Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zorla gözəllik
Zorla gözəllik
Göndərən: tek umidim sen
Şərhlər: 2
Baxılıb: 335
Səs ver:
Dində məcburiyyət yoxdur!..." («Bəqərə», 256)

  — Qonşu gətirib uşağının əlinə bir oyuncaq verib. Tutaq ki, o oyuncaq da məsələn, uşağın tərbiyəsi üçün çox zərərlidir. Sən indi başla zorla ya da nə bilim, fəlsəfə açaraq, onu uşağın əlindən almağa, hay ala bildin a; ağlayacaq, özün öldürəcək, acığa lap bərk-bərk yapışacaq oyuncaqdan. Yaxşı, bəs nə edim? Heç nə! Sən sadəcə ondan daha cazibədar, daha sevimli bir oyuncağı uşağına göstər, qardaş canı, heç bu qədər dava-dalaşa gərək qalmayacaq, uşaq onu atıb, bunu tutacaq! Düz demirəm bəlkə?! Əgər atmırsa, problem sənin oyuncağındadır, demək sənin oyuncağın çox maraqsız və sönükdür!

Bəzən uşağı məktəbdən lazımsız əyləncə proqramlarına aparmaq istəyirlər, düşünürsən ki, bu, uşağın üçün zərərli əyləncədir məsələn, icazə verməməyə qərar verirsən, çox gözəl, amma ondan öncə alternativ bir əyləncə təklif edirsən: «bütün ailə birlikdə filan parka gedəcəyik». Hə, eləki uşaq bu cazibədar təklifinlə razılaşdı və parka getdiniz, orada onu niyə o biri tədbirə qoymadığını, yəni bu qadağanın səbəbini ona uşaq məntiqi ilə izah edirsən, olur əla! Yoxsa əliboş insanı heç kim dinləmir, uşaq elə başa düşür ki, sən ona pul xərcləmək istəmirsən deyə belə fəlsəfə açırsan!

Yox, zorla olmayacaq! Əsla olmayacaq! Zorla etsən, etsən təbliğ etdiyin dəyərə qarşı nifrət yaradacaqsan, vəssəlam!

Tarixdə var ki, Müaviyə əmr edirdi şəhərin uşaqlarına balaca quzular paylansın, paylanırdı. Bir müddət keçirdi, eləki uşaqlar o qəşəng, sevimli quzulara alışdılar, bu vaxt o hiyləgər Müaviyənin başqa bir əmri gəlirdi: quzuları uşaqların əlindən xüsusi amansızlıqla — zorla alın və onlara deyin ki, bunu aldıran Əlidir! (ə)
Hə, uşaq nə anlayır ki, fəlsəfə nədir, haq nədir, batil nədir, Əli kimdir, Müaviyə kimdir...o sadəcə bunu bilir ki, əlindən xoşbəxtliyi alınıb, özü də zorla — acımasızcasına. Müaviyə lənətlik bu yolla nifrət yaradırdı Əliyə (ə) qarşı. Müvəffəq də olmuşdu müəyyən qədər. Baxın, zor budur, belədir!

İndi millətin ən zəhləsi getdiyi, ən qıcıq olduğu söz mentalitet sözüdür! Niyə?!

Diqqətlə baxsaq, indi də bənzər üsulla nifrət yaradılır (yaradıblar artıq) mentalitetə, dinə qarşı; hər hansı bir yad və zərərli mədəniyyəti gətirirlər yurdumuza, ən gözəl formada, xüsusi təqdimatla verirlər millətin ixtiyarına, belə yüksək səviyyəli təqdimatın qarşısında kimin hünəri çatar ki, yox desin, heç kimin. Hamı məstdi, nə yalan deyək, xalq sevir bu mədəniyyəti, xoşlayır, həzz alır...hər kəsin az qala ekstaza çatacağı vaxt, beyqafıl əlizorbalılar çıxır ortaya, düşür xalqın canına, nə yemisən, turşulu aş...

Düşmən bilir, bilir ki, bu xalqın dəyər keşikçiləri o qədər aydın deyillər ki, bu mədəniyyətlə «daha gözəl alternativ təqdim etmək» yolu ilə mübarizə aparsınlar, onlar çox yaxşı bilir ki, bu keşikçilər ZOR edəcəklər və bu, tutalım o yad mədəniyyətin qarşısının alınmasına səbəb olacaqsa da, olsun, əvəzində o keşikçilərə, bu mədəniyyəti onların əllərindən zorla alan idiologiyaya qarşı nifrət yaradacaq! Məqsəd də zatən budur!

Tarixə baxaq:

Peyğəmbərimiz (s) belə müşriklərin qarşısında bütləri inkar edib «La ilahə» (heç bir məbud yoxdur) deyəndə, eyni zamanda «illəllah» (Allahdan başqa) deyib, onlara daha qüdrətli və daha mehriban bir Allah təqdim edirdi.
Siz Nəsr surəsində təsvir olunan hala baxın: «Və insanların dəstə-dəstə Allahın dininə üz gətirdiyini gördüyün zaman». (Nəsr, 2) Daha cazibədar və daha gözəl alternativ özünün ən gözəl formasında təqdim olunmuşdu deyə bütpərəstlər əllərindəki taxta bütləri tullayaraq dəstə-dəstə Allahlanmağa, Allaha tərəf qaçırdılar.

Musa (ə) sehrbazların sehrini batil etmək üçün, insanların onlara aldanmamasını təmin etmək üçün, nə qədər fəlsəfə açsaydı faydasız olacaqdı. Bəs nə etdi? Hamını yığdı meydana, hər kəsin gözü önündə əsasını yerə atdı, əsa Allahın izni ilə əjdahaya çevrildi. (Və bu zaman) sehrbazlar: "Biz Harunun və Musanın Rəbbinə (rəbbül-aləminə) iman gətirdik!” – deyib səcdəyə düşdülər. («Ta Ha», 70)

Bax, görürsünüz, alternativ olmalıdır, hökmən olmalıdır, özü də daha cazibədar, daha güclü alternativ, yoxsa deyinə-deyinə qalacaq, axırda öz səsinizdən özünüz də bezəcəksiniz!

İsa (ə) Fariseyləri haqqa yönəltmək, fırıldaqçı kahinləri ifşa etmək üçün xəstələrə şəfa verirdi, ölüləri dirildirdi, bunu Qurani-Kərim də təsdiq edir, İncilinsə böyük əksəriyyəti elə həzrətin bu möcüzələrindən ibarətdir. Sanki onun işi-gücü xəstələrə şafa vermək, ölüləri diriltmək olub. Bütün bunlara rəğmən, millətin bir qismi yenə də ona arxa çevirəndə haqlı olaraq etiraz edirdi, gileylənirdi: bu qədər möcüzə göstərdim, bu qədər işlər gördüm sizin üçün, axı niyə inanmadınız mənə?!

Hə, bəs sən, sənin ortaya qoyduğun ürəkləri oxşayan alternativin hanı, sənin möcüzən nədir, sən kimə şəfa verə bilmisən, sən bu vaxtacan kimi dirildə bilmisən ki, iddian budur: millət indiyə kimi əlində olanları atıb sənin ardınca gəlməlidir! Xeyir ola?!

Peyğəmbərimiz (s) ixtiyarında olan bütün ilahi imkanlara, möcüzələrə rəğmən, o qədər aydın izah, təbliğat, məntiq, dəlil-sübutdan sonra kimlərsə onu inkar edib başına kül tökəndə yenə də qıcamırdı dişlərini, hardasa anlayış göstərməyə çalışır, gecə yarısı dərgaha əl açıb yalvarırdı: «bağışla onları, bilmirlər, ilahi, bilseydilər etməzdilər». Sənsə deyirsən ki, canları çıxsın, bilsinlər, mənə nə?!...

Əzizim, birinə haq verməlisən ki, o da haqqı görə bilsin!

Təcrübəli Quran ustadı Möhsün Qiraəti danışır:

Kənar şəhərlərdən birinə dini təbliğ etməyə getmişdim. Bir gün şəhərin məktəbinə dəvət edildim. Din barədə danışmalı idim. Təyin olunan zaman məktəbə gəldim. Uşaqlar həyətdə həvəslə idman edirdilər. Məktəb direktoru məktəb zəngini çaldırdı. Uşaqları toplayaraq elan etdi ki, uşaqlar, idman vaxtı bitdi. Sonra üzünü mənə tərəf tutub uşaqların hazır olduqlarını bildirdi: buyurun, cənab Qiraəti, uşaqlar sizi dinləyir.
Çox fərqli vəziyyət, tamam qəribə situaçiya ilə üz-üzə qalmışdım, içimdə qərarımı verdim. Boğazımı arıtlayıb, çox qısa olaraq bunu dedim: «Bismillahir-rəhmanir-rəhim. Əziz uşaqlar, dinimiz idman etməyi çox bəyənir. Bu da mənim demək istədiklərim. Vəssalam! Gedin idmanınızla məşğul olun».
Uşaqlar dağılışandan sonra məktəb direktoru gileylənməyə başladı:
— Cənab Qiraəti, məni pis vəziyyətdə qoydunuz.
Razılaşmadığımı bildirdim:
— Siz heç bilirsiz nə edirsiniz?! Uşaqları idmandan ayıraraq zorla söhbətlərimə qulaq asdırmaqla, siz ta Qiyamət gününədək bu uşaqlarda din alimlərinə qarşı az qala nifrət oyadacaqdınız. Təsəvvür edin, indi mən əgər fürsəti qənimət sayıb (?!) uzun-uzadı din barədə danışsaydım, bilirsiz nə olacaqdı?! Onlar harda din alimi görsəydilər deyəcəkdilər ki, bunlar idmanla düşməndir.

Ustad əlavə edir: Elə bu barədə danışırdıq ki, uşaqlar mənə yaxınlaşaraq soruşdular:
— Siz axşamlar hansı məsciddə olursunuz?
Məscidin ünvanını verdim. Axşam o uşaqların hamısı məsciddə idi.

«Dində məcburiyyət yoxdur!...»

Bu gözəl AYƏni daha çox inanc məsələlərinə aid edirlər, amma mən biraz fərqli yöndən yanaşmaq istədim, bunu təbliğ məsələlərinə də aid etdim; istər ailə daxilində, istər cəmiyyət içində olan hansısa yanlışın qarşısını almaq üçün zor etmək məsələhətli seçim deyil, faydası olmayacaq, (bəzən də hətta əks təsir bağışlayacaq) olsa da müvəqqəti olacaq, çünki nəzarət həmişə mümkün olmur, nə uşağa, nə ailəyə, nə cəmiyyətə. «Nəsimi» filmində zordan və nəzarətdən bezən Teymur Ləngin axundlara dediyi cümləni xatırlayın:
Mən nə vaxtacan baş kəsməklə qalib gələcəyəm?!

Əslində lap dərindən baxanda, əgər sən qərb mədəniyyətinin ölkənə belə sürətlə axınından narahatsansa, demək sən hardasa öz dəyərlərinin gücündən əmin deyilsən, etiraf edirsən zəifliyinə. Sənin dəyərinin nomenal olaraq güclü olması yetmir, fenomenal olaraq da güclü və cazibədar olmalıdır ki, istənilən dəyərlər sistemi ilə toqquşmağa və bu toqquşmadan qalib çıxmağa hazır olsun! Belə olsa sənin ZOR etməyə ehtiyacın da qalmayacaq, indi zora ehtiyac duyursansa dolayısı ilə öz zəifliyinə etiraf edirsən.

İlqar Kamil


Şərhlər: 2
Baxılıb: 335
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
gozell yazidir zorla hecne ye sahib olmaq olmaz
31 mart 2016 23:50
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
maraqliydi twkler
31 mart 2016 18:09
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz