Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Beyinin inkişafına kömək edən 10 qəribə hərəkət
Beyinin inkişafına kömək edən 10 qəribə hərəkət
Göndərən: Fialka
Şərhlər: 5
Baxılıb: 484
Səs ver:
Neyrobika – beyin üçün məşq funksiyasını yerinə yetirən hərəkətlərdir. Bu məşqə 5 hiss orqanları cəlb olunub: görmə, eşitmə, iybilmə, dad, lamisə (toxunmaqla hiss etmə). Onların müntəzəm yerinə yetirilməsi beyinin müxtəlif bölgələrində sinir inkişafını stimullaşdırır, sinir hüceyrələrini yaxşılaşdırıb yaddaşı möhkəmləndirir.
 
1. Gözü bağlı duş qəbul edin
Əşyaları, suyu toxunaraq hiss etmək baş beynin fəaliyyətini yaxşılaşdırır. Sizin əlləriniz görmədiklərinizi hiss edir, beləcə onlar bu barədə sizin beyninizə siqnallar göndərir.
Gözü bağlı yalnız duyğu orqanlarına arxalanaraq əşyalara toxunun. Bu, sizin fantaziyanızı və yaradıcılıq qabiliyyətinizi gücləndirir. Zədədən yayınmaq üçün bütün bunları çox ehtiyatla edin.
 
2. Dişləri işlətmədiyiniz (sağ və ya sol) əllə təmizləyin
Araşdırmalar göstərib ki, beynin əks yarımkürəsinin istifadəsi zehnin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir. Dişləri işlətmədiyiniz əllə təmizləyin, eləcə də diş məcununun qapağını həmin əllə açmağı unutmayın.
 
3. Səhər vərdişlərinizi dəyişin
Beyin üzərində aparılan tədqiqatlar göstərir ki, yeni vərdişlər baş beyin fəallığının səviyyəsinin artırır. Səhər yeməyindən sonra geyinin, itlə yeni parkları gəzin, kanalınızı dəyişib yeni verilişlərə baxın.
 
4. Adi əşyaları baş-ayaq yığın
Əşyaları düz qoyduqda beyin tez onları tanıyır və diqqətinizi dərhal başqa yerə yönləndirir. Onları baş-ayaq çevirdikdə isə beyin yarımkürəsinin sağ tərəfi işə qoşulur və bu anlaşılmazlığı düzəltmək barədə düşünür.
 
5. Həmişəki yerinizi dəyişdirin
Ailə üzvlərinin əksəriyyətində masa arxasında hər kəsin öz yeri var, beyin isə daim yeni təcrübələrə ehtiyac duyur. Bunun üçün bəzi vərdişlərinizi dəyişməli olacaqsınız. Məsələn, həmişəki yerinizi, yaxud da çarpayının yerini dəyişdirmək yaxşı fikirdir.
 
6. Yeni ətirlər iyləyin
Yəqin ki, hər biriniz qəhvə qoxusunun səhərlər insan əhvalına necə müsbət təsir etdiyini müşahidə etmisiniz. Eləcə də başqa bitkilərin qoxuları sinir sisteminə müsbət təsir göstərir. Məsələn, nanə, darçın, vanil sinirlər üçün olduqca faydalıdır.
 
Sevdiyiniz ətrin ekstraktını 1 həftə çarpayının yanında saxlayın. Yuxudan duran kimi onu açıb iyləyin, daha sonra əyninizi geyinib üzünüzü yumağa gedin.
 
7. Pəncərələri açın
Qippokampus baş beyinin xatirələrə cavabdeh hissəsidir. Səslər, qoxular, gün işığı ona güclü təsir edir. Yuxudan duranda pəncərələri açıb yeni səsləri eşitməyə çalışın. Açıq pəncərə sizə yeni səsləri kəşf etməyə kömək edəcək.
 
8. Supermarketdə məhsulların yerini öyrənin
Mağazalarda ən gəlirli mallar göz önündə yerləşdirilir, ona görə də bizə lazım olanları almaqda çətinlik çəkirik. Mağazada dayanıb rəflərdəki malları yuxarıdan-aşağıya baxıb təcrübə qazanın. Beləliklə, siz əvvəllər tapa bilmədiyiniz məhsulları görəcəksiniz.
 
9. Gün ərzində insanlarla ünsiyyətdə olun
Elmi tədqiqatlar dəfələrlə sübut ediblər ki, ünsiyyət çatışmazlığı ümumi idrak qabiliyyətinə ciddi mənfi təsir edir. Ünsiyyətcil insanlar hətta yad insanlarla söhbət edir. Siz də tanımadığınız insanlara sual verməkdən çəkinməyin.
 
10. Səsli oxuyun
Kitab və ya hər hansı yazı oxuyanda onu ucadan, yaxud səsli oxuyacağımıza özümüz qərar veririk. Ucadan oxumaq yazını daha yaxşı dərk etməyə kömək edir, eyni zamanda da zehnin inkişafını müsbət istiqamətdə təsir edir.


Şərhlər: 5
Baxılıb: 484
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Kölge
Riyaziyyat beyinin gimnastikasidi...
13 may 2016 17:31
# 5
Her şeye gore şukur
vipbetul
beynin inkisafi ucun riyazi hesablardan isdifade etmek lazimdir
13 may 2016 10:17
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Zenka
Bu daha cox mene lazimdi :) Tesekkur
12 may 2016 22:15
# 3
...Sadəcə'Sən
BARBI
Maraqli usullardi. Istifade etmek olar. Her biri beynin inkisaf etmesine komek edir.
12 may 2016 21:07
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
naz_vefa
Maraqli oldu
..
12 may 2016 21:07
# 1
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz