Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnanılmaz təcrübə: 10 dəqiqə kiminsə gözlərinə baxmaq
İnanılmaz təcrübə: 10 dəqiqə kiminsə gözlərinə baxmaq
Göndərən: my_angel
Şərhlər: 2
Baxılıb: 285
Səs ver:
Stulda oturmusunuz. Qarşınızda kimsə var. Bir-birinizin gözünün içinə baxırsınız. Bəs biz sizə həmin insanın gözlərinə 10 dəqiqə qədər qısa müddət baxaraq beyninizin alt-üst olacağını desək, inanarsınız? Həm də heç bir narkotik vasitə olmadan..

10 dəqiqə ərzində güzgüdə özünüzə baxsanız, nələr görərsiniz?
Ağlınıza o saat LCD gəlməsin, LCD-ni unudun. Yeni bu təcrübədə yeganə narkotik gözlərdir. Bütün müddət gözlərə uzun müddət baxmaqdadır. Belə aydın olub ki, bu insanların şüurlarında dəyişikliyə səbəb olur. Bunu İtaliyadakı Urbino Universitetin görmə qabiliyyəti üzərində araşdırma aparan tədqiqatçısı Giovanni Caputo kəşf edib. Lakin bu onun ilk belə uzunmüddətli baxış yarışı deyil. Bir neçə il əvvəl alim 50 könüllü toplayaraq, zəif işıqlı otaqda 10 dəqiqə ərzində öz əkslərinə baxmağını istəmişdi. Bir çoxlarının qəribə şeylər görməsi üçün bir dəqiqədən az vaxt tələb olunmuşdu.

Mövzu üzərində aparılan təcrübə
Üzləri dəyişməyə, heyvanların, qorxunc varlıqların və ya ölmüş ailə üzvlərinin üzləri kimi görünməyə başladı. Bu təcrübə təxəyyül gücünə əsaslanaraq adlandırılan "qəribə üz illüziyaları” kimi də tanınır. Lakin, güzgü əvəzinə qarşınızda duran bir insana uzun müddət baxanda ortaya çıxan təsirlər daha qəribə və maraqlıdır.
Caputo 40 gənc toplayaraq, onları cütlüklərə ayırdı. Cütlüklər zəif işıqlı otaqda 1 metr aralı qoyulmuş stullara əyləşdilər. Otağın işıqlandırması elə quraşdırılmışdı ki, cütlüklər bir-birinin üz xüsusiyyətlərini görə bilir, lakin rəng qavrayışları aşağı düşmüşdü. Cütlüklərdən yarısı üzbəüz oturaraq, bir-birilərinin üz ifadələrini izləyir. Digər cütlüklər isə arxa-arxaya oturaraq, divara baxırlar. Hər hansı bir psixoloji təsirin formalaşmadığından əmin olmaq üçün, iştirakçılara təcrübənin məqsədlərindən bəhs edilməmişdi. Əvəzində meditasiya tipli bir təcrübə ediləcəyi deyilmişdi.

Alınan nəticələr çox maraqlıdır
10 dəqiqə sonra iştirakçılar otaqdakı təcrübələri haqqında anket doldururlar. Sorğular maraqlı nəticələri ortaya çıxarır. Otaqda bir-biriylə üzbəüz oturan cütlüklər zəiflədilmiş rəng sıxlığını əksinə daha güclənmiş görüb, səsləri də olduğundan daha yüksək kimi təsvir ediblər. Onlar üçün zaman yavaşlamış və özlərindən keçmiş kimi hiss edirdilər. Cütlüklərdən bir çoxu partyorlarının üzünü biçimsiz gördüklərini, bəziləri qorxunc varlıq gördüklərini, digərləriysə partnyorlarının üzündə qohumlarının simasını gördüklərini söyləyir.

Hallusinasiyalar reallığa çevrilir.
Caputo’nun dediyinə görə, təsvir edilən bu hisslər insanın reallıqla olan əlaqəsinin qopması olan "dissosiasiya”nın əlamətləridir.

Troxler Effekti
Bir nöqtəyə uzun müddət baxsaq, mərkəzdən başqa digər bütün şəkillər yavaş-yavaş yox olmağa başlayar. Bu hal "Troxler effekti” olaraq tanınır. Lakin bu effekti təcrübədə olanlara aid edə bilmirik, çünki onlarda ətrafın yox olması əvəzinə, qəribə görüntülər görmək halları müşahidə edilib. Scientific American’ın bu məsələ üçün açıqlaması daha inandırıcıdır: Əgər görüntüdə hər hansı bir boşluq və çatışmazlıq varsa, beyin bu əksikliyi gözlənti və ya təcrübələrlə doldurmağa başlayır.
Caputo təcrübəsinin hələ başlanğıc mərhələsində olduğunu deyir. Yəni, hələ bu mövzuda öyrənəcəyimiz çox şey var!


Şərhlər: 2
Baxılıb: 285
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
ozume baxmaqi xosluyuram guzgude qeyri adi bir saeyde gormurem
10 may 2016 23:05
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
___Jasmin___
Uyda maraqlidi mende herden eseblesende aynanin qabaginda durub ozume baxiram bu yolla esebim soyuyur etmek isteremde qeribe sey gorende qorxaram
10 may 2016 17:30
# 1
Buyudum artik anne 14 bahar kaldi geride...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz