Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pizza qülləsi
Pizza qülləsi
Göndərən: lale.veliyeva19
Şərhlər: 15
Baxılıb: 378
Səs ver:
Pizza qülləsi İtaliyanın eyni adlı şəhərindəki möhtəşəm monumentallığı ilə seçilən Möcüzələr meydanında yerləşən zəng qülləsidir. XII əsrdə tikintisinə başlanılan qüllənin bünövrəsi düzgün qoyulmadığından qüllə əyilməyə başladı. Tikili qısa zamanda o qədər məşhurlaşdı ki, Pizza şəhərinin rəmzinə çevrildi.
 
Pizza kilsəsinin sifarişi olan qüllənin tikintisi memar və heykəltəraş Bonano Pizanoya həvalə edilmişdi. Amma o, qüllənin yalnız ilk üç mərtəbəsini tikə bildi. Tikinti işləri bir əsr sonra Covanni di Simone tərəfindən yenidən davam etdirildi və daha 4 mərtəbə tikildi. Nəhayət, qüllə Tommaso di Andrea Pizano tərəfindən tamamlandı.
 
Tikintisinə 1173-cü ildə başlanılan qüllə təxminən 5 il sonra üçüncü mərtəbəsi tikilən zaman şimala doğru əyilməyə başladı. Memarlar tikilinin aşağı hissəsini bərkitməyə çalışdılar. Bünövrəsi möhkəm olsa da, dərin deyildi. Bu səbəbdən qüllənin tikintisi yarımçıq qaldı və qonşu dövlətlərlə aparılan müharibələr tikinti prosesini bir əsr gecikdirdi.
 
Yalnız 1272-ci ildə tikinti yenidən başlandı. Qüllənin əyilməsini tarazlaşdırmaq üçün növbəti üç mərtəbə bir qədər maili tikildi. Yeddinci mərtəbə tikiləndə qüllə bu dəfə cənuba doğru əyilməyə başladı. Bunun qarşısını almaq üçün ən ağır zəngi qüllənin şimal tərəfinə yerləşdirdilər.
 
Qüllə bu vəziyyətdə az qala 800 ildir ki, dayanıb durur. Onun əyrisini düzəltməyə dəfələrlə cəhd olunsa da, bu cəhdlərin hamısı uğursuzluqla nəticələnib.
 
Hazırda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Pizza qülləsinə bənzər Kapital Qeyt adlı göydələn var. Pizza mühəndis səhvi ucbatından əyilmişdisə də Kapital Qeyt məxsusi olaraq maili tikilmişdir. 160 metr hündürlüyü olan 35 mərtəbəli göydələn şəhərin rəmzinə çevrilib. Bu bina Pizza qülləsinə nisbətən 4,5 dəfə mailidir.


Şərhlər: 15
Baxılıb: 378
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Maraqli idi..
7 avqust 2016 18:50
# 15
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
maraqli melumat oldu
31 mart 2016 01:53
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Vuska87
Maraqli melumat di..
31 mart 2016 01:12
# 13
Aysegul-93
Bele tarixi maraqli melumatlari xowluyuram oxumagi. Twk
30 mart 2016 19:04
# 12
Asya
Qeweng qulledi,qulle haqqinda bilmirdim,maraqli oldu bilmek.tewekkurler
30 mart 2016 17:24
# 11
Ela
Elede bılgım yoxıdı bu gulle haqda maraqla oxudum adı maraqlıdır
30 mart 2016 17:04
# 10
U$aqken ¥edıyım pambıqın dadı qeder aglımdasan.
Tomris Müslümova
Mənə hər zaman maraqlı gəlib bu qüllə.Haqqında elədə böyük bilgim yox idi.
30 mart 2016 16:48
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
VIP
Təməli möhkəm olmadıgına görə əyilib.Hər şəhərin rəmzin daşıyan qüllə ya qalası var.
30 mart 2016 16:45
# 8
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Miss_Oxatan
Bir sozle hec cure dikeldenmirler)))
30 mart 2016 16:01
# 7
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Totu
Qeweng qülledir.
30 mart 2016 16:01
# 6
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Barbaris
cox maraqli ve goze lqulledirr mohtewem
30 mart 2016 15:47
# 5
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
esl mocuzedir.en sevdiyim qulledir.qeyri adi gozelliyi var
30 mart 2016 15:24
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
___Jasmin___
ayda cox sevirem bu qulleni ozude tikilisi onu daha da gozelesdirir insallah boyuyende getmek istediyim olkeller arasindadir italiya
30 mart 2016 15:01
# 3
I remained behind now the mother of 14 spring -Big

Fi-Ra
Çoxsu elə əyriliyinə görə məşhurdu bu qüllə. Tarixçəsini bilmirdim. Maraqlı oldu oxumaq təşəkkür
30 mart 2016 15:01
# 2
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
ayka95
menim qardasim orda olub dediyine gore cox gozeldi
30 mart 2016 14:45
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz