması da həqiqətdir. Bu qırmızı nöqtə, içinə dünyanın sığa biləcəyi qədər nəhəng bir fırtınadır. Heç vaxt bitmir və daima Yupiterin səthində dolaşır. Ancaq bu da ilk dəfə 1665-ci ildə Robert Hooke tərəfindən müşahidə edilmişdi.


Şərhlər: 13
Baxılıb: 539
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
nanaska00
Sitat: efsane..
maraqli hadisedi demekki esl alim olmuslar

hee
23 aprel 2016 16:58
# 13
Qulaqcığı taxdıqdan sonra
-həyat offline
-xəyallar online
efsane..
maraqli hadisedi demekki esl alim olmuslar
19 aprel 2016 22:02
# 12
vipbetul
gokdeki dunya yerdekinden daha boyukdur
15 aprel 2016 00:54
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fidan ALYEVA
Cox maraqliydi ixtisasmada uygun idi
14 aprel 2016 21:02
# 10
.O.F.S.
Şəbnəm Vüsal
maraqlı kesfdir.kesflərlə xüsusi maraqlanmasam da mənə maraqlı gəldi.belə ksfləri cox esitmişəm.cünki əmim və qardaşım da cografiya müəllimidir 01
14 aprel 2016 16:53
# 9
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
naz_vefa
Maraqla oxudum maraqli kewf olub
14 aprel 2016 16:33
# 8
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
savior angel
Melumatim vardi bu barede cografiyani cox sevirem boyuk kewfler dovrunden bilirem bulari
14 aprel 2016 14:37
# 7
I choose to be happy
Kölge
Coooooox maraqli udi.tşk
14 aprel 2016 14:00
# 6
Her şeye gore şukur
Fialka
Oxumaq maraqlı oldu təsadüfdən alınan kəşflər də varmış qəribədir).. Təşəkkürlər.
14 aprel 2016 13:56
# 5
Marta
Maraqli oldu oxumaq demek sehv anlasilma boyuk kesfe getirib cixarib))
14 aprel 2016 13:00
# 4
Немного терпения, и у тебя все получится..
Antikvar
Demək haçansa o qırmızı nöqtə fırtınası dünyanı əlinə almaq istəsə fırlanıb bütün dünyanı tutacaqdır)Sözlərin hərf səhfliyini oxuduqda təbəssüm yaratdı üzümdə,maraqlı araşdırma və nəticəsində səfh anlayaraq maraqlı nəticə çıxardıblar ortalığa hər nə qədər özləri sonuna qədər kəşf edə bilməsələrdə)Deyirəm bizim bilmədiyim daha nələr var bu Marsda ..
Təşəkkürlər.
14 aprel 2016 11:55
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
Maraqli melumatlardi. Bezen bele sehvlikler neticesinde qeyri adi kesfler meydana gelir
14 aprel 2016 11:49
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nur Melikzade
Maraqli melumat idi.tewekkurler.
14 aprel 2016 11:45
# 1
İmza
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz