Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kosmos haqqında ağzınızı açıq qoyacaq 10 məlumat
Kosmos haqqında ağzınızı açıq qoyacaq 10 məlumat
Göndərən: my_angel
Şərhlər: 6
Baxılıb: 479
Səs ver:
”Cosmos: A Spacetime Odyssey” məşhur sənədli filmlər seriyası sayəsində biz kosmos haqqında bir-birindən maraqlı məlumatlar alırıq. Bu məlumatlar hərdən o qədər inanılmaz olur ki, onları oxuduqda və ya izlədikdə ağzımız heyrətdən açıq qalır. Qadınlar.Biz bu gün sizə məhz belə hesab etdiyi məlumatları təqdim edir:

1. Kainat üçün bəşəriyyət yeni doğulmuş körpə kimidir
Kainatın formalaşdığı təxmini zaman ilə bəşəriyyətin formalaşdığı zamanı müqayisə etdikdə bəşər tarixinin o qədər də qədim olmadığını, tam əksinə gənc olduğunu görürük. Bir sözlə, kainat üçün biz olduqca yeniyik.

2. Günəş sistemində Yerdən başqa yağış yağan digər məkan
Saturnun peyki olan Titan’da, eynilə Dünyadakı kimi çaylar, göllər və sahil zolaqları mövcuddur. Üstəlik burada yağış da yağır. Lakin bu yağışlar Yerdəki yağışlarla eyni deyil. Titanda yağışlar metan və etandan yaranır. Dünyada bu elementlər qazı yaratdığı halda, Titanda isə maye halındadırlar. Bura o qədər soyuqdur ki, su ancaq buz kütləsi halında mövcuddur.

3. Quyruqlu ulduzların quyruğunun sirri
Quyruqlu ulduz dediyimiz şey əslində kainatda azad şəkildə dolaşan meteordur. Günəş sisteminə daxil olan və Günəşin cazibə qüvvəsinə tuş gələn meteorun Günəşə yaxınlaşdıqca buzu əriyir və üzərindəki qaz və tozlar ondan aralanaraq, arxasınca sürünür. Beləliklə də, möhtəşəm görüntü yaranır. Baxacağımız ən yaxın quyruqlu ulduz hadisəsi isə 2061-ci ildə baş verəcək.

4. Göy üzündə gördüyünüz ulduz işıqlarının çoxu "ruh”dur
İşıq sürəti məsələsinə heç girmirik. Bu onsuz da hamımızın bildiyi kimi, kainatdakı demək olar ki, ən sürətli şeydir. Göy üzündə görmüş olduğunuz ulduzların işıqları bizə çatana qədər, işığın möhtəşəm sürətinə baxmayaraq, bəziləri artıq çoxdan yox olmuş olur. Əslində göy üzünə baxanda bir növ keçmişi izləyirsiniz. Bu səbəbdən də, teleskopa zaman maşını da deyilir! Bax, bu bir az qorxunc səslənir.

5. Hamımız ulduz tozuyuq
Rənglərin formalaşması şüaların dalğa uzunluqları ilə bağlıdır. Amma, rənglərdə daha böyük bir sirr var. Spektr xətləri, yəni rənglərin prizmadan keçiriləndə içində görünən barkoda oxşayan xətlər, işığın hansı atomu saxladığı barədə bizə məlumatlar ötürür. Beləliklə də, uzaqdan gələn şüaların tədqiqi ilə planetlərin atom molekullarının nədən ibarət olduğu müəyyənləşdirilib. Bütün kainat eyni elementlərdən ibarətdir. Yəni hər birimiz ulduz tozuyuz. Əla səslənmirmi?

6. Əslində bir-birimizə heç vaxt tam mənada toxuna bilmirik
Yəqin ki, bu məlumat sizdə çaşqınlıq yaratdı. Atomların ətrafında nüvəsini qoruyan güc sahələri, yəni elektron buludlar var. İki atom nüvəsi heç vaxt bir-birinə toxuna bilmir. Yaxınlaşır, lakin görünməz güc sahələri bir-birini itələyir. Sadəcə toxunma hissi yaranır.

7. Dünyanın yaşı qurğuşun ilə hesablanıb
Əlbəttə, işlədilən qurğuşundan deyil, qurğuşun elementindən bəhs edirik. Başdan başlayaq: Yerin yaşını hesablamaq üçün Dünyanın quruluşundan bəri var olan bir şey tapmalıydıq. Ancaq bu mümkün deyildi və ya heç vaxt əmin olmaq olmurdu. Elə isə bunun üçün ən uyğun şey meteor hesab edildi. Bir Meteor təhlil olunsa və nə qədər müddət mövcud olduğu hesablansa, kainatın yaşı da müəyyən edilə bilərdi. Ancaq bir problem var ki, elementlərin atomları zaman ərzində dəyişir və başqa bir elementə çevrilirdi. Tək bir element istisna olmaqla – qurğuşun. Beləliklə də, Meteor içindəki Qurğuşun miqdarı hesablanaraq, Dünyanın yaşı da hesablanıb.

8. Günəş Yeri Udacaq!
Qorxdunuzmu?! O zaman rahatlaşın, çünki bu təxminən bir milyard il sonra baş verəcək. Günəş "ölməmişdən” dərhal əvvəl öz ölçünün yüz dəfə artığı qədər şişəcək. Bəlkə də o vaxta qədər bəşəriyyət başqa qalaktikalarda həyat tapar.

9.  Aya gedən insan sayından daha az insanın gəldiyi yer
Okeanların altında tamamilə başqa bir dünya var: sıra dağlar və yarğanlar. Dünyanın ən dərin yeri hesab edilən Mariana Çökəkliyinə gedən insan sayı, Aya gedənlərdən daha azdır. 11.000 metrdən artıq dərinlikdən söhbət getdiyini unutmayın. Təkcə Göy üzü deyil, Yerin altı da sirr olaraq qalır.

10. Kainatda bizim planetimiz bir toz dənəciyidir
Planetimiz kainatın nəhəngliyi ilə müqayisədə bir toz dənəsindən də kiçikdir. Bütün bu müharibələr, ölkələr, mədəniyyətlər, lovğalıqlar, sevgi və nifrətlər – hamısı bu kiçik toz dənəsi daxilində baş verdi! İndi hər kəs papağını qabağına qoymalı və nəhəng kainatdakı toz dənəsində sahib olduğumuz yeganə şeyin insanlıq hissi olduğunu dərk etməlidir. Hamımız kainatdakı toz dənəsi üzərində yaşayan kiçik ulduz tozuyuq!


Şərhlər: 6
Baxılıb: 479
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
sizin 1205
Bularin hamisini bilirdim.(bdu-nun fizika astronomiya fakultesini bitiren biri uçun bunlari bilmemek ayib olardi).birce onu deye bilirem ki burun bunlari yaradan idare eden bir ALLAHDİR.
7 aprel 2016 13:00
# 6
L
vipbetul
cox maraqli melumatdir esasende 4 uncu
7 aprel 2016 11:57
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Çox maraqla oxuduğum məlumatlar oldu,sevirəm bu tərz məlumatlar haqqında bilib ətraflı məlumat toplamağı.
3-cüdə yazılan sözlərin sonunda biraz çaşdım 2061-ci il olacaqmı?Bir dəfə kalendarın ən sonuncu ili haçana qədərdi baxdım 2030 ilə qədər oldu.Mənimdə maşallah yaşasam 40 yaşı keçmiş olaram ))Əslində burda yazılanların heç birini görmək istəməzdim əsasəndə günəşin yeri udmasını)Təşəkkürlər maraqlı məlumatları bildirmiş olduz bizə.
7 aprel 2016 11:56
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
lale.veliyeva19
Kosmos hələ tam dəqiq öyrənilmyib onunda İNŞALLAH mən öyrənəcəm 08 128 tek hayalim o çünki...
7 aprel 2016 11:01
# 3
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Roza
Hmmm çox maraqli melumatlar idi. Mən eslində sevmirəm belə məlumatlari, amma bu maraqli idi. Təşəkkür.
7 aprel 2016 08:59
# 2
....
BARBI
Kosmos hawqinda kesf edilmeyen cox fakt var. Hadiselerin hamisini maraqla oxudum. Bezileri haqda melumata sahib deyildim
7 aprel 2016 08:47
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz