Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qamətin sağlamlığa təsiri - Siz çox təəccüblənəcəksiniz!
Qamətin sağlamlığa təsiri - Siz çox təəccüblənəcəksiniz!
Göndərən: guler19
Şərhlər: 6
Baxılıb: 467
Səs ver:
Gözəl qamət insanın xarici görünüşündə böyük rol oynayır. Bunu hamı bilir. Lakin bu ən əsası deyil. 

Gözəl, düzgün qamət insanın sağlamlığında olduqca mühüm rol oynayır. 

İnsanın qaməti düzgün olanda, bütün daxili orqanlar öz fizioloji yerlərində yerləşir, əyilmir, sıxılmır, heç yerdə durğunluq yaranmır və nəticədə bütün orqanizm tam normal fəaliyyət göstərir. 

Düzgün qamət qanın orqanizm boyu normal dövr etməsində böyük rol oynayır. Qan orqanizm boyu normal dövr edirsə, bütün orqanlar kifayət qədər oksigen və qidalı maddələri alır. 

Düzgün olmayan qamət onurğanın sağlamlığına olduqca çox mənfi təsir edir. Onurğanın sağlamlığı isə bütün orqan və sistemlərinin sağlamlığı üçün vacibdir. Ortoped həkimlərin sevimli ifadəsi - \"Sağlam onurğa - sağlam insan\" bunu təsdiq edir. 

Onurğa sütununun içərisində onurğa beyini keçir. Onurğa beynindən sinir kökləri çıxır ki, bu sinir kökləri daxili orqanları idarə edir - ürəyin fəaliyyəti, sidik, nəcis ifrazı, kişilərdə ereksiya və s. İnsanın qaməti düzgün olmayanda onurğa sütunu artıq yükləməyə məruz qalır ki, bu yükləmənin nəticəsində onurğa sütünu fəqarələrində dəyişikliklər baş verir - fəqərələr arasında olan disklər nazilir, dağılır. Bu bir çox müasir insanların qənimi olan osteoxondroz xəstəliyidir. Osteoxondrozun nəticəsində fəqərələr arasında keçən onurğa beyini sinir kökləri və həmçinin buradan keçən qan damarları sıxılır. Damarların sıxılması daxili orqanların qanla təmin olunmasını pozur. Sinir köklərinin sıxılması isə bu köklər tərəfindən idarə olunan orqanlarda müxtəlif pozulmalar yaranır. 

Düzgün olmayan qamət nəfəsalma sisteminin fəaliyyətinə də çox mənfi təsir edir. Məsələ burasındadır ki, insanın onurğası əyri olduqda döş qəfəsi sona kimi açılmır və nəticədə ağ ciyərlər də tam açılmır ki, orqanizm oksigeni daha az alır. Nəfəsalma sistemi ürək-damar sistemi ilə çox sıx bağlıdır və bu səbəbdən nəfəsalma sisteminin fəaliyyətində olan pozulmalar ürək-damar sisteminə \"vurur\". 

Yaxşı qamət həzm proseslərinə də böyük təsir edir - bağırsaqlar daha tez və asan boşalır. 

Düzgün qamət əzələ və bel ağrılarıınn ən yaxşı profilaktikasıdır. Bu xüsusilə oturaq işlə məşğul olan insanlar (ofis işçiləri, mühasiblər və s.) üçün vacibdir. 

Düzgün qamət həmçinin oynaqların normal fəaliyyətinə kömək edir və onları qoruyur. 

Beləliklə, belə nəticəyə gəlmək olur ki, qamətin gözəl olması xarici görünüşdən çox sağlamlığımız üçün vacibdir. Bu səbəbdən qamətinizə daim (ayaq üstə dayananda, oturanda, yeriyəndə) nəzarət edin.


Şərhlər: 6
Baxılıb: 467
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
gerek bu isde diqqetli olum
18 aprel 2016 17:44
# 6
vipbetul
Qametin duzgun olmasolmasi sumuklerin inkisafina yaxsi tesir edir
26 mart 2016 16:09
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Qametim duzdur. Duz qamet yoxdursa o zaman orqanlar siradan cixir. Bir sira fesadlar bas verir
26 mart 2016 12:57
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Angela7
Həmişə qəmətimi düzgün saxlmağa çalışıram, amma oturarkən bunu etmək mənə çətin olur, maraqlı xəşərdir, təşəkkkürlər.
26 mart 2016 12:17
# 3
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
Dj_Vampir
-Men ozume kompleks edirem..Niye?hemishe qametimi duz saxlayiram,boyum da hundurdur,isdeyirem duzgun olsun(onsuzda eledi)amma ders eliyende eyilen kimi..o deyqe duz dururam
26 mart 2016 12:01
# 2
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Mira199591
En cox diqqet etdiyim seydi duzgun oturub durmagim. Cunki hemde qiraqdan baxandada eybecer gorsenir.
26 mart 2016 11:27
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz