Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İstədiyiniz şeylərin olması üçün 3 vacib addım
İstədiyiniz şeylərin olması üçün 3 vacib addım
Göndərən: my_angel
Şərhlər: 12
Baxılıb: 645
Səs ver:
Bir çoxumuz xəyal etdiyimiz, istədiyimiz həyatı yaşamırıq. Uşaq vaxtı müəllim, həkim, kosmonavt və ya kapitan olmağı arzulayırdıq. İndi isə sadəcə istirahətə getməyi və ya sevmədiyimiz işdən çıxıb yeni iş tapmağı istəyirik. Bəs bu xəyalların hansılarını reallaşdıra bilirik?
İnsan böyüdükcə xəyalları da inkişaf edir və təkmilləşir, onları reallaşdırmaq daha da asanlaşır. Bu gün qurduğunuz xəyalları həyata keçirmək uşaqlıq arzularımızla müqayisədə qat-qat daha asandır. Xəyallarınızı gerçəkləşdirmək üçün etməli olduğumuz bir neçə vacib şey var.

1. Layiq olduğunuza inanın
Bəzən yaxınlarınızın sizin haqqınızda dediyi təriflər qarşısında üzünüz qızarır, hətta əsəbiləşirsiniz. Hiss etdiyiniz o qəzəbin əsas səbəbi isə bütün bu təriflərə layiq olmadığınızı düşünməyinizdir. Halbuki, sizinlə bağlı tərif dolu sözləri söyləməklərində yeganə məqsəd, sizin dəyərinizi başqalarına da çatdırmaqdır. Ancaq hamımızın içində eyni qorxu var – bir gün kiminsə gəlib əldə etdiyimiz bütün uğurlara və başqalarının təriflərinə layiq olmadığımızı deyəcəyindən qorxuruq. Xəyallarınızın arxasınca getmək üçün əvvəlcə onlara layiq olduğunuza inanın. Bu inam getdiyiniz yolu həm asan, həm də əyləncəli edəcək.

2. Bacarıqlarınızı kəşf edin
Həqiqi azadlığı bir addım atmaqla əldə edə bilməzsiniz, bunun üçün daha uzun yol qət etməlisiniz. Həyata keçirmək istədiyiniz hər xəyal üçün içinizdə gizli qalmış bir istedadın olduğunu unutmayın. Yeganə etməli olduğunuz şey düzgün addımlar ataraq, həmin istedadı aşkara çıxarmaqdır. Bunun üçün isə daima öyrənmək lazımdır. Qabiliyyətlərinizi ortaya çıxarmağın mövcud olan yeganə yolu öyrənməkdən keçir.

3. Mübarizəyə davam edin
Səyahətin hər addımı yeni və maraqlıdır. Həyatı öz istədiyiniz şəklə salmaq istəyirsinizsə, bunun üçün dayanmadan çalışmaq lazımdır. Bir çox insan illər keçsə də, yaşamaq istədiyi həyata doğru heç bir addım atmır. Gündəlik qayğılar, beynimizdə şişirtdiyimiz maneələr bizi hər şeydən soyudur və addım atmaq istəyimizi sıfıra endirir. Özünüzü həvəsləndirən şeyləri tapın və istədiyiniz həyat uğrunda mübarizə aparın.


Şərhlər: 12
Baxılıb: 645
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
gozel teorelerdir bunlara emel etmek lazimdir
13 aprel 2016 02:13
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnci
Eger her seyin yaxsi olmasini isteyirsinizse gunde 17ruket namaz qil Quran surelerini oxu Allaha inanve nasukur olma birde goreceksen ki her sey sen isteyendende gozel olub
12 aprel 2016 23:04
# 11
Her gulusun arxasında bır keder vardır
evli.mutlu.cocuklu
araqsiz idi yenede tsk
12 aprel 2016 22:43
# 10
ummuselma
Bacariqlarimizi kəşf etməliyik. Əsas odur
12 aprel 2016 21:02
# 9
Nur Melikzade
Bunlar bow weydir. Ne azadliq, ne seyahet?! Bu dunyada biri kef edende digeri acindan olur.Indi biz bu 3 addimi atsaq guya xowbext olaciq.isteyirsen 300 addim at xeyri yoxdu.
12 aprel 2016 20:51
# 8
İmza
YARIM QALMIS XEYALLAR
Heyatimda her ezaba dozerek mubarize aparmisam hetta mubarizemde heyatimi ortaliga qoyaraq gozden cixararaq. Olmursa ga ozunu oldur olmur. Allah vermirse yalvarsanda,mubarize aparsanda,ezab ceksende xeyri yoxdur.
12 aprel 2016 20:14
# 7
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
S.Heydarova
Ən əsası laiq olduğuna inanmaq lazımdır
12 aprel 2016 19:46
# 6
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Dj_Vampir
Sitat: lale.veliyeva19
Hər şey qismetden asılıdır

Qismet deyib de,susmag da olmaz))
tez-tez aalinacag,men buna layiqem deyirem))
Qarshima meqsed qoydumsa,olmalidir 02
12 aprel 2016 19:14
# 5
فيرا
BARBI
Esas odurki mubarize etmeyi bilesen. Her zaman bacaracagina inan
12 aprel 2016 18:03
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
Her wey Allahin əlindədir o nece buyursa ele olacaq
12 aprel 2016 17:58
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
lale.veliyeva19
Hər şey qismetden asılıdır
12 aprel 2016 17:51
# 2
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

sizin 1205
Her şey Allahin izni ile olur.eger o menim qismetimi neyise yazmayibsa ozumu oldursem de olmayacaq
12 aprel 2016 17:38
# 1
L
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz