Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yuxuda inildəmək xəstəliyi: sual-cavablar
Yuxuda inildəmək xəstəliyi: sual-cavablar
Göndərən: Fialka
Şərhlər: 7
Baxılıb: 423
Səs ver:
Onlar yuxularında xorlamırlar, inləyirlər. Həyatları da buna görə məhv olur. "Yuxuda inildəmək xəstəliyi" deyə təyin olunan və səbəbi tam olaraq bilinməyən Narahatlıq, əgər diaqnoz edilsə, CPAP müalicəsiylə qısa müddətdə düzələ bilir.
Cəlal Bayar Universiteti Nevrologiya Ana Elm sahəsi Müəllim Prof. Dr. Hikmət Yılmaz, "Yuxuda inildəmək xəstəliyi" ilə əlaqədar suallarımızı cavabladı.
"Yuxuda inildəmək xəstəliyi" nədir?
İlk dəfə 1983-ci ildə Belçikalı elm adamları De Roeck və Van Hoof tərəfindən təyin edilmiş bir parasomniyadır. Xüsusilə yuxuların görüldüyü REM yuxusu dövründə ortaya çıxan tənəffüs nizamsızlıqlarını, nəfəs vermə zamanı monoton inlər kimi səs çıxarmağa  yoldaşlıq etməkdədir.
Burun maskası şərtdir!
Xəstəliyin nə səbəb meydana gəldiyi bilinirmi?
Xeyr. Səbəbini tam olaraq bilmirik. Ancaq bəzi fərziyyələr irəli sürülür. Beyində tənəffüsü idarə edən mərkəzlərin funksiyalarının pozulması, REM yuxusunda boşalmış olan boğaz strukturlarının cazibənin də təsiri ilə aşagı düşərək tənəffüs yollarını daraltmasının bu xəstəliyə səbəb ola biləcəyini düşünürük.
Müalicəsi varmı?
Bəli. CPAP müalicəsi ilə bu xəstəliyin təsirli müalicəsi mümkündür.
CPAP müalicəsi nədir?
Yuxuda tənəffüs pozğunluğu olan xəstələr üçün ilk dəfə 1980-ci illərdə Avstriyalı araşdırmaçılar tərəfindən inkişaf etdirilmiş bir müalicə variantıdır. Xüsusi olaraq xəstənin burnuna görə nizamlanan, olduqca rahat tətbiq olunan oksigen maskasına bənzər bir maskayla təzyiqli hava verilməsi əsasına dayanır.
CPAP adlı alət necə çalışır?
CPAP aləti xüsusi bir burun maskasıdır. Bu maskaya hava gəlməsini təmin edən xortum və davamlı müsbət təzyiq çıxaran bir kompressor meydana gələr. Bir əl çantasına sığacaq qədər kiçik həcmdə olmaları səbəbiylə hər yerə rahatlıqla daşına bilən cihazlardır. CPAP aləti, ağız içində müsbət təzyiq yaradıb, toxumaların boşalmasına maneə törədərək təsirini göstərir. Təzyiqin təsiriylə gərgin halda qalan üst nəfəs yolu toxumaları, yuxu əsnasında havanın rahatlıqla keçməsinə imkan verir.
Hər xəstə üçün müalicə üsulu eynidirmi?
Xeyr. Xəstələr, yuxu laboratoriyalarında bir gecə ərzində tədqiq edilir və alətin təzyiqi da hər xəstə üçün xüsusi olaraq müəyyən edilir. Təzyiq gecə boyunca artırılaraq, əvvəl tənəffüs nizamsızlıqlarını sonra da xoruldamağı tamamilə ortadan qaldırar. Xəstə beləcə rahat və səssiz nəfəs almağa başlayır. Yuxusu normala dönər və dərinləşir. İstifadə edildiyi müddətcə təsirli olan bu müalicə, buraxıldığında və əlamətlər təkrar başladığında xəstələr hər gecə burun maskası taxmaq məcburiyyətindədir.
Əlamətləri nələrdir?
Nəfəs verərkən inildəmək, ürək sürətində azalma, xoruldama və buna yoldaşlıq edən çarpıntı şəklində ortaya çıxar. Sıxlıqla, diş qıcırdatma, yatılı gəzmək, yuxuda danışma, yuxu terroru, kabus kimi digər parasomnilərlə birlikdə olur.
Doğuşdan sonra  inildəməyə başladı, evliliyi bitdi!
Prof. Dr. Hikmət Yılmaz xəstələri ilə  əlaqədar xatirələrini danışır: 40 yaş piylənmə meyarlarına uyğun gələn bir qadın xəstəmizin danışdıqları  həqiqətən çox kədərli idi. Qızının doğuşuna qədər hər şey çox gözəldir. Uzaqdan qohumu da olan həyat yoldaşı ilə razılaşaraq evlənmişdir. Həyat yoldaşı xüsusi bir məktəbdə riyaziyyat müəllimi, özü də yaşadıqları şəhərdə özlərinə aid bir parfümeriya dükanında çalışaraq, həyatlarını yaşayırmışlar. Evliliklərinin ilk illərində hamilə qalmış və təxminən 32 kilo kökəlmişdi. Doğuş sonrası aldığı bu çəkiləri ata bilməmişdi.
Dərin bir yuxu üçün bunları edin!
Otağınızı toplayın: Yataq otağının gurultulu, çox əşyalı və yatağın rahat olmaması yuxuya mənfi təsir edər. O səbəblə otağınızda çox əşya saxlamayın və otağınızı sadələşdirin.
Yatmağa gedin: "Artıq yatmaq lazımdır" düşüncəsiylə deyil, yatacaq dərəcədə yorğun olduğunuz zaman yatmağa gedin.
İşıqları söndürün: İşıq açıqkən uyğunlaşmaya vərdişiniz yoxsa, yatdıqdan dərhal sonra işıqları söndürün.
Eyni saatda oyanın: Hər gün yataqdan eyni saatda qalxmağa diqqət edin.
Ayağı isti tutun: Ayaq və əllərinizi isti saxlayın. Lazım olsa yataqda isti tutacaq corab və ya əlcək geyinin.

Çalışmadan qalxın: Yuxuya getmək üçün çox məşğul olmayın. Yata bilmədiyinizdə yataqdan çıxın və təkrar yuxunuz gələnə qədər zaman keçirin.
Səhərlər idman edin: Qısa davamlı belə olsa, hər gün səhər saatlarında nizamlı idman  edin. Daimi idmanın istirahət etdirici bir yuxu təmin etməyə faydası vardır.
Günəşə çıxın: Daimi olaraq təbiətə və günəş işığına çıxın. Xüsusilə də günortadan sonra.
İstiliyi nizamlayın: Yataq otağınızın istisini rahat edəcəyiniz şəkildə nizamlayın.
Otağınız səssiz olsun: Yatarkən yataq otağınızın səssiz olmasını təmin edin.
Qaranlıqda yatın: Yataq otağınığın yuxunu asanlaşdırmaq üçün qaranlıq olmasına diqqət edin.
Yuxu və seks üçün: Yataq otağınızı yalnız yuxu və cinsi əlaqə üçün istifadə edin. Oxumaq, televiziya izləmək və yemək yemək üçün seçdiyiniz bir məkanda yatağınızı saxlamayın.
Xəyal edin: Xoş bir mənzərəni gözünüzün önünə gətirin və ya bir neçə saniyədə bir içinizdən eyni sözü təkrar edin. Buna bir növ meditasiya ya da zehinin fokuslanması çalışması deyə bilərik.
İlıq duş qəbul edin: Axşamın ikinci yarısında yavaş-yavaş boşalmağa başlayın. Yataqda boşalma hərəkətləri edin. Əzələlərinizi boşaldın, xoşunuza gedən bir yerdə olduğunuzu xəyal edin ya da ilıq bir duş qəbul edin.
Həyacanlı film izləməyin.
Dr. Nalan Kayrak, yaxşı bir yuxu üçün ayrıca "Yatağa girmədən əvvəl nə çox ac, nə də tox olun. Həyəcanlı filmlər izləməməyə diqqət edin. Yatmadan əvvəl idman etməyin və bilmədiyiniz dərmanları istifadə etməyin" deyir.


 








Şərhlər: 7
Baxılıb: 423
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Kölge
Teşekkur.......
2 may 2016 00:14
# 7
Her şeye gore şukur
vipbetul
yatmadan once idman etmeyi xosluyuram

yatmadan once idman etmeyi xosluyuram
1 may 2016 12:14
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Totu
Xebere göre teşekkürler
1 may 2016 12:03
# 5
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Sara035
Ata inildeyir cox qorxuruq oyadiriq,tek hec yatmir deyirik goren nedendi el deyemi var kaj minir deyirik,sen deme xesteliikmiw gerek oxuyam,Cox sagol Fialkam faydali melumatcun123
1 may 2016 01:27
# 4
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
Aybə
Mən hər yerimə girəndə yatmadan əvvəl telefon kurtdalayəram və bunu etməsəm yata bilmirəm.Mənim yoldaşım yuxuda arada inildəyir ama ənnn çoxxx xoruldayır.Uşaqlar yuxuya gedənəcən onun xorultusunnan yata bilmillər hətda.Sağ tərfüstə yatanda xoruldamır.
30 aprel 2016 23:28
# 3
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
BARBI
Yuxulda inildemek xesteliyin xebercisidir. Zennimce qorxu ve stres keciren insanlarda yaranir
30 aprel 2016 23:28
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
rəmsə
Hamısı faydalı məlumatlar idi,həqiqətən yataq otağında televizorun olmasını filan xoşlamıram,ama maləsəf yatana kimi əlimizdən telefon düşmür.Adamın olan qalan yuxusunu da qaçırdır,plyusda zərər.İnləməyə gəlincə isə bizdə inləyən yoxdu:),xoruldayan var yoldaşım:)Ona da öyrəşmişəm elə yatıram daş kimi:)
30 aprel 2016 23:14
# 1
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz