Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnsanlar ən çox bu 3 şeydən qorxur
İnsanlar ən çox bu 3 şeydən qorxur
Göndərən: Askitomm
Şərhlər: 12
Baxılıb: 476
Səs ver:
Fyodor Mixayloviç Dostoyevski bir zamanlar demişdi: "Bir çox insanlar üç şeydən – güvənmək, həqiqəti demək və özü olmaqdan qorxur." Həqiqətən də, bu günkü cəmiyyəti və sırf öz hisslərinizi düşündükdə bu sözlərin nə qədər həqiqət olduğunu anlaya bilərsiniz. Bəs bunun səbəbləri nədi və biz bununla necə mübarizə apara bilərik.

1. İnsanlara etibar etməkdən qorxuruq.
Geridə qoyduğumuz həyat yolu dost xəyanəti, yalan, saxtakarlıq və məyusluqla doludur. Həyat bizə yaxşı dərslər verib və bu dərslərdə aldığımız yaraları sağaltmaq da çətindir. İnsanlara güvənmək günbəgün çətinləşir və hər keçən il güvənmək hissimizi tədricən itiririk. Yaş artıqca insanları daha tez tanımağı və məqsədlərini anlamağı öyrənirik.

Bu təcrübə və biliklərlə yaşamaq çətinləşir, lakin bizi daha müdrik etdiyi ən böyük həqiqətdir. Qəlbimizin isə qəribə bir xüsusiyyəti var – o, bir gün mütləq sağalır. Bunun olması üçün isə, insanlardan uzaqlaşmamaq lazımdır. Nə baş verməsindən asılı olmayaraq – sevmək və sevilmək lazımdır. Bir və ya bir neçə insana görə bütün insanlar haqqında hökm çıxarmayın. İnsanlara şans verin, lakin bu dəfə daha ağıllı və ehtiyatlı seçim etməyə çalışın.

2. Həqiqətlərdən qorxuruq
Uşaqlıqdan bir çoxumuza kiçik yalanların daha böyük yalanlara yol açdığını öyrədirdilər. İstənilən yalan özü ilə irili-xırdalı problemlər gətirir və siz durmadan yalan danışmağa məcbur olursunuz. Biz çox nadir hallarda bütün həqiqəti deyirik, düşünürük ki, həqiqətlər bizim gələcək xoşbəxt həyatımıza maneə törədə bilər.

İstənilən situasiyada həqiqətləri birbaşa deməyi öyrənin. Yalan danışmayın, susmaq bu halda daha yaxşıdır, nəinki yalan danışmaq. Heç bir şübhə olmadan etibar edilən insana çevrilməyə çalışın.

3. Özümüz olmaqdan qorxuruq
Dünya bizə "oynamağı" öyrədib. Hər gün yorulmadan oynamağa davam edirik. Ətrafımızda olan bütün insanların yanında özümüz kimi olmağa özümüzə icazə verə bilmirik. Maskalar bizim gündəlik aksessuarımıza çevrilib. "Özün kimi olmaq" ifadəsi indi çox dəbdə ola bilər, lakin heç kim bunu etməyə cəsarət edə bilmir.

Özünüzün nə istədiyinizi hər zaman yadda saxlayın. Öz arzularınıza doğru addım atın. Başqa insanların yanında rahat davranmağa özünüzə icazə verin. Hər zaman və hər yerdə yaşamağa çalışın. Yanınızdan ötüb keçən insanların haqqınızda düşünüyü şeylər nə qədər əhəmiyyətli ola bilər ki?


Şərhlər: 12
Baxılıb: 476
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lale.veliyeva19
insanlara etibar yoxdu hər kəsdən hər şey gözləyirəm artıq
26 mart 2016 21:47
# 12
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

vipbetul
insanlara etibar etmirem nedense qorxduquma gore deyil de inanmadiqima gore
26 mart 2016 13:07
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
gulay..
Heyatdaki en boyuk qorxum insanlara inanmagdir..
25 mart 2016 20:43
# 10
Sən xiristianlar ölkəsində tək müsalaman, Mənsə sənə həsrət qalmış `azan...
Fialka
F.M.Dostoyevskinin bu və bir çox fəlsəfi kəlamları var ancaq anlayıb nəticə çıxarmayanlar da az deyil..
Nə həqiqəti deməkdən nədə özüm olmaqdan qorxmaram o barədə heç bir problemim olmayıb amma insanlara etibar etmək qorxulu deməzdim amma hər insana da etibar etmək düzgün deyil hələdəki, bu dövrdə)...
25 mart 2016 14:10
# 9
narmiwka_15
men insanlara inanmaqdan,etibar elemekden qorxuram esasen
25 mart 2016 13:36
# 8
Be Happy))
Barbaris
hemiwee etibarliqdan snra xeyanetden qorxuram
25 mart 2016 11:43
# 7
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
S.Heydarova
duzdu insanlara guvenmekden gorxuram bidefe yanilmisam deye ikinci defede yanilaram deye cox qorxuram....
25 mart 2016 11:11
# 6
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
kiraz mevsimci kiz
insanlara etibar etmekden qorxuram
25 mart 2016 10:28
# 5
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
tenha cicek
en cox insanlara etibar etmekden qorxuram son vaxtlarda yasadiqlarimdan sonra daha da cox
25 mart 2016 10:10
# 4
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
melek_ayka
hamisi duzgun fikirdi!
25 mart 2016 08:48
# 3
BARBI
Insanlara guvenmekden etibar etmekden qorxuram. Guvenim bir defe qirildisa. Hec vaxt berpa olunmaz
25 mart 2016 07:58
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fi-Ra
Biri ilə tam razıyam. İnsanlara güvənməkdən qorxuruq
25 mart 2016 01:34
# 1
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz