Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Böyük tufan: Nuhun gəmisinin sirri
Böyük tufan: Nuhun gəmisinin sirri
Göndərən: Fialka
Şərhlər: 8
Baxılıb: 342
Səs ver:
Belə qəbul olunub ki, Bibliyada Böyük tufan haqqında yazılmış rəvayət Mesopotamiya ərazisində baş vermiş təbii fəlakəti əks etdirir. Bu tufanın planetar səviyyədə baş verməsi isə sadəcə şişirtmə ola bilər. Əlbəttə, orası da aydındır ki, o regionun sakinləri üçün Mesopotamiya elə bütün dünya demək idi. Bu kataklizm haqqında məlumatlar "Qilqameş haqqında dastan”da yer alıb ki, bu da öz növbəsində Bibliya mətninin prototipi hesab oluna bilər.
 
Universal mif
Müxtəlif xalqların mif və rəvayətlərinə diqqət etsək, görərik ki, əslində, belə deyil. Hələ C.Frezer özünün "Əhdi-ətiqdə folklor” (1918-ci il) adlı əsərində göstərir ki, tufan haqqında miflər təkcə Yaxın Şərq xalqlarında deyil, Avropa, Mərkəzi və Cənub-Şərqi Asiya, Polineziya xalqlarında, o cümlədən, Amerika hindularında da mövcud olub.
 
Bu miflər hamısı vahid süjet əsasında qurulub: Allah (və ya Allahlar) günahlarına görə bəşəriyyəti məhv etmək istəyir, amma bədbəxtlik barədə bir ailəni xəbərdar edir, o ailə də ilahi tapşırıqlı gəmi hazırlayaraq xilas olur.
 
Frezerin vaxtında 100-ə yaxın belə rəvayət vardı, indi isə onların sayı 150-ni keçib. Bu rəvayətlərin yayılma arealı isə bütün dünyanı əhatə edir.
 
Bir-birindən on minlərlə kilometr məsafədə yaşayan müxtəlif xalqlarda rast gəlinən mifin ən universal xarakteri ondan ibarətdir ki, burada insanlığın tarixi yaddaşında ilişib qalmış hansısa planetar səviyyəli fəlakətdən söhbət gedir.
 
Tufan bütün izləri silir
Bütün bunlar qeyri-iradi olaraq alimləri vadar edib ki, məlum mifin yaranmasında hansı təbii kataklizmin baş verdiyini araşdırsınlar. 1920-ci illərdə Leonard Vulli və Stefan Lanqdon adlı iki arxeoloq birdən guya Bibliya rəvayətini təsdiqləyən faktlar tapırlar. Bibliyada adı keçən Ur şəhərinin 1929-cu ildə üzə çıxması zamanı Vulli iki qədim mədəni lay aşkar edib. Bu qatlar 2,4 m dərinliyində lillə bir-birindən ayrılırmış. Belə görünür ki, lilin tufan vaxtı əmələ gəlməsindən başqa açıqlama yoxdur. Nineviyada aparılan qazıntılar zamanı isə 12 metr qalınlığında lil qat aşkar olunur.
 
Ancaq Vulli və Lanqdonun qazıb çıxardıqları qatların tarixinin müəyyən edilməsi zamanı məlum olub ki, bunlar uyğun olaraq eramızdan əvvəl təxminən 3500 və 3000-ci illərdə baş vermiş iki müxtəlif təbii fəlakətlərin qalıntısıdır. Beləliklə aydın oldu ki, ən hündür evlərin belə bir neçə metr su altında qalması ilə nəticələnən lokal tufanlar İkiçayarasında tez-tez baş verirmiş.
 
Təəssüf ki, bu tapıntılar teoloqları məmnun etmədi. Elə təkcə buna görə ki, Bibliya xronologiyasına görə Ümumdünya tufanı eramızdan əvvəl 2014-cü ildə baş verib. Əlavə edək ki, Bibliyaya inansaq, tufan vaxtı suyun səviyyəsi ən yüksək dağlardan belə 15 dirsək, daha doğrusu 7,5 metr yuxarı olub. Bu nöqteyi-nəzərdən yanaşsaq, 2,4 m qalınlığında lil qatı aydındır ki, azdır.
 
Nəticədə müasir teoloqlar belə bir fərziyyə irəli sürdülər ki, Bibliyada bəhs olunan Böyük tufandan sonra insanların mövcud olması barədə heç bir iz qalmalı deyildi. Çünki bayaq dediyimiz kimi, bu özü ilə lil gətirmiş adi daşqın olmayıb. Belə ki, tufanın Bibliyadakı təsvirinə inansaq, həmin ərəfədə şiddətli yağışlarla yanaşı, vulkan püskürmələri də baş verib, zəlzələlər olub, nəticədə suyun temperaturu artıb. Maraqlıdır ki, suyun qaynar olması ilə bağlı Bibliyada söylənilənlər hind rəvayətləri ilə də üst-üstə düşür. Hindlilər iddia edirlər ki, o günlərdə okeanın suyu qaynayırmış.
 
Bütün bunlardan belə bir sual doğur: axı Nuhun gəmisi necə idi? Bütün heyvanlardan bir cüt nümunə ora necə sığıb?
 
Nuhun gəmisi mühəndis gözü ilə
Bibliyaya əsaslansaq, Nuh gəmi tikmək barədə əmri Allahdan alıb. Əmrə əsasən gəmi qofer ağacından düzəldilməli, içəridən və bayırdan qətranla suvanmalı, uzunluğu 300 dirsək, eni 50 dirsək, hündürlüyü 30 dirsək olmalı idi. Qapısı yandan, gəmi özü də üç mərtəbə olmalı idi.
 
Dərhal suallar yaranır. Nuhun tikintidə istifadə etdiyi qofer hansı ağacdır? Bibliyanın başqa yerində bu ağacın adı çəkilmir. Bibliya isə deyir ki, qofer Nuhun yaşadığı ərazidə bitirmiş. Bəzi alimlər deyir ki, bu, sidr ağacının bir növüdür. Amma bu hipoteza təsdiq olunmayıb.
 
Davam edək. Beləliklə gəminin ölçüləri olduqca dəqiq göstərilib. Əgər bir dirsəyi 50 santimetrdən hesab etsək, o zaman gəminin uzunluğu 150, eni 25, hündürlüyü isə 15 metr olub, yəni gəmi xaricən yanaşı tikilmiş iki beşmərtəbəli binanı xatırladır. Əgər Bibliyada bir dirsəyin 70 santimetr olduğunu nəzərə alanlarla razılaşsaq, onda ölçülər daha nəhəng olacaq – 210x35x21 metr. Onda belə çıxır ki, bu gəmi o dövr üçün olduqca iri olub. Bibliya məlumatlarında isə deyilir ki, onun tikintisində təkcə Nuh və onun ailəsi iştirak edib.
 
Bibliya əfsanəsinə inansaq, üçüncü mərtəbə Nuh və onun ailəsi, o cümlədən, qida ehtiyatı üçün, ikinci mərtəbə heyvanlar, ən aşağı mərtəbə isə tullantı üçün nəzərdə tutulub. İkinci mərtəbə qəfəslərə bölünübmüş. Belə görünür ki, gəmiyə giriş də bu mərtəbədən imiş.
 
Əgər kimsə düşünürsə ki, Nuhun gəmisi paralelepiped formasında olub, yanılır. Orta əsrlərin məşhur Bibliya təfsirçisi Raşi yazırdı ki, gəmi kəsilmiş piramidanı xatırladırdı. Aşağı bünövrəsinin sahəsi 300 dirsəyin 50 dirsəyə (150×25 metr), uyğun olaraq yuxarı hissənin ölçüsü 1 dirsəyin 1/6 dirsəyə (50×8.33 santimetr) olub. Raşi davam edir ki, məhz bu forma suda rahat qalmağına kömək edib. Bibliyaya görə, gəmi yuxarısından açılmış pəncərədən işıqlanırmış (Nuh bu pəncərədən əvvəlcə qarğa, sonra göyərçin uçurdub ki, görsün su çəkilibmi). İstisna deyil ki, gəminin yuxarısından açılmış belə pəncərələrin sayı çox olub.
 
Belə bir tikili suda öz davamiyyətini qoruya bilərdimi? Nuhun gəmisinin müxtəlif modellərini hazırlamış mühəndislər bu suala yekdilliklə cavab verirlər: Sözsüz ki, hə! Doğrudur, onlar bunu da əlavə edirlər ki, gəmi gərək bərabər yüklənə.
 
Yeri gəlmişkən, Nuhun gəmisindəki mərtəbələrin sayı dəqiq deyil, bəlkə də üçdən çox olub. Bütün hallarda Yer üzündəki bütün bitki və heyvanların ora necə yerləşməsini və gəmidə bir il keçirməsini heç cür izah etmək olmur.
 
Piramidaların daha bir sirri
 
Bibliya rəvayəti Nuh, onun arvadı, üç oğlu və gəlinlərinin gəminin içindəki gündəlik həyatını olduqca əhatəli təsvir edir. Belə ki, gəmidə olan heyvanların bir hissəsi gündüz, digər hissəsi gecə həyatı yaşayırmış. Onları vaxtında yemləmək üçün Nuhun ailəsi bütün il boyu demək olar ki, yatmayıb. Qəribədir ki, onlar bu halda yorğunluq hiss etməyiblər.
 
Hətta bir dəfə Nuh şirə gec yem verdiyi üçün heyvan onun üstünə atılıb və ayağını yaralayıb. Bu yaradan sonra Nuh ömrü boyu axsayıb. Ümumilikdə götürdükdə isə ilboyu gəmidə hətta yırtıcı heyvanlar belə aqressivliyini itirib otyeyən heyvanlarla mehriban yaşayırmışlar.
 
Nəhayət, gəmidəki qida ehtiyatı xarab olmayıb, toxum və tinglər isə təzə qalıb. Görünür, bu möcüzənin izahını gəminin formasında axtarmaq lazımdır.
 
Piramidal formanın içinə yerləşdirilmiş insan, heyvan və bitkilərin üzərində aparılmış çoxsaylı eksperimentlər təsdiqləyir ki, piramidanın içində vaxt "başqa cür” axır. Belə halda insan qeyri-adi şəkildə gümrah olur, aydın düşünür, əhvalı yaxşı olur. Piramidaya yerləşdirilmiş bitki toxumları əlavə şərtlər olmadan həqiqətən də olduqca uzun müddət saxlanıla bilir.
 
Düzdür, bütün bu araşdırmalarda söhbət düzgün piramidalardan gedir. Bəs kim deyə bilər ki, bu qanunlar "düzgün” olmayan piramidanın içində də baş vermir?
 
Nəhayət, mistiklər iddia edirlər ki, nuhun gəmisi bayıra nisbətən içəridən daha böyük olub. Bu da Nuha o qədər heyvan növünü yerləşdirmək imkanı verib.
 
Buna inanıb-inanmamaq oxucunun öz işidir, amma qeyd edək ki, Bibliyaya əsaslansaq, oxşar "məkan oyunları” qədim dövrün daha bir unikal tikilisində müşahidə olunub – ilk Yerusəlim məbədində.
 
Nəhayət, mistiklərin daha bir iddiasını xatırlatmaq lazımdır: Böyük tufan zamanı Nuhun gəmisi "Yerdən kənar” bir yerə aparılıb. Bunu müxtəlif cür anlamaq olar. Belə ehtimal etmək olar ki, gəmi Kabbala kitabı olan Zoarda bəhs olunan hansısa paralel dünyaya köçürülüb. Amma ufoloqların izi ilə gedərək belə ehtimal da irəli sürmək olar ki, Nuhun gəmisi çoxpilləli raket olub və müasir insanın ümumi əcdadı qlobal fəlakətin bitməsini kosmosda gözləyib.
 
Bir sözlə Böyük tufan və Nuhun gəmisi ilə bağlı açılmamış sirlər hələ çoxdur və deməli onların izahı üçün ehtimallar da olduqca çoxdur.


Şərhlər: 8
Baxılıb: 342
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lale.veliyeva19
Mənim üçün də maraqlı xəbərdir hər zaman bu haqda düşünmüşəm təşəkkürlər
4 may 2016 15:09
# 8
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Aybə
Sadəcə Allahın bir möcüzəsi başqa heçnə.
1 may 2016 23:54
# 7
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
BARBI
Bu haqda cox oxumusam . Cox maraqli faktlardi. Hercendki cox seyler elme melum olmayib.
1 may 2016 23:06
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
maraqli gozel melumatlardir
1 may 2016 21:53
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
tek umidim sen
Oxudum axira qeder. Basqa melumatlar oxumusdum bu haqda. Tesekkur edirem.
1 may 2016 21:19
# 4
Kadın derin ama adam yüzme bilmiyor...
Barbaris
tewkkurler maraqlii idi
1 may 2016 21:13
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
qanadli melek
Bu haqda defelerle oxumuwam ancaq wirin nuhu yaraladiqini ilk defedi esidirem
1 may 2016 21:04
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
tenha cicek
men bunun filmini izlemisem maraqli filmdir.yazilanlari oxudum.tesekkurler maraqli idi
1 may 2016 20:45
# 1
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz