Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Taxta darağın sirri
Taxta darağın sirri
Göndərən: Fialka
Şərhlər: 9
Baxılıb: 516
Səs ver:
Daha çox Avropa və slavyan, rus qadınlarının şəxsi simvolu olan daraq taleyə təsir edən vasitə idi. Onunla məhəbbət ritualı edilir, göz-nəzər, xəstəlik, cadu və bir çox xoşagəlməzlikləri geri qaytarırdılar. Sancaq və daraqla bağlı çox əfsanələr, xalq inancları var. Sonradan plastmas, şüşə və süni materiallardan daraqlar çıxdı. Əslində isə qədimdən belə adətdir ki, baş darağı, sancağı insan üçün xeyirli və uğurlu materiallardan hazırlanmalıdır: sümük, daş, ağac, mərmər. Niyə? Çünki bu təbii maddələr enerji daşıyıcısıdır. Hər ağacdan da daraq düzəltməzlər, çünki mənfi enerji daşıyan ağaclar var. Keçmişdə təzə doğulan uşaqlara belə daraq hazırladardılar ki, onları nəzərdən qorusun. Polşada əgər evdə adam və ya ev heyvanı xəstələnərdisə, evin sahibəsi öz başındakı daraq-sancağı çıxarıb alma və ya armud ağacından asar, 2 həftədən sonra həmin daraqla xəstələnən adamın saçını 10 gün darayardılar.
Daraq səma və kosmosun gücünü, enerjisini antena kimi tutur və özünə yığır. Bunu qədim Roma və Yunanıstanda bilirdilər. Elə ona görə sərkərdələr saçlarını daraq ilə yığar, ya da metaldan olan xüsusi baş sancaqlarını dəbilqələrinin üstündən quş qanadı kimi asardılar. Qızlar isə öz cazibədarlıqlarını artırmaq üçün üzəri işləməli, daş-qaşlı, oymalı sancaq-daraqları saç düzümlərinin ən görünən yerindən taxardılar. Həqiqətən də işə yarayırdı.
Cadugərlər, kahinlər də darağın sehrli gücünü bilir və ondan rituallarda istifadə edirdilər. Darağa yapışmış tük və darağa hopmuş enerjidən istifadə etməklə həmin daraq sahibini ovsunlayır, bağlayır, tilsimə tabe edirdilər. Qara cadugərlər yanmış ağacdan, qara metaldan olan daraq islədirlər. Daraqla adamı cadu etmək də geniş yayılıb. Ona görə ailə qurmağa hazırlaşan qızlar daraqlarından muğayat olmalı idilər. 

Daraqla fala baxma
Bir çox slavyan xalqlarının dini və əsas bayramlarında qızlar sancaq-daraq ilə bəxt falına baxardılar. Bəs necə?! Bu cür sehrli əşyadan istifadə etmək lazımdır. Fala baxmanın ən sadəsi belədir: qız saçını darayır, darağı balışının altına qoyub yatanda bu sözləri deyir: "Qismətim, taleyimə yazılan, mənim hörüklərimi açıb darağıma gəl". Həmin gecə yuxuda görəcəyi oğlan qismətidir. Əgər səhər balışın altındakı daraqda saç tapsa, deməli, həmin il ərə gedəcək. 
Yuxuda daraq
Yuxuda daraq görmək inanılmaz uğur və şans deməkdir. Fransızlar hesab edir ki, yuxuda gözəl, bəzəkli daraq yeni sevgi əlaqəsinə işarədir. İngilislər inanır ki, yuxuda baş darağı görmək uğurlu və zəngin həyata işarədir.
Arzularınız üçün daraq
Taxta daraq götürüb 1 dəqiqə ərzində sakit halda, arzunuzu nəzərdə tutaraq saçlarınızı tam darayın, sonra darağa baxın. Darağın üstündə heç saç qalmayıbsa, deməli arzunuzun vaxtı hələ yetişməyib. Əgər saç sayı cütdürsə, arzunuz çin olacaq, təkdirsə olmayacaq. Bu üsuldan hər gün yox, 2 ayda bir dəfə, ay bədirlənəndə axşam istifadə etmək lazımdır. Darağın materialı önəmlidir. Hər daraq uğurlu deyil.

Fil, heyvan sümüyündən olan daraq insandan qorxu, həyəcan, zəifliyi götürür.
Şabalıd ağacından daraq insanın bioritmi və energetikasını düzəldir.
Alma və armud ağacından daraq yorğunluğu götürür.
Albalı, gilas ağacından daraq ərtafdan gələn neqativ enerjini zərərsizləşdirir.
Palıd ağacından daraq xəstəlikdən sonra insanın orqanizmini bərpa edir, insanın halını yaxşılaşdırır. 
İçimizdəki "mən"i əzizləyən əşya
Saçımızı darayarkən biz özümüzü, ruhumuzu, daxili "mən"imizi sığallayırıq, nazını çəkirik, rahatlayırıq. Saçı saçın üstünə darayıb hamarladıqca insanın beynindəki fikirlər, hisslər, planlar qaydaya salınır. Qısası, adi daraqla biz sanki özümüzə psixotarepiya seansı edirik. Ona görə saçı düzgün daraqla və rahat daramaq gözəl ritualdır.


Şərhlər: 9
Baxılıb: 516
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
hec vaxt esitmediyim melumatlar oldu
24 aprel 2016 12:24
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Kölge
Taxta daraq.....
Maraqli idi........
24 aprel 2016 00:35
# 8
Her şeye gore şukur
Fialka
Daraqla bağlı magiyaları mifik və batil inancları deyə bilmərəm çünki elə bir inancım yoxdur amma saçın sağlamlığı baxımından olduqca faydalıdır. Uzun illərdir ki, taxta daraqlardan istifadə edirəm və bu vaxt ərzində saç qıran kimi problemimdə olmayıb qısası hər bir xanıma lazım)
redaktə edən təşəkkür).
23 aprel 2016 23:30
# 7
krisa
Bu haqda hec melumatim yox idi,tesekkurler.Maraqli oldu.Men de taxta daraq alacam.
23 aprel 2016 23:27
# 6
HAPPY_EYES
cox maraqli geldi menimcun tesekkur
23 aprel 2016 23:27
# 5
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
Totu
Maraqlidir.tesekkurler
23 aprel 2016 23:26
# 4
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Aybə
Oooo taxta daraqda nə sirlər varmış.Mən taxta daraqla daramıram ama çalışacam bundan sonra taxta daraqla darayım.
23 aprel 2016 23:25
# 3
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
Şəbnəm Vüsal
aaaa maraqlıdır.mən həmişə taxta daraq istifadə edirəm.bir dənəsini qohum evində itirmişdim.sora bacım yenisini aldi.taxta daraq həmdə sacda sacqiranı azaldır deyirlər.
23 aprel 2016 23:15
# 2
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
BARBI
Cox maraqli inanclardi. Taxta daraqlardan mende istifade edirem. Saca faydalidir. Demir ve plastmas daraqlar saci zedeleyir
23 aprel 2016 23:15
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz